NKPI

Maraqlı Məlumatlar

Brayn Treysi: Necə öz zamanının sahibi olmaq üçün yaxşı məsləhətlərin kiçik kitabı

1] Sizin həyatınızın keyfiyyəti sizin zamanınızın keyfiyyəti ilə müəyyən olunur.

2] Zaman sizin ən böyük sərvətinizdir; bu, sizin həyatda nail olmaq istədiyiniz şeylərə dəyişmək üçün lazım olan hər şeyinizdir.

3] Zaman izsiz yox olur. Onu dayandırmaq mümkün deyil, onu sadəcə müxtəlif formada sərf etmək ola bilər.

4] Zaman bərpa olunmur, onu heç nə ilə əvəz etmək olmaz; xüsusən bu qarşılıqlı münasibətə aiddir.

5] Zaman pozulmaz qanundur; istənilən iş zaman tələb edir.

6] İstənilən nailiyyət üçün zaman olduqca vacibdir. Siz zamanınızı necə sərf edirsiniz?

7] Zamanın idarə olunması bacarıqdır, intizamlılıq və praktika sayəsində qazanılır.

8] Siz həmişə nəyi birinci, nəyi ikinci etməkdə azadsınız, bəs heç nə etməmək.

9] Zamanı idarə etmək özünü intizam, özünü ələ almaq bacarığı və hər şeydən çox özünə nəzarət tələb edir.

10] Həqiqi mənada zamanı idarə etmə, şəxsi işləri idarə etmək, həyatı idarə etmə və özünü idarə etməkdir.

11] Əksər adamlar onların gərginliyini azaldan iş ilə məşğul olur, məksədə çatmağa istiqamətlənməyib.

12] Həmişə özünüzə soruşun ki, sizin məşğul olduğunuz iş “sərf olunmuş zamana görə” daha yüksək məhsuldar olurmu?

13] Sizin zamanı idarə etmək qabiliyyətiniz maksimum nəticələrə çatmaqla, sizin fəaliyyətiniz üçün lazım olan ən əhəmiyyətli bacarıqdır.

14Zaman həyat üçün xammaldır. Siz öz xammalınızı necə emal edirsiniz?

15Şikayət etməyin ki, sizin zamanınız olduqca azdır; sutkada 24 saatın hamısı sizin ixtiyarınızdadır.

16Əməyin yuksək məhsuldarlığı yalnız ən vacib işləri yerinə yetirmək hesabına zamanı səmərəli idarə etməyin nəticəsidir.

17Uzun müddətli həyat planları qurun; beş ildən sonra kim olmaq istəyirsiniz.

18Sizin cari təlabatlarınızın qarşısını almaq qabiliyyətiniz sizin yekun maliyə uğurunuzu müəyyən edir.

19Şeyin qiymətini sizin onu əldə etmək üçün ayırmağa hazır olduğunuz zaman müəyyən edir.

20İstənilən kapitalın əsasında şəxsi xidmətin satışı, şəxsi zamanın satışı durur.

21Zamanı idarə etməyin ən pis üsulu ümumiyyətcə edilməsi lazım olmayanın yaxşı icra olunmasıdır.

22]Həqiqətən xoşa gələn iş ilə məşğul olmaq səmərəli işin rəhnidir.

23]Xoşbəxtlik o zaman gəlir ki, sir etdiyinizə inanırsınız, nə etdiyinizi bilirsiniz, etdiyinizi sevirsiniz.

24]Sizin üçün əhəmiyyətli olmasını itirmiş işlərin hamısından yaradıcı imtinanı tətbiq edin.

25]Həmişə sual verin: “İndiki anda zamanı necə daha səmərəli istifadə etmək olar?”

26]Zamanın idarə olunması inkişaf vasitəsi olub sizə imkan verir ki, olduğunuz yerdən olmaq istədiyiniz yerə keçəsiniz.

27]Sizin başlıca həyat dəyərləriniz nədir?Sizin məqsədləriniz və hərəkətləriniz buna uyğundurmu?

28]İndiki anda həyatınızın 3 başlıca məqsədini göstərin. Sizin zamana münasibətiniz bu dəyərlərə uyğun gəlirmi?

29]Əgər bu gün siz milyon dollar nağd pul udsanız öz həyatınızı necə dəyişərsiniz, nəyi başqa cür edərsiniz?

30]Əgər bilsəydiniz ki, sizin 6 ay yaşam vaxtınız qalıb, nə ilə məşğul olardınız, zamanı necə keçirərdiniz?

31]Siz nə arzulayırsınız? Əgər sizin imkanlarınız sərhədsiz olsaydı siz kim olmaq istərdiniz, nə əldə etmək və nə ilə məşğul olmaq istərdiniz?

32]Əgər bilsəydiniz ki, siz uğursuzluqla qarşılaşmayacaqsınız, siz nə haqda xəyal qurmağa cəsarət edərdiniz?

33Siz bu dünyaya nə üçün gəlmisiniz, Sizin həyatınız nə dərəcədə sizin istedadınıza uyğun gəlir?

34Daima təhsil istənilən sahədə uğur qazanmağın minimum məcburi şərtidir.

35Hər bir fəaliyyət (və ya fəaliyyətsizlik) daha əhəmiyyətli və az əhəmiyyətli arasında səmimi ehtimal edir.

36İnkar Olunmuş Alternativ qanunu deyir ki, bir işin yerinə yetirilməsi hansısa digər işinin yerinə yetirilməməsi deməkdir.

37Pareto Prinsipi (80/20 qaydası) deyir ki, 80% nəticələri təmin edir. Sizin başlıca 20%-niz nədən ibarətdir?

