NKPI

Interesting Informations

Vaqif Abbasov - MƏNİ

 
Əzəldən dostluğu ən ali saydım,
Hər an dostlarıma mən sadiq qaldım,
Dostlar həyan oldu, mən də ucaldım,
Bu ali ünsiyyət ucaltdı məni.
 
Dostluq türklər üçün ali, müqəddəs,
Türklər dost haqqını heç vaxt itirməz,
Dostluq ünsiyyəti ləkə götürməz,
Dostluğun paklığı ucaltdı məni.
 
Çox böyük bir hikmət var dost sözündə,
Çox sirlər gizlənir onun içində,
Öyrəndim, ağaham həmin sirlərə,
Ağahlıq dostluğa sövq etdi məni.
 
Onun ilk hərifi dəmir sözündən,
Mütləq saf dəmir parlaq güzgüdən,
Türklər dəmiri sevib qədimdən,
Bu sevgi dostluğa sövq etdi məni.
 
İkinci hərifi od kəlməsindən,
Od hərarət, həm də nur verən,
Belə olmalıdır dostluq istəyən,
Dostluq hərarəti cəzb etdi məni.
 
Üçüncü hərif də suyun adindan,
Gərəkdir pak olsun dostluq yaşayan,
Mənəm pak su kimi dostluq yaşayan,
Bu paklıq meyarı ucaltdı məni.
 
Dördüncü hərif də torpaq adından,
Bərəkət torpaqdan yaşam torpaqdan,
Dosta ruzi verər türk oğlu olan,
Bu amal dostluqla yaşatdı məni.
 
Saf dəmir müqəddəs, od da müqəddəs,
Pak sudur müqəddəs, torpaq müqəddəs,
Bunu bilməyənlər dost ola bilməz,
Mənim bildiklərim dost etdi məni.
 
İlk gündən dünyada yaşam savaşdı,
Yaşam savaşının yoxdu qaydası,
Böyük bu savaşda dostun faydası,
Dostlar qalib etdi savaşda məni.
 
Savaş meydanının qəribə sirri,
Gərək geniş olsun savaş səngəri,
Səngərdə dostlarım məni hifz etdi,
Dostlar həyan oldu, qorudu məni.
 
Həqiq dostluqdan insan ruh alır,
Yaşanan ömür də ruhla yaşanır,
Dost olan dostluqdan yaxşı dərs alır,
Dostluğun bu dərsi ucaltdı məni.
 
Çox olmur dünyada həqiqi dostlar,
Bunu bilməyənlər sonda uduzar,
Həqiqi dostlarım dayağımdılar,
Mənim bu dostlarım yaşadır məni.

2016-08-31   36271