NKPI

Maraqlı Məlumatlar

ŞUŞA ƏBƏDİ BİZİMDİ

Mədəniyyət beşiyimiz,
Mədəniyyət abidəmiz,
Qürurumuz, şərəfimiz,
Şuşa əbədi bizimdi.
 
Lənətlilər qovuldular,
Bişərəflər xar oldular,
Ağır cəzanı aldılar,
Şuşa əbədi bizimdi.
 
Fərqli Şuşa döyüşləri,
Tarix onu görməmişdi,
Bu misilsiz qələbədi,
Şuşa əbədi bizimdi.
 
Azərbaycan oğulları,
Görünməmiş zəfər çaldı,
Baş tacını geri aldı,
Şuşa əbədi bizimdi.
 
And içmişdi Ali Rəhbər,
Yaxındadır böyük zəfər,
Qazanıldı belə zəfər,
Şuşa əbədi bizimdi.
 
Eşit bizi yağı düşmən,
Sən əbədi vətənsizsən,
Bunu sənə bizik deyən,
Şuşa əbədi bizimdi.
 
Dəmir yumruq əzdi səni,
Unudulmaz dərsi verdi,
Şuşa indi pak, təmizdi,
Şuşa əbədi bizimdi.
 
Şuşa bizə Tanrı payı,
Bu ənamın yoxdu tayı,
Azərbaycan Şuşalıdı,
Şuşa əbədi bizimdi.
 
Unutma sən bu tarixi,
Başın Şuşada əzildi,
Quyruğunla sürün indi,
Şuşa əbədi bizimdi.

2021-05-08   32501