38İstənilən işdə ləngimədən yerinə yetirilməli olanları müəyyən edin. Siz hansı işləri sonraya saxlayardınız ki, həqiqətən əhəmiyyətli olan işlər üçün zaman ayıra biləsiniz.

39Məcburi Səmərəilik Qanunu deyir: “Həmişə vaxt var ki, ən əhəmiyyətli işlər edilsin”.

40Prioritetlərin müəyyən olunmasında başlıcası konkret fəaliyyətin uzun müddətli mümkün olan nəticələridir.

41Əgər uzunmüddətli nəticələrə görə qiymətləndirilsə sizin işlərinizdən hansı daha əhəmiyyətlidir?

42Mükafatı həmişə nəticə müəyyən edir: sizdən hansı nəticələri gözləyirlər?

43] “İstənilən uğursuzluğun səbəbi düşünülməmiş fəaliyyətdir.”

44Zamanın idarə olunmasında sizin başlıca həyat məqsədiniz xoşbəxtlik olmalıdır.

45] Bir işi icra etmək üçün digərini pis icra etmək lazımdır. Siz nəyə daha çox vaxt ayırmalısınız? Az vaxt?

46Zamana pul kimi münasibətdə olun; onu necə daha yaxşı sərf etmək ki, maksimum zövq alasınız?

47] Ruhunuzun sakitliyini başlıca məqsədiniz edin və bundan çıxış edərək zamanı bölün və həyatınızı qurun.

48Taym-menecmentdə kiçik innovasiyalar həyatda böyük dəyişmələrə gətirib çıxara bilər.

49Siz istədiyiniz zaman bütün iş zamanını məşğul olduğunuz işə ruhunuzu qoymaqla işə sərf edin.

50Vaxtınızı ailəniz ilə keçirdikdə bütün diqqətinizi həm emosional, həm də fiziki mənada qalıqsız olaraq ona ayırın.

51Daha çox vaxtı ailə dairəsində keçirmək imkanı əldə etmək üçün televiziya verilişlərinə baxmaq, qəzet oxumaq və işlərin sayını qısaldın və məhdudlaşdırın.

52Sizin üçün ən dəyərli insanlarla uzun olmayan zamanda birlikdə olduqda heç kimə və heç nəyə imkan verməyin ki, sizin diqqətinizi yayındırsın.

53Siz evdə keçirdiyiniz vaxt üçün miqdar əhəmiyyətlidir, iş vaxtı üçün isə keyfiyyət; birini digəri isə səhv salmaq olmaz.

54Əgər uğurlu insanlar bütün qüvvəsi ilə işləyirsə və yüksək nəticələr nümayiş etdirirsə, deməli o, lazım olan ilə və necə lazımdırsa məşğul olur.

55Zamanı əla idarə etdikdə siz daha dolğun həyat yaşayarsınız – sizin xoşunuza gələn insanlara və şeylərə daha çox vaxtınız qalır.

56Zamanı idarə etmək üzrə bacarıqları inkişaf etdirərkən ona diqqət edin ki, bütün vərdişləri birdən yox, bir-bir dəyişəiniz.

57Bu an nəyi edə bildiyiniz önəmli deyil, sizin hər gün 24 saat vaxtınız var ki, özünüz istədiyiniz kimi ondan istifadə edə bilərsiniz.

58Nədən başladığınız önəmli deyil, əhəmiyyətli odur ki, siz nəyə nail olmaq istəyirsiniz.

59“Bizim ən böyük məqsədimiz ondan ibarət deyil ki, harizontda dumanlı görünənə baxaq, düz burnumuzun altında olan ilə məşğul olmalıyıq”.

Uinston Çerçill.

60Fikiri cəmləşdirmək və məqsədyönlülük yüksək səmərəli işin rəhnidir.

61Aydın və konkret məqsədlər uğurun mütləq şərtidir.

62Həyatda nəyə nail olamq istəyirsiniz? Siz həqiqətən əsl mənada istəyirsiniz?

63Sizin hansı işiniz daha böyük əhəmiyyət kəsb edir?

64Sizə nə üçün əmək haqqı verirlər? Məhz hansı məqsədlə sizi işə qəbul edirlər?

65Zamanı idarə etməyin ən yaxşı üsullarından biri sizin yüksək nəticələr qazana biləcəyiniz sahələrdə öz kompotentliyinizi yüksəltməyinizdir.

66Çox qazanmaq üçün şox bilmək lazımdır.

67Bu günkü bilik və bacarığınızı nəzərə alaraq bu gün siz maksimum əldə etmisiniz.

68Gələcək bilikli adamlara məxsusdur.

69Şəxsi və peşə daimi yüksəlişi gələcəyin açarıdır.

70Siz hansı sahədə özünüzü daha səriştəli hesab edirsiniz? Bu günkü işinizi yaxşı yerinə yetirmək üçün hansı xüsusi vərdişlərə maliksiniz?

71Siz öz əsas vərdişlərinizi nə qədər çox istifadə etsəniz, bir o qədər qısa müddətdə daha çox şeyə nail olarsınız.

72Sizin unikal istedadınız və qabiliyyətiniz nədən ibarətdir? Onları maksimum nece istifadə etmək olar?

73Siz hansı sahədə daha güclüsünüz? Siz hansı sahədə öz parlaq keyfiyyətlərinizi göstərə bilərsiniz?

74Siz özünüz yaxşı olduğunuz zaman həyatınız da yaxşılaşır.

75O faktı qəbul edin ki, etdiyiniz seçim və qəbul etdiyiniz qərara görə siz olduğunuz yerdə olursunuz, olduğunuz kimi olursunuz.

76Hər şeyin əhəmiyyəti var. Etdiyiniz hər şey ya kömək edir, ya da ziyan vurur; heç nə izsiz itmir.

