NKPI

Maraqlı Məlumatlar

Əyləncəli məsələlər – 1

1. “Kim daha ağırdır?” yarışının qalibləri dəvə, fil və balina oldu. Dəvə balinadan 5 dəfə və fildən 1 ton yüngüldür. Onların üçünün birlikdə çəkisinin 8 ton olduğu məlumdursa, hər biri neçə tondur və yarışda onlar neçənci yerləri tutmuşlar?

Cavab: Ağırlığına görə birinci yeri balina (5 ton), ikinci yeri fil (2 ton), üçüncü yeri isə dəvə (1 ton) tutur.

2. Anası qızı Nigara tapşırdı: qonaqlar gəlincə evdəki beş stolu elə yerləşdir ki, hər divarın yanında iki stol olsun və ortada artıq qalan stol olmasın. Sizcə Nigar stolları necə yerləşdirməlidir?

Cavab: Stolların üçü evin küncündə yerləşdirməlidir ki, hərəsi iki divara aid olsun.

3. Dörd nəfər qatarı 2 saat gözlədi. Onların hər biri qatarı neçə saat gözlədi?

Cavab: 2 saat.

 

Mənbə: Mahmudov V.H., Qasımov Q.N. “Riyaziyyat dünyası”. Bakı: “Müəllim” nəşriyyatı – 2021-ci il – 617 s

2021-04-21   389