NKPI

Maraqlı Məlumatlar

Kimyadan testlər - 342

Oksidlər, Əsaslar, Turşular, Duzlar

1) Naməlum metalın suda həll olmasından 2,24 litr qaz (n.ş) və 11,2 qram yeni maddə alınmışdır. Metalı tapın?

a) Ca          b) Na          c) K            ç) Ba           d) Mg

2) Naməlum metalın 7,8 qramının suda həll olması zamanı 2,24 litr qaz (n.ş) ayrılmışdır. Bu hansı metaldır?

a) K            b) Na          c) Ca           ç) Ba           d) Mg

3) 4,6 qram naməlum metalın 95,6 qram suda həll olmasından alınan maddənin məhlulda kütlə payı 0,08-ə bərabərdirsə, metalı təyin edin?

a) Na          b) K            c) Rb          ç) Ca           d) Mg

4) 9,2 qram natriumun suda həll olmasından ayrılan 0,8 qram qazın molekul  kütləsi nəyə bərabərdir?

a) 2 q/mol      b) 4 q/mol            c) 3 q/mol            ç) 32 q/mol       d) 16 q/mol

2021-05-07   32353