NKPI

Maraqlı Məlumatlar

Bitkilər – Xalq Təbabətində – 138

Bitkilərdən istifadə qaydaları – XXXI

- Qadınlarda laktasiyanı artırmaq üçün qaraqınıq (otu), cirə (toxumu), razyana (toxumu), şüyüd (toxumu) – hər birindən 1 hissə, 1 çay qaşığı götürülərək üzərinə 1 stəkan qaynar su töküb və 30 dəqiqə saxladıqdan sonra süzülür. Gündə 2-3 dəfə bu cövhərdən 1 stəkan qəbul etmək məsləhət görülür.

- Adi güləsovunun qurudulmuş çiçəklərindən dəmləmə hazırlayıb bronxial astma və qaraciyər xəstəliklərində qəbul edilir.

- Ənbər sürvənin yarpaqlarından sulu dəmləmə şəklində soyuqdəymələrdə, böyrək-sidik yolları xəstəliklərində istifadə edilir. Bunun üçün bitkinin qurudulmuş və xırdalanmış yarpaqlarından 2 xörək qaşığı 2 stəkan qaynar suda dəmləyib, gündə 4 dəfə, hər dəfə 1/2 stəkan qəbul edilir.

- Ənbər sürvə yağı antiseptik, stimullaşdırıcı və antibakterial xüsusiyyətlərə malikdir. Baş ağrılarında, miqren, həddindən artıq həyacanmalarda depressiyaların, hipertoniyanın, əzələ qıcolmalarında, bronxial astma, əsəb yorğunluğunun aradan qaldırılmasında istifadə edilir.

 

Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.

2021-04-20   387