NKPI

Maraqlı Məlumatlar

Dəyişmələr dövrünün energetikası - 5

S.M.Komarov. V Məlumat

Ağırlıqlar soyuqa qarşı?

Bir vaxtlar belə ideya mövcud idi: biz elektrik nəqliyyatını inkişaf etdirəcəyik və iki dovşan vuracağıq – tullantılar azalacaq və enerji anbarlarının kütləvi paylanmasını əldə edəcəyik. Lakin, statistika göstərdiyi kimi, buna hələ çox var: dünyada ümumi enerji saxlanması həcmində elektokimyəvi akkumulyatorların payı az sayda faizdir. Oxşayır ki, yalnız Yaponiyada belə perspektivə ciddi əmindirlər və odur ki, energetik transformasiya planına elektrik enerjisinin paylanmış saxlanclarını daxil ediblər. Amma, çox vaxt başqa ideya işə düşür və görünür ki, gələcəyin energetikasının əsasında duran optimal həll hələ seçilməyib. İki maraqlı ideya üzərində dayanaq.

A.B.Çubaysın fikrincə qravitasiya saxlancı olduqca perspektivlidir. Başqa sözlə, enerji artıq olduqda bucurğacın çoxtonlu yükü qaldırdığı qüllə. Enerji çatışmadıqda yük öz çəkisi altında aşağı düşür və enerjini qovşağa verir (generatorun valını fırladaraq): sistem sadə divar saatının ağırlıq daşı kimi işləyir. Hündürlüyü 20 metr olan birinci belə prototipi 2017 – ci ildə “Siqma Novosibirsk” nanomərkəzindən və Skopkovadan olan “Enerqorapas” şirkəti Novosibirsk Akademiya şəhərciyində quraşdırıb. 2021 – ci ildə şirkət ümid edir ki, gücü 2MVt (bunun üçün hündürlüyü 80 metr olan qüllə tələb olunur) təcrübə - sənaye nümunəsinin tikintisinə başlayacaq, uğurlu alındıqda isə 2025 ci ildə gücü 10-15 MVt olan və 200 MVt – a qədər enerji toplaya bilən sənaye qurğusu tikilməyə başlayacaq. Hündürlüyü 200 - 300 metr olan bu siklopik konstruksiyalar təxminən bir kvadrat kilometrə qədər sahə tutur. Belə konustruksiyanın hidroakkumulyasiya edən elektrik stansiyalarına nəzərən üstünlüyü odur ki, onu praktik olaraq istənilən yerdə yerləşdirmək olar.

Belə saxlamanın qiyməti məsələsi hələlik açıq qalır. Belə ki, şirkətlər iddia edir ki, 300 MVt enerji topladıqda iş əlverişli olacaq. Layihənin əlehdarları öz hesablamalarını aparırlar. Onlar hündürlüyü 80 metr olan qülləli xatırlanan layihəni götürürlər. Hesab edək ki, orada ağırlığı 1000 ton olan yükü qaldıran bucurğac dayanır. Əgər buna gecə tarifi üzrə elektrik enerjisi sərf olunsa, sonra isə yükü aşağı salıb istehsal olunan enerji gündüz tarifi ilə satılsa, onda gəlir 500 rubldan artıq olmayacaq. Bu zaman 1000 ton yükü qaldıran bucurğaclı qüllə hətta xidmət və amortizasiya nəzərə alınmadan da bir qədər bahadır, bununla əlaqədar olaraq sual yaranır – qurğu köhnələnə qədər layihə özünü doğruldacaqmı?

Digər maraqlı üsul – kziosaxlancdır. Onda artıq enerji havanın sıxılmasına gedir, sonra qızdırıldıqda genişlənmə hesabına enerji ayrılır. Bu üsul, ona üstünlük verilsə, təkcə landşaftı yox, həm də insanların həyatlarını mobil elektronika etdiyi dərəcədə dəyişəcək. Axı maye hava, daha da yaxşısı maye azot enerjinin saxlanması ilə yanaşı iki əhəmiyyətli iki işə də xidmət edə bilər.

