NKPI

Maraqlı Məlumatlar

Kimyadan DƏRS - Qeyri-üzvi birləşmələrin əsas sinifləri - Duzlar

Duzlar molekulları elektrolitik dissosiasiya zamanı əksər hallarda metal kationu Men+ və turşu qalığı anionu Acm- əmələ gətirən mürəkkəb maddələrdir. Belə duzlar normal duzlar adlanır:

Təsnifatı.

  • Kationun və anionun təbiətindən və onların tərkibinin mürəkkəbliyindən

asılı olaraq aşağıdakı duzlar fərqləndirilir:

  • normal: metal kationuna və turşu qalığına dissosiasiya edir (kalium sulfat

K2SO4, mis (II) nitrat Cu(NO3)2, gümüş xlorid AgCl, alüminium ortofosfat AlPO4);

  • turş: metal kationuna və bir və ya bir neçə hidrogen atomu və turşu

qalığından ibarət mürəkkəb aniona dissosiasiya edir (kalium hidrosulfat KHSO4, alüminium hidrosulfat Al2(HPO4)3, kalsium hidrokarbonat Ca(HCO3)2);

  • əsasi: mürəkkəb kationa (metal atomuna və bir və ya bir neçə hidroksil

qrupuna malik) və turşu qalığına dissosiasiya edir (məsələn, Dəmir (III) dihidroksoxlorid Fe(OH)2Cl, mis (II) hidroksonitrat CuOHNO3, alüminium dihidrosulfat (Al(OH))2SO4);

  • ikiqat: İki müxtəlif metalın kationuna (və ya metal və ammonium kationuna) və NH4Fe(SO4)2 turşu qalığı anionuna dissosiasiya edir:

Ammonium dəmir (III) sulfat NH4Fe(SO4)2, kalium alüminium sulfat KAl(SO4)2;

  • kompleks: kompleks əmələ gətiricinin – d-metallarının (Cu+, Pt2+, Co3+,

Fe3+, Cr3+ və s.) daxil olduğu mürəkkəb kompleks iona və əks yüklənmiş ionlara və ya neytral molekullara – liqandlara Cl, CN, NO2, NH2 və s.).

  • qarışıq duzlar: metal kationlarına və bir neçə turşu qalığı anionlarına

dissosiasiya edir (məsələn, mis (II) xlorid-nitrat CuNO3Cl alüminium hidrosulfat-sulfat AlSO4(HSO4)),

  • kristalhidratlar: (mis kuporosu CuSO4∙ 5H2O, Qlauber duzu Na2SO4∙10H2O).
  • Suda həll olmalarına görə aşağıdakı duzlar fərqləndirilir:
  • həll olanlar (Na2SO4, ZnCl2, Fe(NO3)2); (Qələvi metalların və ammoniumun bütün duzları suda həll olur).
  • az həll olanlar (CaSO4, PbCl2, Al(CH3COO)3);
  • həll olmayanlar (BaSO4, AgCl, ZnCO3).

Alınması.

  • Turşuların əsaslarla qarşılıqlı təsiri ilə:

Cu(OH)2 + H2SO4 → CuSO4 + 2H2O;

  • Turşu oksidlərinin əsaslarla qarşılıqlı təsirindən:

Ca(OH)2(məh.) + CO2(q) → CaCO3(b) + H2O;

2016-11-07   46757