NKPI

Maraqlı Məlumatlar

AĞLAMA

Gələn payız başqa payız,
Zaman savaş zamanımız,
Azad olur torpağımız,
Səma sən indi ağlama.
 
Qəhrəman bizim əsgərlər,
Düşmənləri məhv edirlər,
Zirvələrə yüksəlirlər,
Səma sən indi ağlama.
 
Buludlanma sən bu günlər,
Dağlardan var xoş xəbərlər,
Qorxub qaçırlar düşmənlər,
Səma sən indi ağlama.
 
Biz Şuşaya yol gedirik,
Düşmənin dərsin veririk,
Ağlasan biz gecikərik,
Səma sən indi ağlama.
 
Dinlə Laçın harayını,
O, istəyir azadlığı,
Azadlığı az qalıbdı,
Səma sən indi ağlama.
 
Həsrətlidir Kəlbəcərim,
Paklıq istəyir Tərtərim,
İzin ver ki, bunu edim,
Səma sən indi ağlama.
 
Qubadlının gözü yolda,
Zəngilan da belə halda,
Gedirik biz qovuşmağa,
Səma sən indi ağlama.
 
Şanlı tarix yazırıq biz,
Qəhrəmandır əsgərimiz,
Qarabağa gəlirik biz,
Səma sən indi ağlama.
 
Zəfər bayrağı üç rəngli,
Qarabağ bayraq istəkli,
Aparır xalqın əsgəri,
Səma sən indi ağlama.
 
Bilirik ki, çirklənmisən,
Erməni səni çirklədən,
Gəlirik təmizlənəsən,
Səma sən indi ağlama.
 
Qarabağın səmasısan,
Paklıqdır sənə yaraşan,
Yaranıb paklığa imkan,
Səma sən indi ağlama.
 
Bizi sevir allahımız,
Buna inanclı xalqımız,
Gəlir gözəl sabahımız,
Səma sən indi ağlama.
 
Qaça-qaçda lənətlilər,
Qaçıb gedir yadellilər,
Qovanı da bizim əsgər,
Səma sən indi ağlama.
 
Sən Azərbaycan səmasısan,
Yenə onun olmalısan,
Arzuna tez çatmalısan,
Səma sən indi ağlama.
 
Az qalıbdır qələbəyə,
Qələbənin sevincinə,
Göz yaşların saxla hələ,
Səma sən indi ağlama.
 
Gizlətmə sən günəşini,
Azaltma sən atəşini,
Yaxınlaşdır qələbəni,
Səma sən indi ağlama.

2020-10-11   32602