NKPI

Maraqlı Məlumatlar

ƏSGƏRİM

Düşmən tapdağında inləyən torpaq,
Həsrətlə yolunu gözləyən torpaq,
İstədi gələsən əlində bayraq,
Sağ ol bayraq ilə gedən əsgərim.
 
Murovdağ dağların inci zirvəsi,
İllərlə qalmışdı qəmli, niskilli,
İstədi alasan inci zirvəni,
Aldın bu zirvəni, var ol əsgərim.
 
Düşmən əlindəydi qədim Ağdərə,
Bu torpaq dözmürdü belə təhqirə,
Yolunu gözlədi böyük ümidlə,
Ümidi doğrultdun, var ol əsgərim.
 
Füzuli, Cəbrayıl qoşa narahat,
Çoxdan bu bölgədə ölmüşdü həyat,
Onlar haray etdi, dadımıza çat,
Sağ ol dada çatan şanlı əsgərim.
 
Sən güclü ordunun güclü əsgəri,
Göstərdin dünyaya vətən sevgini,
Yazırsan yeni bir şərəf tarixi,
Var ol bu tarixi yazan əsgərim.
 
Ali baş komandan çox cəsur insan,
Onun cəsurluğu cəsur atadan,
Rəhbərin cəsurdur, sən də cəsursan,
Sənə alqış olsun cəsur əsgərim.
 
Alqış komandana, müdrik insana,
Alqış xalqa layiq olan orduya,
Alqış Qarabağı alan orduya,
Ən böyük alqış da sənin, əsgərim.
 
Qürurlan, sən fəxr et əsgər anası,
Oğlun qorumaqda dövləti, xalqı,
Qəhrəman oğluna haqqın halaldı,
Rəşadət göstərir mənim əsgərim.

2020-09-29   32976