NKPI

Maraqlı Məlumatlar

Dəyişmələr dövrünün energetikası - 3

S.M.Komarov. III Məlumat

Dalanlı dekarbonlaşma

Sadalanmış səbəblərə görə qlobal istiləşməyə birbaşa təsir etməyən əsas elektrik stansiyaları Rusiya Federasiyasında su elektrik stansiyaları və atom reaktorlarıdır. Günəş, külək, qabarma və geotermal enerjilər haqqında danışmadan marginal vəziyyət tutur: ümumi generasiyaya əlavə olmasa da, mərkəzləşmiş elektrik təhcizatı ya olmayan, ya da etibarsız olan yerlərdə enerji mənbəyi olur.

Burdan belə çıxır ki, yaxın gələcəkdə Rusiya Federasiyasında energetikanın karbonsuzlaşması baş verməyəcək və bu kiminsə kaprizi deyil, obyektiv iqtisadi və texnoloji vəziyyətlərin nəticəsidir. Ümumiyyətcə buna ehtiyac varmı? Qəribədir, daxili qanunvericiliyə və xarici öhdəliklərə uyğun olaraq Rusiya iqtisadiyyatında karbonsuzlaşmağa heç bir ehtiyac yoxdur. Belə ki, Paris sazişində deyilir ki, Rusiya Federasiyası 2030 – cu ilə qədər istilikxana qazlarının atmosferə atılmasına görə 1990 – cı ildə atılan qazların 70-75%-nə çatmalıdır. Analoji məqsəd Rusiya Federasiyasının prezidentinin 4 noyabr 2020 – ci il tarixli 666 nömrəli fərmanında da qoyulub. Lakin, 1998 – ci ildən başlayaraq Sovet sənayesinin tamamilə iflası səbəbindən Rusiya Federasiyası ərazisində tullantıların səviyyəsi stabil olaraq 1990 – cı ilin səviyyəsinin 50% - i qədərdir. Və belə çıxır ki, öhdəlikləri yerinə yetirmək üçün tullantıları bütün dünyada olduğu kimi azaltmaq yox, artırmaq lazımdır. Bu qəribə qanun kolliziyası iqtisadiyyatın karbonsuzlaşması haqqında düşünən iqtisadçıların hamısını dalana salır.

Karbonsuzlaşmağa belə yanaşma nə ilə pisdir? Atmosferin istilikxana qazları ilə doymasından mənəvi əzaba baxmayacayıq, geosiyasətə müraciət edəcəyik. Tamamilə təbiidir ki, Avropa ittifaqının inkişaf etmiş ölkələri, həmçinin Çin Xalq Respublikası və Yaponiya enerji ehtiyatlarından məhrum olduqlarından qlobal istiləşmə danışıqları altında enerji asıllığından azad olmaq istəyirlər. Lakin, öz mənbələrinə keçid, yəni bərpa olunan enerjiyə keçid baha başa gəlir və məhsullar rəqabət qabiliyyətli olmur. Problemi nece həll etməli? Çox sadə: karbona vergi təyin etməli. Daxili məhsul istehlakçıları onsuzda baha enerji ehtiyatları istifadə edir və onların seçimi yerli, yəni alternativ enerji mənbələrinə doğru olacaq. Xaricilər isə öz ucuz faydalı qazıntı enerji daşıyıcılarının üstünlüklərindən məhrum olacaqlar

Bu neçəyə başa gələcək?.Mütəxəssislərin hesablamalarına görə Rusiya sənayesi Qərbə satdığı malların istehsalı ilə əlaqədar olaraq ildə atmosferə bir milyard ton karbon atır, Şərqə isə 250 milyon ton.

ABŞ - dan olan qabaqcıl iqtisadçılar indi təklif edirlər ki, hər ton karbona 30-60 dollar vergi tutulsun, perspektivdə isə vergi 100 dollara qaldırılsın. Beleliklə, Rusiya sənayeçiləri olduqca tezliklə Avropa ittifaqının xəzinəsinə ildə ən azı 30 milyard dollar vergi ödəyəcək ki, o, Avropa ittifaqında alternativ enerjinin inkişafına istifadə olunacaq.