Birinci – avtomobil mühərriki üçün yanacaq rolunu oynaya bilər. Belə mühərriklər nəinki var, həm də təcrübə maşınlarında, həmçinin yük maşınında işləyirlər. Azot mühərrikindən tüstü ideal təmizdir, o, eyni atmosfer havasıdır. İkinci – ifrat keçirici elektrik qovşaqlarının yaradılmasıdır. Belə qovşaqlar mövcud qovşaqlara nəzərən daha yığcamdır, eyni diametli kabeldə daha böyük enerji ötürür və qüllə üçün yer ayrılmasını tələb etmir: ifrat keçirici kabellər dərindən keçir. Hər iki texnologiyanın reallaşmasına kriofen təsərrüfatının olmaması mane olur. Enerjinin kriofen toplanmasının sənaye üsulunun yaranması olduqca müxtəlif istehlakçıların maye havaya geniş və əlçatanlığını təmin edə bilər.

Kriosaxlancların yaradılması haqqında ilk fikir 70 – ci illərdə meydana çıxıb, 1998 – ci ildə isə “Mitsubishi Electric” şirkətinin mütəxəssisləri belə toplayıcının təcrübi nümunəsini yaradıblar və əmin olublar ki, o, özündə topladığı enerjinin 70% - ni verir. “Hiphview Power” şirkətindən olan ingilis tədqiqatçılar geniş miqyaslı iş başlayıblar. 2011 – ci ildə onlar Londonun kənarında biokütlənin yandırılmasından enerji alınması stansiyasının yanında təcrübə qurğusu yaradıblar.

Kriotoplayıcının gücü 350 kVt, tutumu isə 2,5 MVt s. olub. Effektivlik kiçik olub, cəmi 8%, amma bu, qurğunun kiçik miqyaslı olması səbəbindəndir. Bununla belə, bu qurğuda üç ildə müxtəlif nüansları işləmək mümkün olub.

İndi tarixi toplayıcı Birminfem universitetinə köçürülüb. Şirkət isə artıq üç kriotoplayıcı quraşdırır. 2018 – ci ildə Mançestr yaxınlığında zibillik yaxınlığında gücü 15 MVt olan toplayıcı işə salınıb: o, elektrik enerjisini yox, zibillik qazının yandırılmasından alınan atılma istiliyini toplayır və enerji istifadəsi pikini hamarlamağa imkan verir, xüsusən də qışda; bu layihəyə Britaniya hökuməti 8 milyon funt sterlinq vəsait ayırıb. 2020 – ci ilin oktyabrında yenə də Mançestr yaxınlığında gücü 50 MVt və tutumu 250 MVt.s olan, yaşıl enerjinin sənaye kriosaxlancının tikintisinə başlanıb. Üçüncü layihə Amerika Vermontunda həyata keçirilməyə başlayıb. Orada həcmi 400 VMt.s olan saxlanc (istilik stansiyası əvəzinə) yerli elektrik qovşağında ona bərpa olunan mənbələr qoşulmaqla bufer rolunu oynayacaq.

İş ondadır ki, bu ştatda (Kanada ilə sərhəddədir) az sayda insanlar yaşayır, bərpa olunan enerjinin generasiyası üçün stansiyalar isə artıq miqdardadır və yenilərini yaratmaq olmaz.

2019 – cu ilin yanvarında ştatın hökuməti gücü 500 MVt olan günəş elektrik stansiyasının tikməkdən imtina edib: onu qovşağa qoşmaq üçün artıq işləyən enerji generatorlarını, o cümlədən daha ucuz hidrostansiyaları dayandırmaq lazımdır. Elektrik enerjisinin saxlanma sistemi inkişaf etdikcə enerji sisteminin stabilliyi artacaq və yeni stansiyaların tikilməsi mümkün olacaq.

Göründüyü kimi, karbonsuzlaşdırma qaçılmaz olaraq enerji saxlancları inqilabını yaradır və təsadüfi deyil ki, belə saxlancların bazarı on milyardlarla dollarla ölçülür.

 

Mənbə: Химия и жизнь. 2021, №1

2021-05-05   283