NKPI

Maraqlı Məlumatlar

Fitoterapiya - 5

BANAN – Musaceae Juss. fəsiləsi – II

Banandan bayram təntənələri üçün dadlı, faydalı xörək və içkilərin hazırlanması.

Banandan “Krepış” oladisinin hazırlanması. 1 stəkan un, 1 çay qaşığı quru mayonez, 2 ədəd yumuıta, 1/2 stəkan süd, 6 ədəd iri yetişmiş banan, 1,5 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı bitki yağı, zövqünüzə görə vanil və duz götürün.

Unu maya ilə birlikdə qazana töküb, üzərinə ehtiyatla qızdırılmış süd, 2 xörək qaşığı yağ və yumurta əlavə edib tam qarışdırın və xəmiri 10-15 dəqiqə isti yerdə saxlayın. Sonra bananları əzib sıyıq halına salaraq şəkər tozu, vanil, duz əlavə edib yenidən xəmirlə qarışdırın. Tavanın dibini yağlayıb orta dərəcəli odun üzərinə qoyub oladini bişirin.

Sağlamlaşdırıcı təsirə malik banan kreminin hazırlanması. 1 ədəd yumurta, 1 stəkan süd, 2 ədəd orta böyüklükdə banan, limon qabığından hazırlanmış toz, 1 xörək qaşığı kişmiş, zövqünüzə görə şəkər tozu götürün. Yumurta köpük verənə qədər qarışdırıb üzərinə şirinləşdirilmiş süd, nazik doğranmış banan, qurudulmuş limon qabığı, kişmiş əlavə edib su hamamında bişirin. Bişirməni kütlə qatılaşana qədər davam etdirin. Sonra soyudub süfrəyə verin.

Banandan hazırlanan şirin qida. 3 ədəd banan, 4 xörək qaşığı şəkər tozu, 1 stəkan qaynanmış su, çay qaşığının 1/4 hissəsi qədər limon turşusu götürün.

İri banan meyvəsini xırda hissələrə doğrayıb üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edin və bir cinsli kütlə alınana qədər qarışdırın. Sonra stəkanın 3/4 hissəsi qədər su götürüb şəkər tozunun qalan hissəsini əlavə etməklə qaynama həddinə gətirib üzərinə jelatin, limon turşusu, əzilmiş banan əlavə edib od üzərinə qoyub qarışdıra-qarışdıra 30-40 dərəcəyə qədər qızdırın. Krem halına düşəndə formaya salıb soyuducuda yarım saat saxladıqdan sonra süfrəyə verin.

Banandan yeni il kokteylinin hazırlanması. 2 xörək qaşığı banandan hazırlanmış likör, stəkanın 1/2 hissəsi qədər limon qarışıqlı kokteyli, yetişmiş banan, 2 stəkan doğranmış buz parçası, bir neçə ədəd doğranmış limon dilimi götürün.

Limon qarışığının hazırlanması. Stəkanın 3/4 hissəsi qədər limon şirəsi, 6 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı çalınmış köpük formalı yumurta zülalı götürün. Qızdırılmış qabın içərisinə 4 xörək qaşığı su töküb yavaş-yavaş şəkər tozu əlavə edib qatı şərbət alınana qədər bişirin. Sonra odun üzərindən götürüb üzərinə limon şirəsini, köpükləşmiş yumurta zülalı, banan şirəsini, xırdalanmış banan hissələrini əlavə edin. Qədəhin 2/3 hissəsini buzla doldurub, üzərinə aldığınız qatı kütləni əlavə edin və üstünü limon dilimləri ilə bəzəyib süfrəyə verin.

 

Mənbə: Mayis Qasımov, Tofiq Məmmədov. Fitoterapiya. Bakı, “Elm”, 2014, 297 s.

2021-04-25   32494