77Siz pis qərarlar qəbul etməyi dayandırdığınız halda yaxşı qərarlar qəbul etməyə başlayırsınız.

78Sizin işdə uğurunuzun başlıca faktoru necədir? Uğur qazanmaq üçün siz nəyi mütləq yüksək səviyyədə yerinə yetirməyiniz lazımdır?

79Sizin başlıca güclü və zəif tərəfləriniz hansılardır? Bir zəiflik yetərlidir ki, sizin irəli getmənizi ləngitsin.

80İrəli getməyinizə nə manc olur? Hansı müəyyən ayrıca götürülmüş bacarıq və ya qabiliyyət sizin uğur dərəcənizi müəyyən edir?

81Bu gündən başlayaraq siz nə edə bilərsiniz ki, öz zəifliklərinizi aradan qaldırasınız və öz güclü tərəfinizi maksimum inkişaf etdirəsiniz?

82Öyrənə bildiyiniz nə varsa öyrənin; bir yaxşı fikir kifayətdir ki, özünüzü çox illik ağır əməkdən azad edəsiniz.

83Gündə ən azı bir saatı peşə ədəbiyyatını oxumağa sərf edin.

84Sizin zamanı idarə etməkdə ən böyük məqsədiniz ondan ibarətdir ki, enerji məsrəflərini kompensasiya edəsiniz və həyatdan çox şey götürəsiniz.

85Planları tərtib etməyə sərf etdiyiniz hər dəqiqə onların reallaşdırılmasında 10 dəqiqə qənaət verir; bu sizə imkan verir ki, enerji mənfəəti 100% olsun!

86Planlaşdırma üçün siyahı istifadə edin. İşə başlamazdan öncə nə etmək lazımdırsa hamısını kağızda qeyd edin.

87]Təqvim-cədvəli əsas təşkilati alət kimi istifadə edin, kağız üzərində düşünün.

88]Gələn həftənin həftəlik cədvəlini tutun, gündəlik planı isə bir gün öncə.

89]Hansısa böyük işə başlamazdan öncə zamana qənaət edin, lazım olan hər şeyi hazırlayın.

90]İşləri növbə ilə icra edin. İşi qurtaran kimi ondan ayrılın.

91]Səliqəlilik ən əhəmiyyətli vərdişdir və məhsuldarlığı artırmağa kömək edir. Əhəmiyyətli işləri səliqəsiz adamlara tapşırmayın.

92]İşləri növbə ilə yerinə yetirməyi öyrənin. İşi başladıqda onu sona çatdırın.

93]Yüksək effektli işə kömək edən bədən hərəkəti dilindən istifadə edin. Beli əymədən oturun.

94]30% Qaydasından istifadə edin: istənilən əhəmiyyətli işi icra etmək üçün həmişə ehtiyatda 30% zaman saxlayın.

95]Aydınlığın olmaması vaxt itkisinin əsas səbəbidir. Həmişə özünüzə sual verin: “Mən nə etməyə çalışıram? Mən bunu necə etməyə çalışıram?”

96]İnsanlar olduqca çox zaman itkisinə səbəb ola bilərlər. Siz işdə kimə görə zaman itirirsiniz?

97]Kim sizə görə vaxtını itirir? Kimə görə siz özünüz zaman itirirsiniz?

98]Mümkün qədər telefon zənginə görə diqqətinizin az yayınmasına çalışın, diqqətlə qulaq asın və tez cavab verin.

99]Telefonu biznesi idarə etmək üçün instrument kimi istifadə edin. Sizin telefon danışıqlarınız sürətli olmalıdır – zəng etdiniz, dediniz və dəstəyi yerə qoydunuz.

100]Hər bir telefon danışığını əvvəlcədən planlaşdırın. Sizin gününüzün məsələləri olmalıdır.

101]Telefon danışıqları vaxtını qısaltmaq üçün zəngləri qruplaşdırın və onları dərhal bir yerdə edin.

102]Əgər siz kiməsə zəng edirsinizsə özünüzü telefona “bağlı” hiss etməmək üçün növbəti zəng haqqında razılaşın.

103]“Yox” sözü zamana qənaət üçün əla kömək edir. Zamanın səmərəli və yaxşı istifadəsi olmayan hər şeyə yox deyin.

104]Özünü intizam – özünüzü sizin üçün daha çox əhəmiyyətli olanı etməyə məcbur edə bilmək qabiliyyətiniz zamana qənaətə imkan verir.

105]İstənilən mümkün halda pul maraqlarından istifadə edin, zamana qənaət etmək üçün sizə nəzərən saat hesabı az əmək alan adamlara işləri verin və tapşırın.

106]Zamanın idarə olunmasına sizin istifadə edərək həyatı gözəl edə biləcəyiniz bacarıqlar və alətlər sırası kimi baxın.

107]Nümunə göstərərək liderlik edin. Hesab edin ki, ətrafdakılar sizə zamanı əla idarə edən adam kimi oxşamaq isdəyirlər.

108]Hesab edin ki, siz zamanı əla idarə edirsiniz, hesab edin ki, siz olduqca mütəşəkkilsiniz, peşəkarsınız  və yüksək məhsuldarlıq ilə işləyirsiniz.

109Zamanı idarə etmək bacarıqlarınızı yaxşılaşdırmaq üçün yüksək dərəcədə mütəşəkkilliyi ilə fərqlənən adama oxşayın.

110Xoşbəxtliyin tərkib hissəsi özünü qiymətləndirməyi və özün ilə fəxr etməyi bacarmaqdır – bu isə zamanı düzgün idarə etməyin nəticəsidir.

111Özünüzə fabrik kimi baxın – zamanı idarə etmək bacarıqları sizə ona görə lazımdır ki, buraxılan məhsulun keyfiyyəti və miqdarı yüksəlsin.

