NKPI

Maraqlı Məlumatlar

Bitkilər – Xalq Təbabətində – 137

Bitkilərdən istifadə qaydaları – XXX

- Adi qaraqınıq revmatizmi zamanı oynaqların şişkinliklərində, podaqrada, amonoreyyada, ekzema, dəri səpkiləri və müxtəlif yaralanmalarda istifadə edilir.

- Soyuqdəyməd, vərəm, mədə-bağırsaq və tənəffüs orqanlarının xəstəliklərində də təyin edilir.

- Yüngül yuxugətirici xassəyə malik olduğundan pisixi fəaliyyət pozğunluqlarında işlədilir.

- Bitkinin dəmləməsindən dəri xəstəliklərində vanna kompres, islatma kimi istifadə edilir.

- Zökəm, baş, diş ağrısı və halsızlıqda çox yaxşı təsir edir.

- Adi qaraqınığın efir yağından parfümeriyada, sabun və ətirlərin tərkibinə daxil edilir. Qərbi Avropada xüsusən, İtaliya, İspaniya, Amerika və Meksikada ədviyyat kimi əvəzedilməz hesab olunur.

- Özünəməxsus iyinə görə dünyada “Oreqano” adı ilə tanınır. Rusiyada mayaotu ilə birlikdə ev şəraitində pivə hazırlanmasında, salat, sup, farş, sous, kolbasa və digər ərzaq  məmulatların hazırlanmasında və uzun müddət saxlanılmasında istifadə edilir.

- Çiçəklənmə fazasında tibbi məqsədlə bu bitkinin çiçəkləri və 20 sm uzunluğunda gövdəsi toplanılır. Çardaq və ya quruducu şkafda 40oC temperaturda qurudulur. Xammalın saxlanma müddəti 2 ildir.

 

Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.

2021-04-19   355