NKPI

Maraqlı Məlumatlar

ALIB

Müdrik, dahi Heydər baba məktəbi,
Tarixlərin ən bənzərsiz məktəbi,
Bu məktəbdə ali həyat dərsləri,
Rəhbərimiz bu məktəbdən dərs alıb.
 
O, görürdü yüz illəri öncədən,
Qərarında O, olmazdı tələsən,
Olmazdı O, qərarında gecikən,
Rəhbərimiz bu məktəbdən dərs alıb.
 
Hər bir işə hazırlığı sevərdi,
Zamanında tədbirləri görərdi,
Bu səbəbdən hər bir işdə zəfərli,
Rəhbərimiz O müdrikdən dərs alıb.
 
Heydər babam ali idi nitqində,
Məna vardı hər dediyi sözündə,
Məftun edən avaz vardı səsində,
Rəhbərimiz O natiqdən dərs alıb.
 
Heydər baba cəsarətin simvolu,
Varlığında ali idi qüruru,
Varisinə təlğin edib qüruru,
Rəhbərimiz belə ali dərs alıb.
 
Böyük idi Onun xalqa sevgisi,
O, xalqına böyük dəyər verirdi,
Dəyər alan xalq da onu sevirdi,
Rəhbərimiz belə ali dərs alıb.
 
Rəhbərimiz müdrik, dahi sərkərdə,
Görünməmiş tarix yazdı tarixdə,
Qırx dörd gündə qazanıldı qələbə,
O, yenilməz Fateh kimi ad alıb.

2021-01-27   32543