NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasov - YAXŞIDI

 
Göydən bəyaz qar yağır,
Bu bəyaz bir ağıdır,
Torpaq ondan güc alır,
Belə ağı yaxşıdı.
 
Qar yağanda zirvəyə,
Sevilən olur zirvə,
Qardı buna səbəb də,
Qarlı zirvə yaxşıdı.
 
Yağan qarlar çox fərqli,
Olmur onlar bənzərli,
Yormur baxan gözləri,
Bənzərsizlik yaxşıdı.
 
Hay-haraylı dağ çayı,
Gözəl edir dağları,
Onlar axar-baxarlı,
Dağ çayları yaxşıdı.
 
Meşəli dağ sinəsi,
Sevindirər gözləri,
Meşənin yaşıl rəngi,
Göz oxşasa yaxşıdı.
 
Kol dibində bənövşə,
Gözəlliyə nümunə,
Elçi olur sevənə,
Belə elçi yaxşıdı.
 
Yazda yaşıl səməni,
Beli qızıl kəmərli,
Olur yazdan müjdəli,
Müjdə verən yaxşıdı.
 
Yazda incə qulançar,
Bənövşəyi rəng alar,
Yeyən ağız dadlanar,
Qovurması yaxşıdı.
 
Yazın yaşıl alçası,
Yesən verər iştahı,
Əlası göycə adlı,
Belə alça yaxşıdı.
 
Yazda həryan gül-çiçək,
Laləli çəmən qəşəng,
Haqqı olur sevilmək,
Yazda çəmən yaxşıdı.
 
Olsan yaz çəmənində,
Qanqal olanda incə,
Ləzzət soyub yeyəndə,
Bunu bilmək yaxşıdı.
 
Yaz yayla görüşəndə,
Tut şirin bar verəndə,
Gilas bağ bəzəyəndə,
Bağda olmaq yaxşıdı.
 
Yayın dadlı ənciri,
Min bir dərdin məlhəmi,
Yeyən bilər ləzzəti,
Əncir yemək yaxşıdı.
 
Üzüm yayda yetişər,
Dadı da bala bənzər,
Şanı ən çox sevilər,
Şanı yemək yaxşıdı.
 
Yayda dağda baldırqan,
Ağızda dad yaradan,
Yesən dadı duyarsan,
Duyulması yaxşıdı.
 
Yayda meşə talası,
Ahuların məkanı,
Baxan olur heyranı,
Heyran olmaq yaxşıdı.
 
Payızın barı gözəl,
Heyvası, narı gözəl,
Vələsin dadı özəl,
Vələs yemək yaxşıdı.
 
Göyçayın narı özəl,
Dadı və özü gözəl,
Göz oxşayır bu gözəl,
Yeyilməsi yaxşıdı.
 
Ordubadın qəysisi,
Qəysilərin alisi,
Məftun edir yeyəni,
Qəysi yemək yaxşıdı.
 
Ordubadda limon var,
Əsrarəngiz ətri var,
Limon şahı sayılır,
Bunu bilmək yaxşıdı.
 
Çay məkanı Lənkəran,
Olmaz yaşıl çayından,
Dərdlərə məlhəm olan,
Bunu bilmək yaxşıdı.
 
Kütüm gözəl balıqdı,
Ləvəngisi dadlıdı,
Vətəni Lənkərandı,
Bunu bilmək yaxşıdı.
 
Qalıb buzluq dövründən,
Möhkəm olur dəmirdən,
Dəmir ağac deyilən,
Bunu bilmək yaxşıdı.
 
Xanabadın qarpızı,
Dadlılardan ən dadlı,
Yayda cana faydalı,
Bunu bilmək yaxşıdı.
 
Naxçıvanda cəviz var,
Toxunan kimi sınar,
Onun ayrı dadı var,
Bunu bilmək yaxşıdı.
 
Gədəbəyin kartofu,
Onun bənzəri yoxdu,
Yesən bilərsən bunu,
Yeyib bilmək yaxşıdı.
 
Yayda dağ sinəsində,
Gedin moruq yeməyə,
Dəyər belə etməyə,
Moruq yemək yaxşıdı.
 
Bal arısı sənətkar,
Ən qüdrətli bir memar,
Şanında var naxışlar,
Onu görmək yaxşıdı.
 
Bal bənzərsiz qidadır,
Cana, ruha qidadır,
Yeyilməsi faydadır,
Bunu bilmək yaxşıdı.
 
Dadlı motal pendiri,
Dadı çox qəribədi,
Dadı verən dəridi,
Belə pendir yaxşıdı.
 
Sağıldığı anında,
Bənzərsizdi dadında,
Keçi südü bu dadda,
Onu içmək yaxşıdı.
 
Bənzər ana südünə,
Olur məlhəm körpəyə,
Sağlam içən hər körpə,
Bunu bilmək yaxşıdı.
 
Alma var ki, gözəldi,
Adı  qızıl əhmədi,
Onun çoxdu dəmiri,
Yeyilməsi yaxşıdı.
 
Kök dərdlərin məlhəmi,
Ayrı aləm şirəsi,
Sağlam edər içəni,
Bunu bilmək yaxşıdı.
 
Tərəvəz var ispanaq,
Olmaz onu qovurmaq,
Şirə verər sağalmaq,
Bilib içmək yaxşıdı.
 
Kök, ispanaq şirəsi,
İki birə nisbətli,
Çox dərdlərin məlhəmi,
Bilib içmək yaxşıdı.
 
Hər gün içmək istəsən,
İçilməli bir dəfə,
Dörd yüz on qram çəkidə,
Bilib içmək yaxşıdı.
 
