NKPI

Maraqlı Məlumatlar

Petti Vudun müsahibənin uğurlu olması üçün məsləhətləri - 1

I Məsləhət.

Uğur üçün geyim

Müsahibə üçün geyim seçərkən yadda saxlayın ki, sizə şirkətə və intervü götürənə hörmətinizi nümayiş etdirmək lazımdır. Sizin müsahibəyə getdiyiniz şirkətin mədəniyyəti böyük əhəmiyyət kəsb edir. Ümumi qaydalar göstərir ki, siizn vəzifənizə gündəlik iş vəziyyətinə uyğun olandan bir və ya iki səviyyə yüksək geyinməlisiniz və intervü götürənin statusundan bu və ya digər tərəfə 2 səviyyədən artıq keçməməlisiniz. Əgər siz cavan deyilsinizsə və görüşə olduqca yaraşıqlı geyinsəniz sizə iş verən bunu sizin müassir mədəniyyət haqqında təkcə dəb planında yox, həm də digər münasibətlərdə məlumatsız olduğunuz kimi qəbul edəcək. Nəzərə alın ki,bizim günlərimizdə əvvəldən soruşmaq tam icazə veriləndir ki, müsahibəyə hansı geyim forması uyğundur. Siz bu sualı əvvəlcədən telefon danışıqlarında və ya kadrlar şöbəsi ilə elektron yazışmalarda digər suallarla yanaşı verə bilərsiniz.

 

2021-05-04   285