NKPI

Maraqlı Məlumatlar

Praktik məzmunlu çalışmalar – 10

Sobanın qızdırılması

Bir sobanı qızdırmaq üçün ayda orta hesabla 0,8 kub metr odun işlədilir. 1 kub metr odunun qiyməti 1,2 manat olarsa, bu cür 10 sobanın 6,5 ay qızdırılması neçəyə başa gələr?

Cavab: 62∙2/5 manat.

Buğda və çörək

Buğda üyüdüləndə öz çəkisinin 1/10-ni itirir. Çörək bişirəndə isə un öz çəkisinin 2/5 hissəsi qədər artım verir. 1,5 ton buğdadan nə qədər çörək alınar?

Cavab: 1 ton 890 kq.

Qış ehtiyatı

Peç yandırma dövründə məktəb hər peçdə 5,5 kub metr odun yandırarsa, ehtiyatda olan odundan 4 kub metr odun qalar və ya hər peçdə 4,75 kub metr odun yandırarsa, ehtiyatda 10 kub metr odun qalar. Məktəb qış ehtiyatı üçün nə qədər odun yığmışdır?

Cavab: Tutaq ki, məktəb qış ehtiyatı üçün x qədər odun yığmışdır, onda məsələnin şərtinə əsasən aşağdakı tənliyi qurarıq:

x – 5∙1/2∙((10 – 4)(5∙1/2 – 4∙3/4)) = 4

Tənliyi həll etsək, x = 48 m3 alarıq.

 

Mənbə: Mahmudov V.H., Qasımov Q.N. “Riyaziyyat dünyası”. Bakı: “Müəllim” nəşriyyatı – 2021-ci il – 617 səh.

2021-05-10   32430