A.B.Çubays bu vəziyyəti Rusiya daxili siyasətinin böyük uğursuzluğu hesab edir. Əlbəttə, ölkə daxilində belə vergi tətbiq olunsa, bu pullar ölkənin karbonsuz energetikasının inkişafına istifadə olunardı. Sonra isə hər şey sadədir: yaşıl enerji şirkətlərinin qovşağa verdiyi enerjiyə görə sertifikatı al və onları gömrükdə ödə: mənim malım karbon atılmadan hazırlanıb. Belə sertifikatlar artıq Rusiya Federasiyası Hökuməti tərəfindən düşünülüb, amma ölkədə yaşıl enerji istehsalı bütün ixracatçıları təmin etmək baxımından azlıq təşkil edir. Əvəzində xarici təzyiq altında bahalı enerji istehlakçıları yaranır ki, hazırda onların olmasından elektrik qovşağı dispetçerləri kədərlənirlər.

İkinci problem daha ciddidir. Dünya karbonsuzlaşması inkişaf etdikcə ölkənin büdcəsinə az gəlir gətirməyə və olduqca çoxlu sayda insanların əmək haqqını təmin edən yeraltı enerji daşıyıcılarına təlabat azalacaq. Və təlabat artıq azalır, həm də iqtisadi məqsədəuyğunluq fikri ilə yox. Belə ki, əmr qaydasında kömür sənayesinə dünya investisiyaları kəsilib: karbonsuzlaşdıranların planlarına görə o, energetik taransformasiyanın birinci qurbanı olmalıdır. Aydındır ki, sonra analoji strakizmə (sürgünə) neft və qaz məruz qalacaq.

Maariflənmiş oxucu soruşur ki, kömürsüz necə yaşamaq olar? Axı əgər enerjini Günəşdən və küləkdən almaq mümkün olsa da, kömürsüz polad əritmək olmaz. Bu suala cavab var: dəmiri filizdən elektrolizin və ya hidrogenin köməyi ilə birbaşa reduksiya ilə alın. Sonuncu texnologiya həqiqətən də istifadə olunur, proses dəmir filizi okatışından dəmirin birbaşa reduksiyası adlanır, o, yüksək təmizlikli metal verir ki, ondan sonra yaxşı polad hazırlamaq olar. SSRİ – də bu texnologiya Oskolsk elektrometallurgiya kombinatında həyata keçirilib. Doğrudur, orada hidrogen mavidir: o, təbii qazdan alınır ki, CO2 istilikxana qazı atılması ilə müşayət olunur. Lakin, elə texnologiya düşünmək olar ki, bu texnologiyada metanın parçalanması zamanı əmələ gələn karbonun hamısı dəmirdə həll olsun və polad alınsın, əgər belə hidrogen çatışmasa, onu suyun elektrolizindən almaq olar. Onda baha da olsa, tam yaşıl polad almaq olar.

Karbonsuzlaşdırmanın tərəfdarları məsləhət görürlər ki, daha yaxşısı polad alüminium ilə əvəz olunsun – o, tamamilə bərpa olunan hidroelektrik enerjisi köməyi ilə alınır. Mütəxəssislər bu sözləri eşidərək gicgahlarında barmağı fırladırlar, amma onlar heç də tam haqlı deyillər. Axı karbon nanoborular istehsalı üçün ilk sənaye qurğularını yaratmış doktor Endo Marinovu hələ 15 il əvvəl alüminium – nanoboru komporitini nümayiş etdirmişdir ki, onun möhkəmliyi polada uduzmur. Aydındır ki, karbonsuzlaşmanın maliyyə stimullaşdırılması tədbirlərini istifadə etməklə belə materialı da “çirkli” polada nəzərən daha iqtisadi cəlbedici etmək olar.

