NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - MƏN

 
Bir sevgini almaq üçün əlimdən,
Olsa mənə dünyaları vəd edən,
Razılığı almaq üçün diz çökən,
Yox cavabın alan odur, sadiq mən.
 
Sevgilərə dəyər verdim əzəldən,
Dəyər verib oldum belə yol gedən,
Sevgilərdir insanlaraı yüksəldən,
Sevgilərin yaşam gücün bildim mən.
 
İlk sevdiyim anam oldu dünyada,
Bu sevginin hüdudu yox ruhumda,
Bu sevgidən bənzətmişdim tanrıya,
Bu tanrının səcdəsində durdum mən.
 
Yavaş-yavaş böyüməyə başladım,
Atam sevdi ata allah tanıdım,
Mən də sevdim, ali idi allahım,
Yerdə allah səcdəsində durdum mən.
 
Atam-anam bol etmişdi sevgini,
Duya bildim bu sevginin sehrini,
Yetərincə bildim onun qədrini,
Ata-ana alqışını aldım mən.
 
Oyatdılar bacı-qardaş sevgisi,
Dedilər ki bu sevgi çox dəyərli,
Bu sevgini yaşayanlar xoşbəxtdi,
Bu sevgiyə dəyər verən oldum mən.
 
Çox alidir dünya dərkin öyrədən,
O öyrədir, sən olursan öyrənən,
Onun haqqı çox alidir alidən,
Öyrədəni ən müqəddəs bildim mən.
 
Ata-ana mənə ömür bəxş edən,
Müəllimlər bu ömrümə nur verən,
Mən də oldum bu nur ilə yol gedən,
Nur olanı çox müqəddəs bildim mən.
 
Öz ömründən ömürlərə nur verən,
Mənəvilər dünyasını sevdirən,
O dərs verən, biz dərs alan bu dərsdən,
Dərsi aldım, indi kamil olan mən.
 
Hüdudsuzdu mənim sevgim allaha,
Mən borcluyam onun ömür payına,
Yaşayıram ona böyük inancla,
Həyatımı bəxş edəni sevən mən.
 
Heç nə olmur bu həyatda izinsiz,
İzni verən böyük allah, bilin süz,
Bilməsəniz bədbəxt ömür sürərsiz,
İzni alıb xoşbəxt ömür sürən mən.
 
Heç bir insan yadda qalmaz nəsilsiz,
Nəsil olmaz böyük övlad sevgisiz,
Övladları canı-dildən sevin siz,
Canı-dildən övlad sevən xoşbəxt mən.
 
Övladlarım pərvazlanıb uçanda,
Sandım mənim tamlığında bu dünya,
Bu sevinci mən borcluyam allaha,
Bu ömürdən sevinc payı alan mən.
 
İnsan üçün ən müqəddəs vətəndi,
Ən xoşbəxt də vətən qədri biləndi,
Qədir bilib onda ömür sürəndi,
Vətən sevib onda ömür sürən mən.
 
Xalqın varsa qürur verən dövləti,
İnsan üçün vətəni bir cənnətdi,
Xoşbəxt olan belə vətən, dövlətli,
Vətən sevən, dövlət sevən insan mən.
 
Azərbaycan mənim üçün müqəddəs,
Nəyi varsa tamlığında müqəddəs,
Ona sevgim özü ali, müqəddəs,
Müqəddəsi, bu vətəni sevən mən.
 
Vətən olur dahilərdən güc alan,
Dahilərdir vətənini ucaldan,
Onlar olur şanlı tarix yaradan,
Bu səbəbdən dahiləri sevən mən.
 
Əvəzsizdi böyük həyat dərsləri,
Dahilərdə ali həyat dərsləri,
Zamanında almaq gərək bu dərsi,
Zamanında belə dərsi alan mən.
 
Dahilərin həyatını öyrəndim,
Doğru yaşam necə olur, mən bildim,
Bu həyatlar oldu mənim bələdcim,
Bələdçili ömür yolu olan mən.
 
Baxın, görün kimlər mənim bələdçim,
Kimlər mənə dərs verdilər, öyrəndim,
Siz istəyin, onlar kimlər mən deyim,
Dahi, müdrik dərslərini alan mən.
 
Bir insan var, insanlığın zirvəsi,
Allahından peyqəmbərlik verildi,
O dünyanın sonuncu peyqəmbəri,
Onu sevib ondan dərsi alan mən.
 
İslam kimi gözəl dini yaratdı,
Mənəviyyat dünyasını ucaltdı,
Ondan başqa peygqəmbərlik yalandı,
Məhəmmədi-Peyqəmbəri sevən mən.
 
Müdrik idi, dahi idi Məhəmməd,
Rəhbər kimi bənzərsizdi Məhəmməd,
Yenilməz bir dünya qurdu Məhəmməd,
Sərkərdəni, yenilməzi sevən mən.
 
Bəxş etdiyi ali səma kitabı,
Bu kitabda hər şey dəqiq, nizamlı,
O alidir, ali dərslər kitabı,
Quran adlı ali kitab sevən mən.
 
