NKPI

Maraqlı Məlumatlar

Xalq təbabəti - Revmatizmin müalicəsi üçün reseptlər

 

1) Hər gün ac qarına bir və ya yarım limonun şirəsi stəkanın dörddə biri qədər isti su ilə içilir.

2) Oynaqların revmatizmini müalicə etmək üçün bir stəkan yarım itburnu kökü bir stəkan araqda saxlanılır. Birinci üç gün gündə üç dəfə, hər dəfə bir yemək qaşığı qəbul olunur, sonra hər dəfə 2 qaşıq qəbul olunur. Yaxşılaşma dərhal başlayır.

3) Əzələ revmatizmini müalicə etmək üçün hər gün 2-3 stəkan qarğıdalı saçağı həlimi içilir. Qurudulmuş saçaqlardan dolu çay qaşığı götürülərək bir stəkan suda 10 dəqiqə zəif odda qaynadılır. Əgər dərman 6-8 həftə qayda ilə içilərsə, hətta ən uzun müddətli xəstəlik də yox olur.

4) Kərəviz həlimi: 100 qram kərəviz kökləri ilə birlikdə suya tökülür və 10 dəqiqə bişirilir. Süzülür və bu porsiya (pay) gün ərzində içilir. Həlim hər gün təzə hazırlanmalıdır. Bir neçə gün ardıcıl olaraq bu həlimdən içmək lazımdır.

 

Mənbə: Д.С.Степанюк. Тайная мудрость знахаря. Санкт – Петербург. МП «Азия», 1992, 197с.

2016-10-30   35708