Öncədən hiss etmə pisdir, ölkənin qazçıları istəyirlər ki, təbii qazdan alınan mavi hidrogen adlanan hidrogeni satsınlar. Onlar öz alman tərəfdaşlarına təxminən belə deyirlər. Yaxşı, sizdə karbonsuzlaşma gedir. Elektriki siz sudan, Günəşdən və küləkdən alacaqsınız, amma o, mühərrik yanacağını əvəz etməyəcək. Mühərrik yanacağı kimi siz hodrogeni seçmisiniz. Onun alınması üçün siz Brüsselin tələbinə görə nəhəng elektrolizorlar yaradırsınız. Amma, axı suyun parçalanması ilə alınan hidrogen çox bahadır!

Bizim metanı götürün və konversiya reaksiyasında ondan hidrogen alın – o, on dəfələrlə ucuz alınacaq. Bizdə bütün texnologiyalar var! Biz, əlbəttə Rusiya Federasiyasının ərazisində belə istehsalı yarada bilərik, amma, siz bilirsiniz, hidrogen nəqli boru kəmərləri başqa təhlükəsizlik tələb edir. Gəlin hidrogen fabrikini Şimal axını boru xəttinin sonunda tikək və hamı xoşbəxt olacaq. Siz belə ucuz mavi hidrogen ilə hidrogen energetikasını inkişaf etdirəcəksiniz. Hələlik sizdə hidrogen istehlakçıları yoxdur; hidrogen ucuz olmasa, onlar heç yaranmayacaq. Biz isə mövcud boru kəmərləri ilə təbii qazı göndərməkdə davam edəcəyik və heç nəyi dəyişmək lazım deyil, elə ki, hidrogen istifadəsi başlandı, onun bazarı yaranacaq və beləliklə mavi hidrogenin yaşıl hidrogen ilə əvəz edilməsi məsələsi qalxacaq. Tədricən karbonsuzlaşmanın gözəl proseduru yaranacaq.

Belə gözəl mühakimədə qüsur var; metanın konversiyası zamanı qaçılmaz olaraq karbon azad olur. Və yaxşı, əgər bərk qurum halında alınsa: onu istifadə etmək olar və ya gözdən uzaq yerdə basdırmaq olar. Lakin, əksər texnoloji sxemlərdə həmin istilikxana qazı olan CO2 alınır ki, onunla mübarizə üçün karbonsuzlaşma düşünülüb. Tamamilə aydın deyil ki, mavi hidrogen ideyası işləyəcək, hətta siyasi təzyiqlər nəzərə alınmasa da. Onlar ilə isə çoxdan: heç kim mavi hidrogenə vergi qoyulmasına mane olmayacaq və o, elektroliz ilə alınan yaşıl hidrogenin qiymətində olacaq.

İqtisadiyyatın karbonsuzlaşması ilə əlaqəli olan üçüncü bəla ondan ibarətdir ki, ölkələr ölkə texnologiyalarısız və mütəxəssizlərisiz qalacaq, hansılar ki, yeraltı yanacaqları yandırmadan işləyə bilirlər. Odur ki, əgər siyasi səbəblərin gücü ilə karbonsuz energetika bizdən tələb olunan olsa, özünün yox, xarici təcrübədən istifadə etmək lazım gələcək bir şərtlə ki, ona əlçatanlıq açıq olsun. Yapon praktikasından elə nümunə göstərir ki, prespektiv texnologiyaların inkişafından necə geri qalmamaq olar. Bu ölkədə məsələ qoyulub ki, dünya enerji saxlanma bazarının 50%-ni yapon akkumulyatorları ilə tutmaq (onlarsız isə karbonsuzlaşma mümkün deyil). Sahənin sürətli inkişafını təmin etmək üçün hökumət indi yapon ev təsərrüfatında şəxsi günəş elektrostansiyası üçün akkumulyatorun qiymətinin üçdə ikisini ödəyir; belə yanaşmada o, sərvət predmeti olmaqdan çıxır. Bundan əlavə, ev təsərrüfatlarına təklif olunur ki, akkumulyatorları almasınlar, onları icarəyə götürsünlər və sonradan qovşağa satmaq üçün enerjinin toplanmasına istifadə etsinlər.

 

Mənbə: Химия и жизнъ, 2021, №1.

2021-05-03   280