NKPI

Maraqlı Məlumatlar

Bəşəriyyət tarixində - Meqasunamilər

 

Meqasunami – dalğalarının  hündürlüyü adi sunami dalğalarının hündürlüyündən çox-çox hündür olan sunamilərdir. Bir qayda olaraq zəlzələlərlə yox, torpağın nəhəng qeyri tektonik yerdəyişmələri (torpaq sürüşməsi, səma cisimləri ilə toqquşma) nəticəsində baş verir.

1. Təxminən 65 milyon il bizim eradan əvvəl Yerin asteroid ilə toqquşması nəticəsində Yukatan adasının cənubunda Çikşulub krateri əmələ gəlmişdir.

2. Təxminən 35.3 milyon il bizim eradan əvvəl Yerin bolid (iri parlaq meteorit) ilə toqquşması nəticəsində Çekapiksk körfəzinin  krateri əmələ gəldi.

3. Təxminən 6000 il bizim eradan əvvəl Etna dağında (Sicilya adasında) nəhəng torpaq sürüşməsi meqasunami yaratdı ki, bu sunami Aralıq dənizi ölkələrinə ziyan vurdu.

4. Təxminən 5000 il bizim eradan əvvəl müasir Norveçin kontinental şelf sərhədində su altında “Sturreqa” adı ilə məşhur olan sualtı torpaq sürüşməsi. Bunun nəticəsində müasir İslandiya ölçüsündə torpaq ayrılması olduqda güclü meqasunami yaratmışdı.

5. Təxminən 2000 il bizim eradan əvvəl Madaqaskardan şərqdə Reyunon adasında torpaq sürüşməsi.

6. Təxminən 1000-800 il bizim eradan əvvəl Yer kürəsi səma cismi ilə toqquşması nəticəsində Hind okeanı altında Byorkl kraterinin əmələ gəlməsinə səbəb oldu.

7. 365-ci il. Kritdə zəlzələ. Zəlzələnin yaratdığı meqasunami İskəndəriyyəni məhv etdi. Sahildə dalğalar 35.5 metrə çatırdı.

8. 1792-ci ilin iyunun 15-i. Yaponiyada Unzen vulkanı püskürməsi səbəbindən meqasunami yaranmışdı. Dalğaların hündürlüyü 100 metrə çatmışdı.

1958-ci il 9 iyul. Alyaskada Lituyya buxtasında torpaq sürüşməsi. Buxtanın əks sahilində əmələ gələn dalğanın hündürlüyü 524 metrə çatmışdı. Bu qeydə alınmış ən hündür dalğadır.

1963-cü il 9 oktyabr. İtaliyada Vayont bəndində torpaq sürüşməsi bəndin üzərindən suyun aşmasına səbəb oldu. Suyun həcmi 50 milyon kub metrdən çox, qalınlığı 150-250 metr idi. Su dalğalarının hündürlüyü 90 metr idi. 2000-3000 nəfər insan həlak olmuşdu.

9. 1980-cı il 18 may. ABŞ-da Vaşinqton ştatında Müqəddəs Yelena (Sent-Xelens) vulkanı püskürməsi nəticəsində dağın zirvəsi (yuxarı 460 metr) aşağı tökülmüşdü. Torpağın bir hissəsi Duxa gölünə tökülmüşdür, su dalğalarının hündürlüyü 260 metrə çatmışdı.

 

Mənbə: Редактор - составитель Александр Соловьев. Апокалипсис. M.: Коммерсант: Ексмо, 2010, 336 с.

2016-09-19   38310