NKPI

Maraqlı Məlumatlar

Fitoterapiya - 13

ASPARAGUS – Asparagaceae Juss. fəsiləsi

Qulançar (Mələçöyüd) – Asparagus L.

Qulançardan dərman preparatlarının hazırlanması.

Cinsi fəaliyyətin zəifləməsində, adenomanın, prostat vəzinin müalicəsində. 2 xörək qaşığı doğranmış təzə kökündən götürüb 1 stəkan qaynar suya töküb, 2 saat saxlayıb süzün. Gündə yeməyə yarım saat qalmış 3-4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. Cinsi fəallığımızı artırmaq üçün hər gün yeməyinizdə təzə, bişirilmiş, buxara verilmiş qulançardan istifadə edin.

Qanazlığı zamanı. Təzə qulançar zoğundan alınmış təzə şirənin içərisinə 1:1 nisbətində şəkər tozu əlavə edib, zəif od üzərinə qoyun və 1 saat bişirin. Gündə 3 dəfə, yeməyə 20 dəqiqə qalmış bir xörək qaşığı qəbul edin.

Hipertoniya, ürək genişlənmələri, ateroskleroz zamanı. 2 xörək qaşığı təzə doğranmış qulançardan götürüb 0,5 litr qaynar suya töküb, vam odda 15 dəqiqə saxladıqdan sonra süzün. Həcmini 0,5 litrə çatdırıb stəkanın 1/2 hissəsi qədər gündə 3-4 dəfə yeməyə yarım saat qalmış qəbul edin.

Sistit və xolesistitin müalicəsində. 1 xörək qaşığı doğranmış cavan zoğ və kök hissələrindən götürüb 1 stəkan qaynar suya töküb, vam od üzərinə qoyub yarım saat saxlayın. Sonra od üzərindən götürüb soyudub, süzün, 1 stəkan həcminə gətirib günə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım saat qalmış qəbul edin.

 

Mənbə: Mayis Qasımov, Tofiq Məmmədov, Fitoterapiya. Bakı, “Elm”, 2014, 297 səhifə.

2021-05-03   281