NKPI

Maraqlı Məlumatlar

Praktik məzmunlu çalışmalar – 6

Pişik və siçan

İki pişik 2 saat ərzində 2 siçan yeyir. 4 pişik 4 saat ərzmdə neçә siçan уеуә bilər?

Cavab: Əgər iki pişik 2 saatda 2 siçan yeyirsə, onda 2 pişik 4 saatda 4 siçan yeyər. Onda 4 pişik 4 saatda 8 siçan yeyər.

Qarışqa və ağac

Ağacın hündürlüyü 20 metrdir. Qarışqa hər gün gündüz bu ağaca 5 metr dırmaşır, axşam isə 4 metr aşağı enir. Bu minvalla qarışqa neçə günə ağacın təpəsinə çatar?

Cavab: İlk 15 sutkada qarışqa həmin hərəkətlə һәr gün 1 metr dırmaşa bilər. Deməli, 15 sutkada 15 metr dırmaşır. 16-cı gün isə qarışqa daha 5 metr dırmaşaraq ağacın təpəsinə çıxır.

Pişiklərin sayı

Düzbucaqlı şəklində olan bir otağın hər küncündə bir pişik və hər pişiyin qarşısında da üç pişik dayanır. Otaqda neçə pişik var idi?

Cavab: İlk nəzərdə adama elə gəlir ki, hər küncdə bir pişik varsa və hər birinin qarşısında da 3 pişik varsa, deməli 4 pişik küncdəkilər, 4∙3 = 12 pişik isə qarşıdakı pişiklər və cəmini pişiklərinin sayı 4 + 12 = 16 olur. Əlbəttə, məsələni belə də həll etmək olar. Amma, daha məntiqi yol belədir ki, hər küncdə bir pişik varsa, o biri künclərdəki 3 pişik məhz küncdəki bir pişiyin qarşısındadır. Deməli, otaqda 4 pişik var.

 

Mənbə: Mahmudov V.H., Qasımov Q.N. “Riyaziyyat dünyası”. Bakı: “Müəllim” nəşriyyatı – 2021-ci il – 617 səh.

2021-05-06   32469