112Zamanın idarə olunması vərdişlərinin olmaması sizi narahat edir? Dərhal yaxşılaşma əldə etmək üçün sizə mane olan nələrinsə birindən başlayın və ona cəmləşin ki, cəmi bir vərdişi dəyişəsiniz.

113Zamanın idarə olunması üçün yeni pozitiv yanaşmalar işləmək üçün işə bütün ciddiliyi ilə girişin və heç bir kənara çıxmaya o vaxta qədər yol verməyin ki, yeni bacarıqlar vərdişə çevrilməyib.

114Zamanı idarə etmək yazı makinasında yazmağı bacarmaq və ya velosiped sürmək kimi bacarıqlardır ki, onlar da yoxlama və təkrarlama ilə inkişaf etdirmək olar.

115Zamanı idarə etmək məharəti düşüncəliliyi, öncədən görməni, əminliyi və özünü intizamlılığı möhkəmlədir.

116Zamanı idarə etmək bacarıqları sizə sadəcə lazım olan kimi yox, yaxşı işləməyə imkan verir.

117Zamanı əla idarə etmək enerji, ruh yüksəkliyi və pozitiv daxili həvəs mənbəyidir.

118Siz özünüzə qoyduğunuz tələblərə uyğun olaraq şəxsiyyət kimi inkişaf edirsiniz.

119Biz neçə işi eyni vaxtda icra edərək tapşırığı yerinə yetirmək qabiliyyəti uğuru müəyyən edici faktordur.

120]Digərləri ilə birlikdə mürəkkəb məsələlər üzərində işləmək qabiliyyəti işdə uğur qazanmaq üçün əhəmiyyətli bacarıqdır.

121]Mürəkkəb tapşırığın icrasına başlamamışdan öncə məşğul olması lazım olan bütün əməliyyatların, fəaliyyətlərin və işlərin siyahısını tərtib edin.

122]İşə başlayarkən başlıca məqsədi ya da salın. İş başa çatdıqdan sonra və o bütün münasibətlədə mükəmməl olduqda işin nəticəsi necə görünməlidir.

123]Sizi nə ləngidir? Sizin məqsədə doğru getdiyiniz sürəti hansı fəaliyyət müəyyən edir?

124]Məhdudiyyətlər nəzəriyyəsinə uyğun olaraq kritik elementlər və ya məhdudiyyətlər mövcuddur ki, son nəhayətdə istənilən layihənin uğurunu müəyyən edir. Sizin üçün “kritik element” nədir?

125]80/20 qaydası məhdudiyyətlərə aid edilə bilər – uğursuzluqların səbəblərinin 80%-i sizinlə bağlıdır.

126]İstənilən nəhəng məqsədə münasibətdə Böhranı öncələmək praktikasından istifadə edin, özünüzdən soruşun: “Nə istənilən kimi getməyə bilər?”

127]İsənilən uğursuzluğun əsasında səhv zəmin durur. Sizin hansı səhv zəmininiz var?

128]Yadda saxlayın ki, Merfi Qanunu etdiyiniz hər bir işə tətbiq oluna bilər:

  • istənilən iş siz gözlədiyinizdən çox vaxt tələb edir;
  • hər şey siz əvvəlcədən hesabladığınızdan baha başa gəlir;
  • istənilməyən kimi gedə biləcək hər şey, istənilməyən kimi gedəcək;
  • istənilən kimi getməyə bilən hər şeydən ən pisi istənilməyən kimi və ən uyğun olmayan zamanda gedəcək və siz ehtimal etdiyinizdən baha başa gələcək;
  • Merfi optimist idi.

129]Görüşlər və iclaslar biznesin idarə olunmasının əhəmiyyətli alətidir və siz mümükün olan hər şeyi etməlisiniz ki, onlara kifayət qədər çox vaxt ayırasınız.

130]Sizdə həmişə hər bir iclasın gündəliyi və onun hər bir iştirakçısına aid plan kağız üzərində dəqiq yazılmalıdır.

131]İclası vaxtında başlayın və vaxtında qurtarın. Müəyyən edin ki, gecikənlər iclaslara və görüşlərə buraxılmır.

132]Zaman 1990-cı illərin və bizim zamanın valyutasıdır. Həmişə istənilən tapşırığın yerinə yetirilməsinə lazım olan zamanı azaltmaq üsullarını axtarın.

133]Daima yeniləşdirin – daima nəticələri əldə etmək üçün yaxşı, daha sürətli və  səmərəli üsulları axtarın.

134]Modernləşdirmə prosesin analizini nəzərdə tutur. Həmişə çalışın ki, prosesi sadələşdirsəniz və nəticələrə çatmaq üçün addımları azaldasınız.

135]Restrukturlaşdırmanı yadda saxlayın – həmişə sizin şirkətiniz və müştəriləriniz üçün birinci dərəcəli əhəmiyyət kəsb edən çox olmayan şeylərə öz zamanınızı və sizin əmədaşlarınızın gücünü cəmləmək imkanını axtarın.

136]Yeniləşdirin – daima üsullar axtarın ki, etdiklərinizi tam dəyişəsiniz ki, sizin fəaliyyətiniz sizin uzunmüddətli məqsədlərinizə daha çox uyğun olsun.

137]Qərarsızlıq – zamanın itirliməsinin başlıca səbəblərindən biridir; qərarların 80%-i dərhal qəbul olunmalıdır.

138]Mümkün olduqca işləri digərlərinə tapşırın ki, yalnız sizin yerinə yetirə biləcəyiniz işlərə kifayət qədər vaxtınız qalsın.

