NKPI

Maraqlı Məlumatlar

Dəyişmələr dövrünün energetikası - 4

S.M.Komarov. IV Məlumat

Yığılanlar – saxlamaq

Elektrikin saxlancı energetik transformasiyanın əhəmiyyətli inqilabi elementidir. Prinsipcə belə inqilabının məhsulları ilə hər kəs hər gün rastlaşır – bu, güclü bitium – ion akkumulyatorlarıdır; onlar mobil elektronikanın və individual mobilliyin indiki çiçəklənməsini təmin etmişdir: elektrosomakatların və elektrovelosipedlərin. Yalnız akkumulyatorlar sayəsində bu qurğular bizim həyatımıza daxil olub və onu çox güclü dəyişib. Onlar bütün nəqliyyatın yeniləşməsinə aparır (bu, indi gedən daha bir inqilabdır. Energetikaya tətbiqdə isə proqres bir o qədər sürətli deyil.)

Rusiya yaşıl energetikasının bəlalarından açılan söhbətdən görünür ki, alternativ mənbələrdən enerji istehsalının qeyri sabitliyi onların dünya iqtisadiyyatında triumf ilə irəliləməsinə əsas maneədir: onların müəyyən payında istilik energetikasının imkanları kifayət etmir ki, istehsalatda sıçrayışları və elektrik istifadəsini təmin etsin.

Enerji saxlancı kömək edə bilər. Söhbət şəxsi istifadə üçün elektrik stansiyalarından getdikdə belə saxlanc elektro – kimyəvi akkumulyator olur. Rusiya Federasiyasında bu, bir qayda olaraq qurğuşun – turşu, Avropa İttifaqında, ABŞ – da və Yaponiyada isə litium – ion akkumulyatorlarıdır. Hər iki akkumulyatorların sənayedə istifadə zamanı ciddi çatışmazlıqları var: onlar çox bahadırlar, bir neçə il işləyirlər, tam boşalmanı sevmirlər, litium – ion akkumulyatorlar əlavə olaraq zaman - zaman partlayırlar. Bununla belə kim elektrik enerjisinə etibarlı əlçatanlıqdan məhrumdursa və günəş batareyalarından istifadə etməyə məcburdursa, bu çatışmazlıqlarla barışmalı olurlar – alternativ yoxdur.

Lakin elektrokimyəvi akkumulyatorların sənaye alternativləri var. Ən kütləvi sənaye akkumulyatorları – hidroakkumulyasiya edən elektrik stansiyalarıdır: iki müxtəlif səviyyələrdə olan və aralarında turbin yerləşən su anbarları. Yuxarı su anbarlarında enerji artıq olduqda su çəkilir, enerji çatmadıqda aşağı su anbarına axır. Ən böyük belə sistemlər Yaponiyada (26,7 QVt), ABŞ – da (22,6 QVt) və AFR – də (6,7 QVt) yerləşir, ümumiyyətcə dünyada elektrik enerjisinin akkumulyasiyasının 90% - ə qədəri belə stansiyaların payına düşür.

Hidroakkumulyasiya edən elektrik stansiyaları təlabatı necə ödəyir? Nümunə üçün AFR – i götürək. Onun 2018 – ci ildə 45,8 QVt günəş və 110 QVt külək gücləri olub. Saxlama imkanları isə tikilən və lahiyələndirən güclər də daxil olmaqla olduqca məhduddur – 12,4 QVt. Rusiya Federasiyasında enerjinin saxlanması ilə vəziyyət tamamilə başqadır – hesab etmək olar ki, onlar tamamilə yoxdur. Ölkədə yalnız üç hidroakkumulyasiya edən elektrik stansiyası tikilib. Onlardan ən böyüyü Zaqorskda tikilib ki, o da 1,2 QVt enerjini saxlamağa imkan verir, onun tikilməkdə olan ikinci növbəsinin gücü isə 0,8 QVt təşkil edir. O, heç də yaşıl enerjinin utilləşməsinə yox, Moskva regionunun enerji sistemində pik yüklənməsini tənzimləmək üçün nəzərdə tutulub. Belə vəziyyət yenə də kiminsə pis istəyi deyil: ölkə on bir saat qurşağına malik olduqda istifadə pikini səmada Günəşin hərəkətinə uyğun olaraq günləri şərqdən qərbə və geriyə göndərmək hesabına təmin etmək olar; Sovet energetikası elektrik enerjisinin sənaye toplandırıcıları olmadan belə işləyirdi.

Göründüyü kimi , hətta karbonsuzlaşdırma liderlərində saxlama vasitələri öz inkişafında generasiya edən güclər baxımından əsaslı dərəcədə geri qalır və ciddi bir balans yaranır. Onu təbii olaraq, istehsal piki dövründə istilik stansiyalarında generasiyanı azaltmaq hesabına həyata keçirirlər, belə buferlərin imkanları isə hüdudsuz deyil. Görünür ki, inqilabi həllər olmadan istilik energetikasından imtina mümkün deyil, axı əhalinin sıx olduğu yerlərdə yeni hidroakumulyasiya elektrik stansiyaları üçün su anbarları tapmaq heç də sadə deyil.

 

Mənbə: Химия и жизнъ. 2021, №1.

2021-05-04   32304