Qədimlərdən türk xalqının qüruru,
Atilladır qürur verən türk oğlu,
Türklər üçün dahi, müdrik bu ulu,
Qəhramanı, Atillanı sevən mən.
 
Şeyx Nizami sözə verdi dəyəri,
Söz allahı zirvəsinə yüksəldi,
O sözləri, sözlər onu yüksəltdi,
Söz allahı Nizamini sevdim mən.
 
Leyli-Məcnun sevgisini yaratdı,
Şirin-Fərhad sevgisini ucaltdı,
Bu sevgilər əbədiyyət qazandı,
Söz allahı Nizamini sevdim mən.
 
Şeyx Nizami dəyər verdi əməyə,
Şərəf verdi kərpic kəsən kişiyə,
O dedi ki, şərəf olar zəhmətlə,
Zəhmət ilə yaşamağı seçən mən.
 
Alim idi, dahi idi Nizami,
Hər bir elmdən varı idi xəbəri,
İskəndərə alim kimi dərs verdi,
O dərslərin mənasını bilən mən.
 
İbn-Sina tarixlərin loğmanı,
Loğmanlıqda heç kim tayı olmadı,
Dərs alanlar daim olur şəfalı,
Bu loğmandan dərsi alan insan mən.
 
Nəsimidir haqqı sevib ucaldan,
Haqqı deyib dərisi də soyulan,
Nə xoşbəxtdir Nəsimidən dərs alan,
Nəsimidən haqqın dərsin alan mən.
 
Əmir Teymur yenilməzlik simvolu,
Öyrədəni çox sevirdi türk oğlu,
Öyrədəndən aşağıda dəfn oldu,
Əmir Teymur vəsiyyətin bildim mən.
 
Fizulimiz oldu qəzəl allahı,
O qəzəli, qəzəl onu ucaltdı,
Qəzəllərlə ruh oxşayan muğamdı,
Qəzəl sevən, muğam dərsi alan mən.
 
Turan deyib Turan sevən Caviddi,
O, bizlərdən türk birliyi istədi,
İndi adı dil yolunda şəhiddi,
Dil şəhidi zirvəsini görən mən.
 
Monqolların sərkərdəsi Çingiz xan,
Qəhramanlıq tarixini yaradan,
İlk idi o müəllimi ucaldan,
O tarixi öyrənən mən, bilən mən.
 
Alimi və həkimi çox sevirdi,
Müəllimi çox müqəddəs bilirdi,
Hər üçündən vergi tutmaq yox dedi,
O tarixi öyrənən mən, bilən mən.
 
Tarix boyu yalanları sevmədi,
Yalan deyən onun üçün düşməni,
Yalan üstə qardaşını məhv etdi,
O tarixi öyrənən mən, bilən mən.
 
Axar suyu saydı paklıq simvolu,
Bu paklığa ehtiramı çox oldu,
Çingizxanın su haqqında qanunu,
Gözəl idi, öyrənərək bilən mən.
 
Ocaq közün o sayırdı müqəddəs,
Deyirdi ki, ona murdar tökülməz,
Tökən ölər, beləsi əff edilməz,
Qanun gözəl, öyrənərək bilən mən.
 
O sayırdı atı monqol şərəfi,
Dəyər verdi, at üstündə yüksəldi,
At şərəfdi, oğrusuna öl dedi,
Qanun gözəl, öyrənərək bilən mən.
 
Arzuladı bilinməsin məzarı,
Monqolustan bütövlükdə məzarı,
Şərəf ona, o şərəfə yaraşdı,
Çingiz xanın tarixini bilən mən.
 
Keykavusun oğluna nəsihəti,
Ali əxlaq dərsi “Qabusnamə” di ,
Ağıllılar mənimsədi bu dərsi,
Onun dərsin mənimsəyən, bilən mən.
 
O söylədi maddiləri sevmə sən,
Maddilərdir düşmənləri çox edən,
Mənəvilər sevdirən və yüksəldən,
Bunu bilib bu yol ilə gedən mən.
 
Mən oxudum böyük əxlaq dərsini,
Onun da adı “Əxlaqi nasiri”,
Yazanı da dahi alim Tusidi,
O alimdən əxlaq dərsin alan mən.
 
Alim idi, alimliyi hüdudsuz,
Səma elmi zəngin olmazdı onsuz,
İnsan idi əxlaqında qüsursuz,
Əxlaq dərsi verən Tusi, alan mən.
 
O olmuşdu İstambulun fatehi,
Onun adı fateh Sultan Mehmetdi,
Bənzərsizdi, şöhrətlidi o fəthi,
Sultan Mehmet şücaətin bilən mən.
 
Yaşamışdı bu dünyada Süleyman,
O Qanuni titulunu qazanan,
Osmanlıda ən hünərli bir sultan,
Bu sultanın tarixini bilən mən.
 
Üç materik ram olmuşdu sultana,
Sultan bunu bacarmışdı ağılla,
Yeniləşmiş, dövrə uyğun qanunla,
Qanuninin tarixini bilən mən.
 