139]Tapşırığın icrasına keçməzdən əvvəl özünüzdən soruşun: “Bunu ümumiyyətcə etmək lazımdırmı? Bunu indi etmək bu qədər də vacibdirmi? Bir o qədər vacibdirmi ki, bu iş ilə məhz mən məşğul olum?”

140]Uğur əldə etməkdə sürət əhəmiyyətlidir. Gördüyünüz işlərin hamısında enerjili olmağa çalışın.

141]Koryera yüksəlişini sürətləndirmək üçün sürətlə işləyən və inanılmağa layiq olan insan nüfuzu əldə edin.

143Hər imkan düşdükdə qərar qəbul etməyi başqalarına tapşırın. “Əgər qərar qəbul etməyə ehtiyac yoxdursa, onda onu qəbul etməmək lazımdır”.

144Nisbi Üstünlük Qanunu deyir ki, az pula icra edilə bilən istənilən işi (sizin aldığınız və ya almaq istədiyinizdən az olan) yaxşı olar ki, başqalarına həvalə edəsiniz.

145Əgər siz ildə 50000 dollar qazanmaq istəyirsinizsə siz saatda 25 dollar qazanmalısınız. Sual verin: “Mən indiki gördüyüm işə görə kiməsə 25 dollar ödəyərdimmi?”

146Çox işlər var ki, siz onunla məşğul olmağı özünüzə rəva görməzsiniz. Həmişə özünüzə sual verin: “Bunu kim mənim gördüyümdən az pula icra edə bilər?

147Çox şeyi etməyi bacarmaq üçün bir az tez başlayın, bir qədər səylə və iş günü qurtardıqdan sonra işdə bir qədər ləngiyin.

148Sürətlə işləyərək əmək məhsuldarlığını artırın. Özünüzdə işlərin təxirəsalınmazlığı hissini inkişaf etdirin və onu bacarın!

149Öz işlərinizi qruplaşdırın, oxşar işləri eyni zamanda yerinə yetirin.

150Təcrübə əyrisindən istifadə edin: siz eyni iş ilə nə qədər çox məşğul olasınız, konkret əməliyyatları həyata keçirmək üçün sizə bir o qədər az zaman lazım olur.

151Çalışın ki, az səhv buraxasınız, əvvəlcədən düzgün hərəkət edin.

152Özünüzə işi sadələşdirin – hər bir tapşırığın icrası üçün lazım olan addımların sayını azaldın.

153Əmək məhsuldarlığını azaltmaq üçün az iş yerinə yetirin, amma bu zaman əhəmiyyətliliyə aksent edin.

154Sizdə daha yaxşı alınanları tez-tez yerinə yetirin. Axı onlar sizin üçün asandır və siz onları daha tez icra edə bilirsiniz.

155Mümkün olan işləri “kənara” verin. Peşəkarlar onları tez bacarır və bu ucuz başa gəlir.

156İşlərin siyahısını tutmazdan öncə nəyi etməyəcəyinizi müəyyən edin.

157Tapşırıq yaxşı yerinə yetirilməsi üçün tapşırığın mahiyyətini dəqiq izah etməyə zaman xərcləyin.

158Bütün əhəmiyyətli işlərin yerinə yetirilmə müddətlərini müəyyən edin – onlar yüksək səmərəlilikli işə stimullaşdırma sistemi kimi təsir edir.

159Gələcəyin kateqoriyaları ilə düşünməyə cəhd edin. Təsəvvür edin ki, 5 il sonra nə olacaq və geriyə baxın.

160Sizin üçün ideal həyat stili düşünün. Onu yaratmaq üçün siz nəyi çox, nəyi az etməlisiniz?

161Siz əgər kimdənsə sizin əvəzinizə nəyi etməsini istəyirsinizsə, hər bir tapşırığın yerinə yetirilmə ardıcıllığını müəyyən edin.

162Aydın olmayan və ya dumanlı məlumatlar çox vaxt alır. Çalışın ki, sizin sözləriniz həmsöhbətinizə tam aydın olsun.

163Sizin problemi səmərəli və yaxşı həll etmək qabiliyyətiniz çox vaxta qənaət edə bilər.

164Sizin probleminiz nə olursa olsun, həlli tapmağa cəhd etməzdən əvvəl onu yazılı olaraq dəqiq ifadə edin.

165Problemi aradan qaldırmazdan əvvəl onun yaranmasının bütün mümkün səbəbləri aydınlaşdırın.

166Sizin seçdiyiniz qərarın keyfiyyəti sizin baxdığınız variantların sayı ilə düz mütənasibdir.

167Siz hansı qərarı qəbul etsəniz də əgər qərar işləmədiyi halda geri çəkilmək imkanını nəzərdə saxlayın.

168Qabaqcadan düşünməyi öyrənin. Nə baş verə bilər və əgər bu baş verərsə, siz özünüzü necə apararsınız.

169Elə etməyə çalışın ki, sizin həvalə etdiyiniz tapşırıq yenidən sizin üzərinizə qoyulmasın, insanlara imkan verməyin ki, onlara tapşırılan işi sizin üzərinizə qoysunlar.

170Tapşırıqları dəqiq paylayın. Siz nəyi edəcəyinizlə məşğul olmaqla yox, nəzarət edə bilməyinizlə öz əmək məhsuldarlığınızı dəfələrlə artıra bilərsiniz.

171Digərləri bacara bildikləri hər şeyi onlara tapşırın.

172Digərlərini tapşırıqları necə yerinə yetirməyə öyrətməklə siz xeyli dərəcədə vaxta qənaət etmiş olacaqsınız.

173Əgər sizin etdiyiniz işi kimsə 70% icra edə bilirsə, o işi ona tapşırın və kənara çəkilin.

