NKPI

Maraqlı Məlumatlar

Praktik məzmunlu çalışmalar – 3

Hörümçək və böcək

Hörümçəyin 8, böcəyin isə 6 ayağı var. Zöhrab bir qutuya hörümçəkləri və böcəkləri yığdı, onlann sayı 8 idi.

Qutudakı ayaqların sayı isə 54-dür. Qutuda neçə hörümçək və neçə böcək var?

Cavab: Böcəyin 6, hörümçəyin isə 8 ayağı var qutuda beş böcək və 3 hörümçək vardı.

Çəmənlik və inək

Çamənliyin һәr yerində ot eyni sıxlıqda bitir və eyni sürətlə artırsa, 70 inək bu otun hamısını 24 günə, 30 inək isə 60 günə otlayar. Neçə inək bu otun hamısını 96 günə otlaya bilər?

Cavab: Çəmənlikdəki otun bir gündə artmasını у ilə işarə edək. Onda 24 gündə 24 у qədər artar. Əgər çəmənlikdə olan ot ehtiyatını vahid qəbul etsək, onda inəklər 24 gündə (1 + 24y) qədər ot уеуәr. Bir gündə 70 inək (1 + 24y)/24 qədər ot уеуәr, onda bir inək (1 + 24у)/(24∙70) qədər ot уеуәr. Eyni qayda ilə 30 inəyin həmin çəmənliyin otunun hamısnıı 60 günə yeyə bilməsi şərtindən bir inəyin bir gündə yediyi ot (1 + 60y)/30∙60 olar. Bir gündə yeyilən ot ehtiyatının hər iki halda eyni olmasına əsasən: (1 + 24у)/(24∙70) = (1 + 60y)/30∙60 tənliyini alarıq. Buradan y = 1/480; Otun bir gündə artımını bildikdən sonra ilkin ot ehtiyatının hansı hissəsini bir gündə bir inəyin yediyini asanlıqla tapa bilərik:

(1 + 24y)/(24∙70) = (1 + 24∙1/480)/(24∙70) = 1/1600

Tələb olunan inəklərin sayı x olarsa, onda (1 + 96∙1/480)/96x = 1/1600; Buradan x = 20. Deməli, 20 inək bütün otu 96 günə yeyə bilər.

Vəhşi heyvanların ovu

Bir qoyunu şir 2 saata, canavar 3 saata və tülkü 6 saata yeyir. Bir qoyunu şir, canavar və tülkü birlikdə neçə saata yeyərlər?

Cavab: 1 saata.

 

Mənbə: Mahmudov V.H., Qasımov Q.N. “Riyaziyyat dünyası”. Bakı: “Müəllim” nəşriyyatı – 2021-ci il – 617 səh.

2021-05-03   290