NKPI

Maraqlı Məlumatlar

Tapmacalar – 224

***

İki deşikli qaya,

Heç biri salmaz saya.

Qoşabulaq yan-yana,

Bilirsənsə tapsana.

(Burun)

***

Eyvanı dik dayanar,

Qabağında quyu var,

Quyusu köndələndi.

Durduğu yer yamaclar.

(Qulaq)

***

Faralar ağ, lampa qara...

Aparıram getsəm hara.

Bu nədir, bir tapın görüm,

Zil qaranlıq gəlməz kara.

(Göz)

 

Mənbə: Muradov İ. C. “Tapmacalar”. Bakı: “Müəllim” nəşriyyatı, 2019, 240 səh.

2021-04-20   342