NKPI

Maraqlı Məlumatlar

Praktik məzmunlu çalışmalar – 4

İt dovşana çatır

Beş dəqiqədə 1300 sajen (2,134 metrə bərabər uzunluq ölçüsü) qaçan it 150 sajen məsafədən 2 dəqiqədə son 500 sajen qaçan dovşan görür və onun dalınca qaçmağa başlayır. Nə qədər vaxtdan sonra it dovşana çatacaqdır.

Cavab: Tutaq ki, it dovşana x vaxtdan sonra çatacaqdır. Onda şərtə əsasən tənlik aşağdakı şəkildə olar:

150:x = 1300:5 – 500:2

Həll etsək, alarıq: x = 15 dəq.

İnək artımı

Bir inək hər ilin əvvəlində bir bala doğur. Balalar da böyüyərək öz həyatlarının dördüncü ilinin başlanğıcından sonra anaları kimi hər ilin əvvəlində doğur. Bir inək 20 il artaraq neçə baş olmuşdur?

Cavab: 20 il ərzində 2745 baş naxır alınmışdır.

Vəhşi qaz və ördək

Vəhşi ördək cənub dənizindən şimala 7, vəhşi qaz isə şimal dənizindən cənuba 9 günə uçur. Vəhşi ördək və qaz eyni vaxtda qarşı-qarşıya uçarsa, onlar neçə gündən sonra görüşərlər?

Cavab: 3∙15/16 gün.

 

Mənbə: Mahmudov V.H., Qasımov Q.N. “Riyaziyyat dünyası”. Bakı: “Müəllim” nəşriyyatı – 2021-ci il – 617 səh.

2021-05-04   283