174Kim ticarət ilə məşğul olursa, iş orta hesabla 20% iş vaxtını alır ki, bu da təxminən gündə 1,5 saat deməkdir.

175Satıcılar yalnız o vaxt işləyirlər ki, müəyyən görünən zaman müddətində kimsə alış edə bilər və ya etmək istəyirsə, həmin adamla təmasda olur.

176Satışda uğur yeni tanışlıq yaratmaq ilə düz mütənasibdir.

177Daima özünüzdən soruşun: “Növbəti satışı mən necə edə bilərəm?”

178Sizin biznesiniz ondan ibarətdir ki, potensial müştərini müəyyən edəsiniz, məhsulun təqdimatını keçirəsiniz və alqı-satqı müqaviləsi bağlayasınız.Digər qalanları ikinci dərəcəli əhəmiyyətlidir.

179Vaxtınızın 80%-ni potensial müştəri axtarışına və təqdimata sərf edin, vaxtınızın cəmi 20% -ni alqı-satqı müqaviləsinin bağlanmasına sərf edin.

180Həmişə özünüzə sual verin: “ Mənim indi məşğul olduğum iş satışa gətirib çıxaracaqmı?”

181Müəyyən edin ki, satışda arzu olunan gəlir əldə etmək, öz məqsədinizə çatmaq üçün nəyi etmək vacibdir və fikrinizi bu işlərə cəmləşdirin.

182İşə başlamazdan öncə görüşləri coğrafi prinsip ilə planlaşdiraraq nəqliyyata zaman məsrəfini azaldın.

183Lazımsız perfeksionizmdən qaçın: çalışmayın ki, işdən öncə hər şey tam qaydasında olsun.

184Öz sağlamlığınızın qeydinə ciddi qalın; yorğunluq və xəstəliklər zamanın əsas oğrularıdır.

185Əgər sabah sizə işə getmək lazımdırsa, erkən yatın.Kim erkən durursa, Allah ona verir – uğurun əsas qaydası belədir.

186Günün birinci saatını – “ qızıl saatı” özünüzə sərf edin.

187Hər səhər 30-60 dəqiqəni kitab oxumağa sərf edin ki, bacarıqları yeniləyəsiniz və intellekti itiləyəsiniz.

188Günün birinci saatı bütün günü müəyyən edir.

Henri Uord Biçer.

189Birinci görüşü mümkün qədər tez başlayın.Qalxın, yapışın və işə başlayın.

190Bütün günü işə sərf edin, hər dəqiqənin qiymətini bilin.

191Gündə qəhvə içmək üçün hər biri 20 dəqiqı olan fasilə 50 həftəyə vurulduqda il ərzində 10000 dəqiqə və ya 166 saat verəcəkdir. Zamanı ağıllı sərf edin.

192Orta statistik insan nahara gündə hardasa bir saat sərf edir ki, ildə 250 iş günü olduqda 250 saat edir. Zamanı ağıl ilə sərf edin.

193Yaxşı insanlar öz zamanlarını elə planlaşdırırlar ki, sanki, onlar ümumi diqqət mərkəzindədirlər – hətta onları heç kim görməyəndə də.

194Həmişə gündəlikdən istifadə edin; onda bütün işlər və görüşlər haqqında qeydlər edin.

195Sizin həqiqətən çatmaq istədiyiniz hər şey zamandır. Onu məcbur edin ki, sizə gəlir gətirsin!

196Sizin zamana münasibətinizin necə olması uğurunuzu və yüksələ biləcəyiniz yüksəkliyi müəyyən edir.

197Ağıllı insan eyni zamanda iki əks şey haqqında düşünə bilər və bu zaman işini davam etdirə bilər. Sizin işlər haqqında ümumi təsəvvürünüz olmalıdır, amma o cari məsələləri cəmləşdirrməklə birlikdə.

198Bu gün o işi görünən ki, sabah sizin arzu etdiyiniz həyatı yaşamağa kömək edəcək.

199“ Özünüzü intizam özünüzü lazım olanı etməyə məcbur etməkdir və onu nə vaxt etmək deməkdir sizin istəyib istəməmiyinizdən asılı olmayaraq”

Elbert Xabbard, yazıçı və mühazirəçi.

200Nə qədər ki, işləyirsiniz, gəlirinizin 10% - ni saxlayın və onları maliyələşdirin. Bu sizi milyonçu edəcək.

201Öz vaxtınıza ən qiymətli resurs kimi baxın və onu olduqca qənaətcil sərf edin.

202Zamanı mənasız xərcləməyin əsas üsullarından biri sizə uyğun olmayan iş ilə məşğul olmaqdır.Sizin işiniz sizə uyğundur?

203Yalnız sizə xoş olan iş ilə məşğul olsanız və öz işinizi yaxşı yerinə yetirsəniz siz xoşbəxt olacaqsınız və uğur qazanacaqsınız.

204Ağılın elastikliyi zamanın idarə olunmasının əhəmiyyətli alətidir. Sizin nöqteyi-nəzərinizi dəyişdirdiyinizin etirafı sizin üçün asandırmı?

205Sürətli dəyişənlər zamanı sizin qəbul etdiyiniz qərarlarn 70%-i bir qayda olaraq doğru olmur. Bu faktın etirafı zamana qənaət etmək imkanı verir.

206Çoxlu miqdarda zaman lazımsız münasibətləri saxlamağa sərf olunur. Əgər hər şeyi yenidən başlamaq imaknsız olsaydı indiki tanışlarınız ilə əlaqə yaradardınızmı?

207Siz səhv etdiyiniz və indi nöqteyi-nəzərinizi dəyişdirdiyinizi etiraf etmək üçün xarakter möhkəmliyi və cəsarət göstərmək lazımdır.

