NKPI

Maraqlı Məlumatlar

Petti Vudun müsahibənin uğurlu olması üçün məsləhətləri - 6

Verbal və qeyri verbal nəzakətlilik göstərin

Sizin etdiyiniz və dediyiniz hər bir incəlik əhəmiyyətlidir. Onlar göstərə bilərki, siz nə qədər diqqətli və mehribansınız. Məsələn, əgər müsahibəni qadın aparırsa və bu yerindədirsə, onun üçün qapını tutun. Əgər o, sizə oturmağı təklif etməyibsə, gözləyin ki, o, özü otursun və yalnız bundan sonar siz outrun. Müsahibənin əvvəlində və sonunda ona sizinlə söhbətə vaxt ayırdığı üçün təşəkkür edin.

Müsahibə götürənə münasibətdə həmişə onun formallıq səviyyəsinə uyğun davranmaq lazımdır. Əgər siz kolleci bitirdikdən dərhal sonar müsahibədən keçsəniz və hər dəfə sizdə formallıq səviyyəsinə aid şübhə yaranırsa, yaxşısı “cənab” və ya “xanım” müraciəti istifadə etmək lazımdır və hər halda əvvəldə. Sonra isə sadəcə müsahibə götürəndən nümunə götürərək davranmaq lazımdır.

 

2021-05-09   32360