İslamı himayə etdi Süleyman,
O oldu islamı sevdirən insan,
Çox idi islama gələn slavyan,
Qanuni dövründən bunu bilən mən.
 
Yaratmışdı qanunlar kodeksini,
O, “Dənizlərin qovuşması” idi,
Dörd yüz il Osmanlı onu işlətdi,
Qanuni dövründən bunu bilən mən.
 
Şeyx Şamilin vardır şanlı tarixi,
O vətənin, vətən onun fəxridi,
Aldı ləqəb, oldu islam günəşi,
Bu günəşi taniyan mən, sevən mən.
 
Sərxoşlugu sevən idi atası,
Atasına əziz idi balası,
Şamil dedi, ata içdi son andı,
Atasını ucaldanı bilən mən.
 
Əyilmədi rus çarının önündə,
Savaşlarda yenilməyən sərkərdə,
İzin aldı, hacı oldu Məkkədə,
Uyuduğu məzar orda, bilən mən.
 
Napoleon alimləri sevərdi,
Alimlərlə hərbi yürüş edərdi,
Belə edib fəth etmişdi Misiri,
Bu tarixi oxuyaraq bilən mən.
 
Həyatında ağlamışdı üç dəfə,
Sadiq dostu qucağında öləndə,
Jozefina rəqqas ilə gedəndə,
Üçüncü də xəyanətdə, bilən mən.
 
Dahi vardı Hacıbəyli soy adlı,
Qoca şərqdə ilk opera yaratdı,
Vətəni də Qarabağdı, Şuşadı,
Üzeyiri dahi bilib sevən mən.
 
Osmanlının dağılanda dövləti,
Gəldi türkün heç vaxt sönməz günəşi,
Kamal idi, xalqı Atatürk dedi,
Xalq atası Atatürkü sevən mən.
 
Doğulmuşdu Yusif adlı bir düha,
Alim oğlu şərəf verdi xalqına,
Yaratmışdı özəl, başqa bir kimya,
Bu kimyanın sirlərini bilən mən.
 
İstedadı axtarırdı, tapardı,
Onlar üçün alim yolu açardı,
Bu yol ilə böyük məktəb yaratdı,
Bu məktəbin böyüklüyün bilən mən.
 
Fransada olub dahi sərkərdə,
Şarl Deqoll şərəf olub ölkəyə,
Beş yaşında bilib vətən sevmək nə,
Şarl Deqoll tarixini bilən mən.
 
Ayaqları iflic olan bir insan,
Qalib çıxdı iflic ilə savaşdan,
Oldu müdrik prezident bu insan,
Franklini, fədakarı sevdim mən.
 
Amerika tarixinin şərəfi,
Yaratdığı çox qüdrətli dövlətdi,
Franklin Ruzvelt bu şərəfin sahibi,
Bu tarixi oxuyan mən, bilən mən.
 
Yaşamışdı dahi alim Murtuza,
Alim kimi şöhrət tapdı dünyada,
Alimliyi şərəf verdi xalqına,
Bu alimin tarixini bilən mən.
 
O ölməz bir nəzəriyyə yaratdı,
Atmış ildir dünya üçün faydalı,
Proseslər ondan aldı əsası,
Nəzəriyyə çox qiymətli, bilən mən.
 
O verirdi alimliyin dərsini,
Öyrədirdi elmi sevmək sirrini,
O sevirdi elmə gələn gəncləri,
Bu alimin tarixini bilən mən.
 
Azərbaycan yaşayanda dəhşətlər,
Çatdı dada dahi və müdrik Heydər,
Zəfər çaldı, uduzanlar düşmənlər,
Ulu Heydər dünyasını sevən mən.
 
O görürdü yüz illəri öncədən,
O olmuşdu dahilikdən dərs verən,
O ucaltdı, Azərbaycan yüksələn,
Dahilikdən dərs verəni sevən mən.
 
Bir millətik iki dövlət dedi o,
Türkiyəni aliliklə sevdi o,
Türk dünyası ağsaqqalı oldu o,
Ulu öndər bilib onu sevən mən.
 
Məğlubolmaz Azərbaycan yaratdı,
Azərbaycan bayrağını ucaltdı,
Göylərdədi, yenməz olan bayraqdı,
Dövlətimin bayrağını sevən mən.
 
Dövlət olmaz layiq olan varissiz,
Olsa əgər qalar şərəf tarixsiz,
Şərəf verən varislidir ölkəmiz,
Ulu öndər varisini sevən mən.
 
Azərbaycan varisindən güc alır,
Azərbaycan cənnət olan dünyadır,
Bu cənnətin yaradanı İlhamdır,
Varisini-İlhamını sevən mən.
 
Azərbaycan dünyanın bir incisi,
Tamlığında əsrarəngiz gözəldi,
Duya bilən, sevə bilən sevməli,
Azərbaycan sevilməli, sevən mən.
 
Alqış olsun dahi Heydər adına,
Alqış olsun İlham Heydər oğluna,
Alqış olsun Azərbaycan adına,
Hər üçünə sonsuz alqış deyən mən.

2016-08-30   4214