NKPI

Maraqlı Məlumatlar

DEYİLSƏN

İndi sənə sivil dünya demirəm,
Axı səndə sivilliyi görmürəm,
Mən haqlıyam, sənə bunu deyirəm,
Anla bunu, hələ sivil deyilsən.
 
Sən olmusan vəhşiləri bəsləyən,
Mənəvin yox, bərk tutmusan maddidən,
Bəslədiyin vəhşilər də qan tökən,
Anla bunu, hələ sivil deyilsən.
 
Ucaldırsan yalan deyən xaini,
Sən boğursan olan haqqın səsini,
Yandırırsan atəşlərdə Şərqini,
Anla bunu, hələ sivil deyilsən.
 
Unutmusan yaradanın haqqını,
Nəsillərə dandırırsan allahı,
Allahsızsan, kefindədi günahlı,
Anla bunu, hələ sivil deyilsən.
 
İraq talan, indi yernən yeksandı,
Suriya da xarabadı, virandı,
Liviya da dağıdıldı, talandı,
Anla bunu, hələ sivil deyilsən.
 
Afrikada insanlığın dramı,
Etiraf et, burda qullar dünyası,
Yoxdur burda normal insan yaşamı,
Anla bunu, hələ sivil deyilsən.
 
Əfi ilan bəsləmisən Qafqazda,
Bu ilan da yatmaz olub yuvada,
Güvən verdin, erməni də çalmaqda,
Anla bunu, hələ sivil deyilsən.
 
On illərdi bu ilanı bəslədin,
Azərbaycan dəyməz sənə, çal dedin,
Sən vermisən ona ilan zəhərin,
Anla bunu, hələ sivil deyilsən.
 
Sən qudurtdun Qarabağda onları,
Sən arxasan, istəkləri tutmaqdı,
Çox edirsən sən onların yalını,
Anla bunu, hələ sivil deyilsən.
 
Sivil olan heç vaxt pozmaz pərsəngi,
İnsan sevər, yetişdirməz vəhşini,
Azərbaycan indi sənə bildirdi,
Anla bunu, hələ sivil deyilsən.
 
Sivil olan qanmaz ilə oturmaz,
Qanmaz ilə nadanlığa yol almaz,
Sivilliyin nə olduğun unutmaz,
Anla bunu, hələ sivil deyilsən.
 
Sən qudurtdun, itin qırıb zənciri,
Qarabağda olub vəhşi xislətli,
Susmağının səbəbi də bəllidi,
Anla bunu, hələ sivil deyilsən.
 
Sən saydın ki, erməni də sivildi,
Gec olmadan anlamağın gərəkdi,
Anlamağa sənə zaman gəlibdi,
Anla bunu, hələ sivil deyilsən.
 
Sivil olan tarixləri unutdun,
Sivillikdən imtinaya yol tutdun,
Bu səbəbdən erməniyə dost oldun,
Anla bunu, hələ sivil deyilsən.
 
Sivilliyin ölçüləri başqadı,
Səmimilik, şərəf, namus, vicdandı,
Sivillikdə ali dəyər haqqındı,
Anla bunu, hələ sivil deyilsən.
 
Mənim xalqım sivilliyin özüdü,
Əyrilərlə olmaz işi, o düzdü,
Öyrən ondan, sən qəbul et bu sözü,
Anla bunu, hələ sivil deyilsən.
 
Mənim ölkəm tolerantlıq ölkəsi,
Dostluq ilə birləşdirib dinləri,
Vaxt itirmə, tanı sivil ölkəni,
Anla bunu, hələ sivil deyilsən.
 
Azərbaycan ayrı sivil dünyadı,
O, içdiyi sivilliyin andıdı,
Gec olmadan tanı Azərbaycanı,
Anla bunu, hələ sivil deyilsən.

2020-10-28   32498