NKPI

Maraqlı Məlumatlar

Xalq təbabəti - Dərinin irinli xəstəliyi zamanı xaricə istifadə üçün təkliflər

Dərinin irinli xəstəliyi, səpmələr, sızanaqlar zamanı xaricə istifadə üçün təklif olunan xalq təbabəti vasitələri.

1) Təzə pomidor şirəsi. İstənilən səpişiklər, xüsusən də çirkdən yaranan səpişiklər üzərinə təzə pamidor şirəsi sürtüldükdə tezliklə yox olur.

2) Səpişiklər və ekzemalar zamanı boranı şirəsi xaricə sürtülür.

3) Təzə kartofun şirəsi. Çiy kartof yuyulur, qabığı soyulur və xırda sürtkəçdən keçirilir. Alınan kütlə bir neçə təbəqə qatlanmış çuna üzərinə 0,5-1 sm qalınlığında qoyulur və dərinin zədələnmiş yerinə sarınır. İki saatdan sonra kartof təbəqəsi götürülərək yenisi qoyulur. Ekzemanı, piodermi, ağrılı döyənək, kəskin dermatit müalicəsi üçün iltihab əlehinə vasitə kimi istifadə olunur.

4) Sarımsaq. Sızanaqlar arıqlıqdan əmələ gəldikdə aşağıdakı vasitə yaxşı kömək edir: 400 qram sarımsaq xırda doğranır, butulkaya tökülür, üzərinə spirt və ya araq tökülür, günəş altında rəng saralana qədər saxlanılır. Su ilə 5 damcıdan başlayaraq hər gün bir damcı artırılaraq qəbul olunur. Bu 25 damcı olana qədər davam edir, sonra eyni qaydada damcıların sayı azaldılır. Nəticə bir-iki həftədən sonra özünü göstərir.

5) Təzə xiyar və ya ondan hazırlanmış sıyıq. İrinləmə səbəbindən pozulmuş maddələr mübadiləsini bərpa edir.

 

Mənbə: Полная энциклопедия народной медицины. Том 2. Москва 1998, ОЛМА ПРЕСС, 800 с.

2016-10-25   36847