NKPI

Maraqlı Məlumatlar

Rəqəmlər və faktlar

Qadınlar istiliyi sevir

Bunu Berlinin 543 nəfər tələbə oğlan və qızları arasında aparılmış təcrübələr təsdiq etmişdir. Onlara müxtəlif çətinlikli məsələlər verilib (ağılda üç ədədli rəqəmləri toplama və ya təqdim olunmuş hərflər toplusundan sözlər tərtib etmək), həm də sınaqda iştirak edənlər müxtəlif temperaturlu otaqlarda olublar: 16-dan 33oC-ə qədər. Aydın olub ki, qadınlarda əqli iş daha yüksək temperaturlarda, kişilərdə isə daha aşağı temperaturlarda uğurlu olur. Və qadınlarda otağın temperaturu hər bir dərəcə qalxdıqda cavabların sürəti və düzgünlüyü 1,8% artır, temperatur 16-dan 33oC-ə qədər artdıqda isə bu rəqəm 25% olur. Kişilər isə əksinə, aşağı temperaturlarda daha səmərəli işləyir.

Mənbə: Наука и жизнь. 2021, №1

2021-04-19   32307