NKPI

Maraqlı Məlumatlar

Praktik məzmunlu çalışmalar – 5

Dovşan və qırqovul

Qəfəsdə naməlum sayda qırqovul və dovşan vardır. Qəfəsdə 94 ayaq və 35 baş olduğunu bilərək, qırqovul və dovşanların sayını tapın?

Cavab: 12 dovşan və 23 qırqovul.

Dovşan ovu

Ovçu iti ilə meşəyə gedərkən qarşısına bir dovşan çıxır. İt ilə dovşan arasındakı məsafə elə idi ki, it özünə məxsus 40 sıcrayış etməklə onu haqlaya bilərdi. Lakin dovşan da iti görərkən özünə məxsus sıçrayışlar etməklə qaçır. Dovşanın 6 sıçrayışda qət etdiyi məsafəni it özünün 5 sıçrayışı ilə qət edə bilir. Нәr iki һеуvanın eyni andan başlayaraq özlərinə məxsus sıçrayışlarla qaçdıqlarını nəzərə alsaq it neçə sıçrayışla dovşana çatar?

Cavab: Lazımdır ki, dovşan 6 sıçrayış edəcək. Lakin itin 5 sıçrayışda qət etdiyi məsafə dovşanın 6 sıçrayışda qət eidiyi məsafə qədər olduğundan 6 sıçrayışdan sonra it dovşana özünün bir sıçrayışında qət etdiyi məsafə qədər yaxınlaşır. Başlanğıc vəziyyətdə bunlar arasındakı məsafə itin 40 sıçrayışla qət edə biləcəyi qədər olduğundan onda aşkardır ki, it dovşana çatmaq üçün sıçrayış 40∙6 = 240 edir.

Qaçan it

İki nəfər eyni yolla eyni istiqamətdə yol gedirlər. Birinci yolçu ikincidən 8 km irəlidə olub 4 km/saat sürətlə, ikinci isə onun ardınca 6 km/saat sürətlə hərəkət edir. Yolçulardan bırinin iti də onunla gedir və bu it bizim onu müşahidə etdiyimiz andan öz sahibindən o biri yolçuya doğru 15 km/saat sürətlə qaçır və о yolçuya çatan kimi qayıdıb həmin sürətlə sahibinə doöru qaçır. İtin bu irəli-geri hərəkəti yolçular bir-biri ilə yolda görüşənə qadər davam edir. İt öz hərəkətində nə qədər məsafə qət etmişdır?

Cavab: Bu məsələnin həlli əvvəlkinə çox oxşayır. Maraqlıdır ki, məsələnin həlli itin sahibinin hansı yolçu olmasından asılı deyil. Əsas məqam budur ki, ikinci yolçunun birinciyə çatması müddətini tapmaq lazımdır. Aşkardır ki, 4 saatdan sonra ikinci yolçu birinciyə çatacaq və deməli bunların görüşünə qədər it 15km/saat sürətlə 4 saat qaçmış və 4∙15 = 60 km уо1 getmiş olacaq.

 

Mənbə: Mahmudov V.H., Qasımov Q.N. “Riyaziyyat dünyası”. Bakı: “Müəllim” nəşriyyatı – 2021-ci il – 617 səh.

2021-05-05   320