NKPI

Maraqlı Məlumatlar

Xalq təbabəti - Üzün normal dərisi üçün təklif olunan qulluq vasitələri

 

Dərinin təmizlənməsi üçün vasitələr

1) Portağal şirəsi. Portağal təmizlənir, cunadan və ya ələkdən keçirilməklə şirəsi çəkilir. Şirə ilə isladılmış pambıq tampon ilə üzə, boyuna və sinəyə sürtülür. 1-2 saatdan sonra dəri soyuq su ilə yuyulur və silinmədən özü-özünə qurumaq gözlənilir. Həmçinin su ilə durulaşdırılmış portağal şirəsi ilə də üzü silmək olar. Birinci dəfə tampon zəif isladılmalıdır, ikinci dəfə silmək üçün isə çox isladılmış  tampon istifadə olunur.

2) Bərabər miqdarda qarpız şirəsi və şaftalı şirəsi qarışdırılır və istənilən tip dəriyə sürtmək üçün istifadə olunur.

3) Mandarin. Mandarin qabığı farfor qaba tökülür və üzərinə soyuq, qaynanmış su tökülür. Suda mandarin qabığı daha kiçik hissəciklərə doğranır, bir sutka saxlanılır. Sonra süzülür və bir yemək qaşığı qliserin əlavə olunur. Bu su ilə üz silinir və ya səhər və ya axşam üz bu su ilə yuyulur.

4) Cəfəri (petruşka) cövhəri ilə yuyunmaq olar və ya üzü səhərlər silmək olar. İki yemək qaşığı xırdalanmış cəfəri yarpağı 1 litr qaynar suya tökülür, 10-20 dəqiqə saxlanılır, sonra süzülür.

 

Mənbə: Полная энциклопедия народной медицины. Том 2. Москва 1998, ОЛМА ПРЕСС, 800 с.

2016-10-22   36737