Səksən bir xəstəlikdə,
Dəyər onu içməyə,
Sağalmaq olar belə,
Bilib içmək yaxşıdı.
 
Sarımsaq çox dəyərli,
Min bir dərdin məlhəmi,
Sağlam edər yeyəni,
Bilib yemək yaxşıdı.
 
Bir məlhəm var bənzərsiz,
Olmaz limon şirəsiz,
Balsız olar dəyərsiz,
Sarımsaqlı yaxşıdı,
 
Cavanlıq eliksiri,
On sarımsaq əzməsi,
On limonun şirəsi,
Balda olsa yaxşıdı.
 
Balın həcmi bir litir,
Əzmə, şirə gözəldir,
Üçü birgə məlhəmdir,
Bilib yemək yaxşıdı.
 
İki ay müddətində,
Səhər yeməkdən öncə,
İki qaşıq yeyilsə,
Faydası çox yaxşıdı.
 
Sarımsaq və tüpürcək,
Ən güclü dərman demək,
O zəhəri kəsəcək,
Bunu bilmək yaxşıdı.
 
İlan insan çalanda,
Sarımsaq da ağızda,
O qoyulsa yaraya,
Faydası çox yaxşıdı.
 
Neft var adı Naftalan,
Dərdlərə məlhəm olan,
Olmaz onun yağından,
Faydalanmaq yaxşıdı.
 
Ağ Naftalan yağında,
Çox dərdlərə var şəfa,
Bənzəri yox dünyada,
Faydalanmaq yaxşıdı.
 
Əgər yansa bədənin,
Ağ Naftalan məlhəmin,
Yox edər yanıq izin,
Faydalanmaq yaxşıdı.
 
Şəfalı ağ Naftalan,
Gündə iki damcıdan,
Buruna damızdırsan,
Yuxu rahat, yaxşıdı.
 
Etsən gündə üç dəfə,
On beş günün ərzində,
Yox olacaq rinit də,
Bunu bilmək yaxşıdı.
 
Diş əti çəkilirsə,
Damaqdan qan gəlirsə,
Ağ Naftalanda çarə,
Faydalanmaq yaxşıdı.
 
Töküb kiçik qaşığa,
Sonra alıb ağıza,
Üç dəqiqə zamanda,
Atılması yaxşıdı.
 
Ağrıyanda dizlərin,
Tamlıqda sümüklərin,
Ağ Naftalan məlhəmin,
Faydalansan yaxşıdı.
 
Qadın ana olmasa,
Bu xoş olmaz Allaha,
Çarə ağ Naftalana,
Faydalanmaq yaxşıdı.
 
Varsa mədə xorası,
Çox sərt olur ağrısı,
Çarə ağ Naftalanda,
Faydalanmaq yaxşıdı.
 
Pis işləyəndə mədə,
Yol açılır çox dərdə,
Yaxşı işlənsin deyə,
Ağ Naftalan yaxşıdı.
 
İçiləndə üç dəfə,
Yeməkdən xeyli öncə,
Bir qaşıqdan hər dəfə,
Faydası çox yaxşıdı.
 
İyirmi gün içilsə,
Deyilən qayda ilə,
Sağlam olacaq mədə,
Faydalanmaq yaxşıdı.
 
Pullu dəmirov yaman,
Əzab verən, ağrıdan,
Əlacı ağ Naftalan,
Faydalanmaq yaxşıdı.
 
Sürtün gündə bir dəfə,
Dəmirov olan yerə,
Altı ay edin belə,
Faydası çox yaxşıdı.
 
Əgər varsa ekzima,
Gərək əlac tapıla,
Əlac ağ Naftalanda,
Faydalanmaq yaxşıdı.
 
İtsə üzdə gözəllik,
İncə təravətlilik,
Çarəsini bilirik,
Ağ Naftalan yaxşıdı.
 
Onu sürtəndə üzə,
Gündə də bircə dəfə,
Yarım saat müddətə,
Faydası çox yaxşıdı.
 
Bir ay etsəniz belə,
Təravət gələr üzə,
Qırışlar olmaz üzdə,
Bunu bilmək yaxşıdı.
 
Daban çat-çat olanda,
Dərisi bozaranda,
Şəfa ağ Naftalanda,
Faydalanmaq yaxşıdı.
 
Yatmazdan saat öncə,
Sürtülsə çat yerinə,
Sağaldar otuz günə,
Bunu bilmək yaxşıdı.
 
Göbələk var Kandida,
Zərər verir dırnağa,
Çarəsi də ağ yağda,
Faydalanmaq yaxşıdı.
 
Ağ Naftalan və cirə,
Güclü dərman birlikdə,
Düşməndi göbələyə,
Faydalanmaq yaxşıdı.
 
Yüz hissə ağ Naftalan,
Dörd də bitki yağından,
Əvəzsizdi bu dərman,
Faydalanmaq yaxşıdı.
 
Çoxdu dərman bitkisi,
Yağları çox dəyərli,
Onlar şəfa verəndi,
Faydalanmaq yaxşıdı.
 
Dəyərli qara zirə,
Yağı məlhəm dərdlərə,
Var “Qurani-kərim”də,
Bunu bilmək yaxşıdı.
 
Cirə yağı dəyərli,
Mikrobların düşməni,
Tez sağaldır xəstəni,
Faydalanmaq yaxşıdı.
 
Kəklik otu yağında,
Çox dərdlərə var şəfa,
Ətri də özəl, başqa,
Faydalanmaq yaxşıdı.

 

2016-09-02   4378