NKPI

Интересные Факты

Tapmacalar – 167

***
Onlardan hər xalqda var.
Onların yoxdur pisi.
Bilin lap başda durur,
Çoxusunda eynisi.
(Hərflər, “A” hərfi)
***
Kim qoyub bu qanunu?
Tapın görüm siz bunu.
Gələr heç nə gətirməz
Gedər, aparır bir az.
(Həyat və ölüm)
***
Su ortasında durub,
Orada məskən qurub.
Ya tərpənmir, ya batmır
Durduğu yeri atmır.
(Ada)
***
Olunur bir-bir icra,
Eyni yol, eyni ara.
Bu xasdır canlılara
Gah çox sayır, gah lap az.
O nədirsə tapıb yaz!
(Addım)
 
Mənbə: Muradov İ.C. “Tapmacalar”. Bakı: “Müəllim” nəşriyyatı, 2019, 240 səh.

2021-02-22   308