208Öz həyatınızın əsas məqsədini öz xoşbəxtliyinizi qəbul edin və məşğul olduğunuz hər şeyi onun həllinə tabe etdirin.

209İnsanlar sizin haqqınızda nə düşündüklərindən narahat olmayın. Mümkündür ki, tamamilə sizin haqqınızda düşünmürlər.

210] “Əgər bir zamanı dayandıra bilmiriksə, onda ən azı biz onu qaçmağa məcbur edə bilərik”.

Kristofer Marlo, dramaturq. 

211Möhkəm sağlamlıq və enerji sizə daha çox qısa müddətdə çox iş görməyə imkan verir.

212] Günə 30-60 dəqiqə gimnastika ilə məşğul olmaq sizə qamətli, möhkəm qalmağa imkan verir və yaxşı fiziki formanızda qalmanıza şərait yaradır.

213] Müntəzəm olaraq vəziyyəti dəyişin. Qalxın, gərnəşin, gəzin və başınıza dincəlmək imkanı verin.

214Gündüz qısa yuxu zamanı idarə olunmasının əhəmiyyətli alətidir. Azca mürgüləyərək siz gücünüzü bərpa edirsiniz və daha çox saat işləyə bilərsiniz.

215Həddən çox yeməyin, xüsusən də naharda, bu halda aydınlığı və ağılın itiliyi günün bütün ikinci yarısında qalacaq.

216İstirahət və relaksasiya çox vaxt zamanı istifadə etməyin gözəl üsuludur və sizə yorğun vəziyyətdə olduğunuzdan daha çox iş görməyə imkan verir.

217Həftədə bir gününüzü öz daxili akkumlyatorunuzu tam yükləməyə həsr edin. Qalan 6 gündə siz daha çox iş görə bilərsiniz.

218Hər gün vaxt ayırın ki, sakit oturasınız, düşünəsiniz və perspektiv məsələləriniz haqqında fikirləşəsiniz. Beləliklə, hər dəqiqənizi düzgün idarə edə bilərsiniz.

219Zamanı idarə etmək həyatdan razı qalmaq, öz potensialını reallaşdırmaq və bütün güc ilə işləmək imkan verən başləca bacarıqdır.

220]Hər səhər yuxudan duran kimi ən böyük işi görməyə başlayın. Onu icra edin və onu unudun.

221]Təkrar-təkrar bu sözü söyləyərək özünüzü motivləşdirin: “Bunu indi et!”

222]Televizor olduqca çox vaxt alır; o əla qulluqçu, amma çox pis sahibdir.

223]Sadə yaşayın. Tez-tez işdən kənarlaşın və sakitlikdən ləzzət alın.

224]Ləngimək zamanı, həyatı və uğuru oğurlayr. Bundan qurtarmaq üçün qərar qəbul edin.

225]Planlaşdırma və təşkil əmək məhsuldarlığını kəskin artırır.

226]Yaradıcılıq Möhlətini bütün işlərinizdə istifadə edin. Lazımsız olanları etməmək haqqında qərarı düşünülmüş qəbul edin ki, əsas işlərə çox zamanınız qalsın.

227]Pareto prinsipi deyir ki, siz öz işinizi “həyatı əhəmiyyətli olan azlara və çox adilərə” bölə bilərsiniz. Siz indi onların hansı ilə məşğulsunuz?

228]Xırda işə başlamazdan öncə özünüzdən soruşun: “Əgər bu ümumiyyətlə edilməsə nə baş verə bilər?”

229]Heç vaxt əvvəlcə xırda şeylərlə məşğul olmaqla həvəslənməyin. Bu pis səhv ola bilər.

230]Möhlət ilə mübarizə aparmaq üçün ciddi hazırlaşın və işin bütün mərhələlərinin siyahısını tərtib edin, sonra işə başlayın.

231]Bir xırda işi ləngimədən edin-çox vaxt bu startda sıçrayış kimi olur.

232]Öz işlərinizi xırda kəsimlərə bölün: bir fəaliyyəti götürün və həmin onda onu icra edin.

233]İsveçrə pendiri üsulunu istifadə edin–böyük işin 5 dəqiqəyə icra olunan mərhələsini götürün və həmin vaxt da onu icra edin.

234]Özünüz üçün mükafatlar cədvəli tərtib edin və işin hər bir mərhələsi başa çatdıqdan sonra özünüzə kiçik hədiyyələr edin.

235]“Ləngimə arzunun oğrusudur”.

Kri tayfası hinduların atalar sözü.

236]Həmişə işi sona çatdırmağı öyrənin. İşə başlayanda o yerinə yetirilənə qədər onunla məşğul olun.

237]Sizdə daha çox qoxu, həyəcan və ya stress yaradanı edin.

238]Böyük işə tədricən yaxınlaşın ki, sürət yığasınız, bir neçə xırda işi icra edin.

239]İri işdə öküzü dərhal buynuzundan tutun – hər şeydən öncə işin daha əhəmiyyətli hissəsini icra edin.

240]Hesab edin ki, sizin əsas tapşırığınız yerinə yetirilib, onu artıq başa çatmış şəkildə təsəvvür edin.

241]Lazım olan işə heç olmasa 15 dəqiqə ayırın və bu müddətdə fasiləsiz olaraq onunla məşğul olun.

242Böyük tapşırığın icrasına başlayarkən qərar qəbul edin ki, iş tam başa çatmayınca çalışacaqsınız.

243“Uğur qazanmaq işin yarısıdır; başlıcası onu saxlamaqdır”.

Orison Skotf Marden, uğur mövzusunda yazan yazar.

244Digərlərinə vəd edin ki, nəyi, hansı müddətdə yerinə yetirəcəksiniz. Digərlərinə verilən vəd sizdə motivasiya yaradır.

