NKPI

Maraqlı Məlumatlar

EDƏCƏK

Dinlə dünya azərbaycan xalqını,
Tanımadın, tanı indi bu xalqı,
Aparır o, indi vətən savaşı,
Gör ki, necə vətəni tam edəcək.
 
Mənim xalqım yatmış vulkan kimidi,
Oyananda sönməz olur atəşi,
Bu atəşdə yandırandı düşməni,
Oyanıb o, düşməni kül edəcək.
 
Qüdrətlidir xalqın igid rəhbəri,
Qüdrətlidir Azərbaycan dövləti,
Əzməkdədi faşist xislət düşməni,
Az qalıbdı, düşməni xar edəcək.
 
Azərbaycan yazır savaş tarixi,
Bu, xalqımın ən şərəfli tarixi,
Məğlub olur, qaça-qaçda yadelli,
Yadellilər torpağı tərk edəcək.
 
Hər bir oğul bu gün igid əsgərdi,
Onlar xalqı canından çox sevəndi,
Hər biri də çəkir vətən qeyrəti,
Qeyrətini indi sübut edəcək.
 
Qarabağım indi savaş meydanı,
Düşmən alır layiq olan cavabı,
Biz qovuruq Qarabağdan murdarı,
Ordum onu paklar pakı edəcək.
 
Hər gün artır Qarabağda zəfərlər,
Azad olur zəbt olunmuş məskənlər,
Sevinclidir azad edən əsgərlər,
Onlar igid, vətəni tam edəcək.
 
Səs-küylüdür Qarabağın səması,
Səs yaradan raket, topun sədası,
Yağı düşmən alır layiq olanı,
Vətənimi o şərəfsiz tərk edəcək.
 
Yenə dünya qərarında gecikən,
Gecikməkdə günah edən, səhv edən,
Tələb etmir ram olmağı vəhşidən,
Mənim ordum vəhşini ram edəcək.
 
Xalqımın var ordusuna inamı,
Bu ordunu güclü dövlət yaratdı,
İndi ordum rəşadətli, şanlıdı,
Tamlığı o, indi təmin edəcək.

2020-10-15   32557