NKPI

Maraqlı Məlumatlar

ƏZƏLDƏN

 
Dəhşət olur düşmən namərd olanda,
Ər kişilik olmur belə insanda,
Hiylə yolun seçir hər bir savaşda,
Namərd düşmən tanınmalı əzəldən.
***
Namərd olan namərdləri yetirən,
Dostluq edər oxşar namərd xislətnən,
Savaş açar hiylə ilə, qəflətən,
Belələri tanınmalı əzəldən.
***
Aldadaraq səni salır toruna,
Tələ qurur yaratdığı torunda,
Çox gec olur tordakı anlayanda,
Belələri tanınmalı əzəldən.
***
Şərəfsizin min cür olur sifəti,
Beləsinin olmur namus, qeyrəti,
Hərraclarda satılandı hər şeyi,
Belələri tanınmalı əzəldən.
***
Namərdliyi gözlərindən oxunur,
Əyri baxır, baxışları düz olmur,
Əyri baxış bir tələ, bir oyundur,
Belələri tanınmalı əzəldən.
***
Bu dünyada çoxalıbdı namərdlər,
Namərdlik də olur sevilən dəyər,
Belə olsa, yaşanacaq dəhşətlər,
Belələri tanınmalı əzəldən.
***
Namərdliyin etalonu erməni,
Dünyamızın görünməmiş namərdi,
Bənzərsizdi namərdliyi, hiyləsi,
Belələri tanınmalı əzəldən.
***
Namərdlərin olmur yaşam qaydası,
Belələri insanlıqdan uzaqdı,
Vəhşilərin namərdliyi yamandı,
Belələri tanınmalı əzəldən.
***
Nəyi varsa, çox ucuza satandı,
Bu yol ilə şirnikdirən şeytandı,
Ucuz satıb öz toruna salandı,
Belələri tanınmalı əzəldən.
***
Aman verməz gücsüzlərə bu namərd,
Güclülərin iti olar bu namərd,
Ermənidə heç vaxt olmur sədaqət,
Sədaqətsiz tanınmalı əzəldən.
***
Əzəlindən uşaq qanı içəndi,
Əzəlindən uşaq, qadın qatili,
Ermənidi türkün qatı düşməni,
Qatı düşmən tanınmalı əzəldən.
***
Bu namərdin bir neçədi zənciri,
Hər zəncirin öz saxlayan sahibi,
Bu səbəbdən çox qorxulu namərddi,
Çox sahibli tanınmalı əzəldən.
***
Tarix boyu girəvəni verməyin,
Unutmayın bu namərdin xislətin,
Zamanında layiq olan dərs verin,
Dərsin alıb qorxan olsun əzəldən.
***
Gələn kimi onlar başa keçdilər,
İki yüz il bəsləndilər namərdlər,
Özlərini ev sahibi bildilər,
Bağışlanmaz bir səhv idi əzəldən.
***
Qucaq açdıq namərdlərə səhv etdik,
Vətənimin cənnətində yer verdik,
Bu namərdin bayquşluğun bilmədik,
Təhlükəni bilməliydik əzəldən.
***
Xəyanətkar namərdliyin göstərdi,
Gec olsa da tanıdıq bu namərdi,
Yox etdik biz uydurduğu mifini,
Məğlubluğu qaçılmazdı əzəldən.
***
Aldanmadıq əl atdığı hiyləyə,
Aslanlarla getdik tülkü üstünə,
Güc qalmayıb bu hiyləgər tülküdə,
Bu nəticə bilinirdi əzəldən.
***
Tülkü bilmir indi kimə yalvara,
İnanan yox namərdin göz yaşına,
Çatmaqdadı zəlil olmaq haqqına,
Bu nəticə bilinirdi əzəldən.
***
Belələri tarix boyu vətənsiz,
Sədaqətdən, cömərdlikdən xəbərsiz,
Köç edirlər cəhənnəmə kəfənsiz,
Bu nəticə bilinirdi əzəldən.
***
İndi gəldi əsl dərsin zamanı,
Puça çıxdı erməninin xəyalı,
Almaqdadır ağır olan cəzanı,
Bu nəticə bilinirdi əzəldən.
***
O bilmirdi saray hara, qul hara,
Sanırdı ki, hökmüdardı sarayda,
Qaytarıldı əvvəlki qul halına,
Bu nəticə bilinirdi əzəldən.
***
Gəda kimi Qarabağa gəlmişdi,
Sonra oldu xan olmağa istəkli,
İndi köçür namərd gəda xislətli,
Bu nəticə bilinirdi əzəldən.
***
Qudurmuşdu bu yadelli işğalçı,
Çoxalmışdı işğal etmək iştahı,
Başın əzdik, gözdə qaldı arzusu,
Bu nəticə bilinirdi əzəldən.
***
Qüdrətlidir Azərbaycan dövləti,
Cəngavərdi, mərddi onun əsgəri,
İgidlikdə bənzərsizdi rəhbəri,
Qələbəmiz bilinirdi əzəldən.
***
Alqış olsun qəhrəmana, rəhbərə,
Alqış olsun xalqımdakı birliyə,
Alqış olsun vətənimdə birliyə,
Bu alqışlar gözlənirdi əzəldən.
***
And içmişdik şəhidlərin qanına,
Azərbaycan qovuşacaq tamlığa,
Qovuşmağın zamanı çox yaxında,
Andımıza biz sadiqik əzəldən.
***
Möhtəşəmdi Azərbaycan bayrağı,
Qarabağın istədiyi bayraqdı,
Bayrağımız Qarabağda ucaldı,
Bu zamanı biz görürdük əzəldən.

2020-11-20   32679