NKPI

Maraqlı Məlumatlar

AĞAYEV BÖYÜKKİŞİ AĞA OĞLU

B.A.Ağayev 1928-ci il sentyabr ayının 10-da Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur.

Azərbaycan Tibb Universitetinin müalicə fakül­təsini bitirmişdir [1949].

B.A.Ağayev fəlsəfə [1957] və elmlər doktorluğu [1966] dissertasiyalarını müdafiə etmişdir. Professor elmi adına layiq görülmüşdür [1968].

B.A.Ağayev Azərbaycan SSR EA-nın müxbir [1980] və həqiqi üzvü [1989] seçilmişdir.

1949-cu ildə Tibb İnstitutunu bitirdikdən sonra, 6 ay müddətində akademik M.M.Mirqasımovun rəhbərlik etdiyi Cərrahiyyə kafedrasında təkmilləşmə keç­miş və sonrakı 1950-54-cü illərdə Sabirabad rayon xəstəxanasında həkim- cərrah kimi çalışmışdır.

B.A.Ağayev Həştərxan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının assisenti [1958-60], Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitu­tunun Cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri [1960-67] vəzifə­sində çalışmışdır.

B.A.Ağayev Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri [1973], Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun [1988], akademik M.A.Topçubaşov adma Elmi Cərrahiyyə Mərkəzinin direktorudur [1999].

Elmi fəaliyyətinin əsas istiqamətini hepotobiliar cərrahiyyə, əsasən qara ciyər, öd yolları, mədəaltı vəzi, həzm sistemi orqanlarının və başqa cərrahi xəstəliklərin diaqnostikası və müalicəsi təşkil edir. Cərrahi əməliyyatlarla əla­qədar orqanizmin immun sistemindəki dəyişikliklərin nizamlanması, müxtəlif orqanların funksional fəaliyyətinin müəyyənləşdirilməsi sahəsində alimin eks­perimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları dünya tibb elmi­nin yeniliklərindəndir. Öd yollarında aparılan bir sıra rekonstruktiv və bərpa- edici əməliyyatların təkmilləşdirilməsində və praktiki olaraq tətbiqində böyük xidmətləri olmuşdur. 400-ə qədər elmi əsərin, 12 monoqrafiya, "Cərrahi əmə­liyyatlar atlası”nın [2013], dərsliklərin və 8 ixtiranın müəllifidir.

B.A.Ağayev beynəlxalq aləmdə tanınmış, yüksək ixtisaslı cərrah-klinisistdir. Ölkəmizdə mədə-bağırsaq orqanlarının cərrahi müalicəsinin inkişafında və tibb kadrlarının hazırlanmasında xidmətləri böyükdür.

Alimin elmi rəhbərliyi altında 52 fəlsəfə doktoru, 9 elmlər doktoru disserta­siyası müdafiə edilmişdir.

Azərbaycanın Əməkdar elm xadimi [1979], "Şöhrət" ordeni [1998], ak. M.A.Topçubaşov adma və ak. M.M.Mirqasımov adma dövlət mükafatları ilə [2014] təltif edilmişdir. ABŞ Biblioqrafiya Mərkəzinin qızıl medalı ilə mükafat­landırılmışdır [1996]. Bir cox beynəlxalq elmi-cərrahiyyə cəmiyyətlərinin üzvü seçilmiş və fəxri fərmanlarla təltif olunmuşdur.

2016-09-29   36100