NKPI

Maraqlı Məlumatlar

YAŞA SƏNİ AZƏRBAYCAN DÖVLƏTİ

Otuz gün var min illərə bərabər,
Hər günündə qazanıldı zəfərlər,
Selə döndü gözlənilən xəbərlər,
Yaşa səni Azərbaycan dövləti.
***
Bu ilimiz qələbələr ilidi,
Otuz günü şərəf, qürur tarixi,
Otuz gündə məğlub olur erməni,
Yaşa səni Azərbaycan dövləti.
***
Sərkərdəmiz əmr etdi ki, irəli,
Tam olmağa indi zaman gəlibdi,
Yaranıbdı xalqla dövlət birliyi,
Yaşa səni Azərbaycan dövləti.
***
Otuz ildə nələr çəkdi başımız,
Aldadıldı, təhqir oldu xalqımız,
Otuz gündə dedik nədi haqqımız,
Yaşa səni Azərbaycan dövləti.
***
İşğalçılar havadarlı namərdlər,
Özlərinə yenilməzik dedilər,
Otuz gündə kim yenilməz gördülər,
Yaşa səni Azərbaycan dövləti.
***
Qarabağın gözəlliyi itmişdi,
Sahiblənmək istəyirdi erməni,
Göstərdin ki, sənsən onun sahibi,
Yaşa səni Azərbaycan dövləti.
***
Faşist xislət Ermənistan rəhbəri,
O, ağılsız, düşüncəsiz, dəlidi,
Sən verirsən o dəlinin dərsini,
Yaşa səni Azərbaycan dövləti.
***
Azad olur zəbt olunmuş torpaqlar,
Bir-birindən gözəl olan rayonlar,
Qarabağda dalğalanır bayraqlar,
Yaşa səni Azərbaycan dövləti.
***
Qalibiyyət tarixini yazırsa,
Addım-addım tamlığına çatırsa,
Sən qalibsən, haqlı alqış alırsan,
Yaşa səni Azərbaycan dövləti.

2020-11-01   34586