245]  Özünə haqq qazandırmaq xəstəlikdir ki, hər zaman uğura mane olur. Hər vəchlə özünə haqq qazandırmadan qaçın.

246Uğurun açarı: bütün fikirlərinizi bir əhəmiyyətli işdə cəmləşdirin və işi 100% yerinə yetirməyincə ondan ayrılmayın.

247Zamanın idarə olunmasında özünü intizam yaratmağa yönələn hər fəaliyyət digər qalanlarda sizin intizamlılığınızı möhkəmlədir.

248İşin birinci 20%-i həmin işin icrasına tələb olunan gücün 80%-ni tələb edir.

249İş vaxtının 30%-i yerinə qoyulmamış şeylərin axtarışına sərf olunur. Məlumatları saxlamaqda səliqəli olun.

250Çıxdaş üsulundan istifadə edin – az əhəmiyyətli işlərdən azad olun.

251Dəyişməz optimist olun – istənilən vəziyyətdə yaxşını axtarın.

252Pozitiv həvəsli və uğurlu adamlar həllər haqqında düşünür və danışır. Uğursuzlar problemlər haqqında düşünür və danışır. Siz hansı qrupa aidsiniz?

253Hər 3-5 ildə hər sahədə məlumatlar iki dəfə artır. Bu, o deməkdir ki, sizin bilikləriniz də iki dəfə artmalıdır.

254Sürətlə oxumağı öyrənin ki, daha qısa zaman müddətində daha çox materiala baxa biləsiniz.

255]  Daima kitab oxuyun, audioyazılara qulaq asın və sizə daha məhsuldar işləməyə kömək edən ideyaları axtarın.

256Yaddaşı məşq etdirin ki, adları, rəqəmləri, faktları və digər məlumatları yadda saxlamaq qabiliyyətinizi yüksəldəsiniz.

257Əsas məqalələri kəsib qovluğa qoyaraq onlarla sonradan tanış olmağa saxlamaqla jurnal oxumağa vaxta qənaət edin.

258Kitabı oxumağa başlamazdan öncə kitaba əvvəldən axıra qədər onun məzmununu sürətlə mənimsəyin.

259Bu gün hamıya özündən tonlarla məlumatı buraxmaq lazım gəlir, amma qayda belədir: “Əgər məlumat 6 ay əvvəl icra olunubsa, onu utilləşməyə vermək olar!”

260Nəyisə qovluqda gizlətmədən və ya kompyuterdə saxlamadan öncə özünüzdən soruşun ki, heç olmasa bir dəfə də olsa bu məlumat sizə lazım olacaqmı.

261Qovluqlarda və ya kompyuterlərdə saxlanılan məlumatların 80%-i tələb olunmamış qalır.

262Vaxta qənaət edin, oxunmasına ehtiyac olmayanı oxumaqdan imtina edin, lazımsız jurnal və qəzetlərə abunə yazılmaqdan imtina edin.

263Sadə yaşayın. Daima özünüzü lazımsız fəaliyyətdən və işdən azad etmək üsullarını axtarın.

264“İt döyüşündə döyüş itinin ölçüləri yox, döyüş xarakteri önəmlidir”.

Naməlum müəllif.

265]  Sizin işinizdə keyfiyyət kəmiyyətdən önəmlidir.

266]  Zamanın idarə olunmasının bütün mahiyyəti ondan ibarətdir ki, çox vaxtı axad edərək sizi sevənlərlə olasınız və xoşunuza gələn ilə məşğul olasınız.

267]  Siz çox yorulduğunuz zaman evə gələrək erkən yatmanız zamanı idarə etməyin əla üsuludur.

268]  Hər həftə özünüzə istirahət günü ayırın, hər rübdə uik-end və hər il iki həftədən az olmayan məzuniyyət götürün. Tətillər vaxt keçirməyin əla üsuludur.

269Hər gün sizin həqiqi məqsədlərinizi düşünməyə və onları sizin necə yaxşı əldə edə biləcəyinizi düşünməyə vaxt həsr edin.

270Sizin anadangəlmə yaradıcılıq qabiliyyətinizi göstərin: eyni işi daha qısa müddətdə və az məsrəflə icra etmək üçün daima yaxşı üsullar axtarın.

271Sizin işiniz olduqca çox və vaxtınız olduqca az olduqda özünüzə xatırladın: siz yalnız gücünüz çatdığı işi görə bilərsiniz.

272Əgər sizə şəhərdən bir aylıq getmək lazım olduqda getməmişdən öncə siz nəyi başa çatdırmaq istərdiniz? Ləngimədən o işin icrasına başlayın və o başa çatana qədər işi davam etdirin.

273Orta statistik işçi iş vaxtının tam 50%-ni boş söhbətə və şəxsi işə sərf edir. Siz necə?

274Özünüzə şirkətdə ən əməksevər insan nüfuzu yaradın. Bu sizə uğur təmin edir.

275İllik 2000 saat iş vaxtında olmaq istədiyiniz əmək haqqını rəqəmə bölün ki, siz bir saatda nə qədər əmək haqqı almaq istədiyinizi biləsiniz. Ondan sonra o işi icra edin ki, ona görə istədiyiniz və ya ondan yüksək tarif ilə haqq ödəyirlər.

276Öz üzərində işləmək zamana əsaslı qənaət imkanı verir. Siz nə qədər yaxşı olsanız, məqsədinizə çatmaq üçün sizə bir o qədər az vaxt lazım olacaq.

 

Mənbə: Брайн Трейси. Маленькая книга хороших советов о том, как стать хозяином своего времени. Москва – Санкт –Петербург, «Диля», 2015, 128 с.

2016-11-24   5947