NKPI

Maraqlı Məlumatlar

MƏSƏLƏ HƏLLİ – Əsaslar

Oksidlərin kimyəvi xassələri ilə tanış olarkən aktiv metalların (Li, Na, K, Rb, Cs, Ca, Sr, BaO) və onların oksidlərinin su ilə reaksiyaya daxil olub metal hidroksidləri  əmələ gətirdiyini öyrəndiniz. Metal hidroksidlərinə əsaslar da deyilir. Onların ümumi formulu Me(OH)n-dir. Tərkibində metal atomu ilə birləşmiş bir və ya bir neçə hidroksil (OH)qrupu olan mürəkkəb maddələrə əsaslar deyilir. Əsasların tərkibindəki hidroksil qruplarının sayı metalın valentliyi qədər olur. Çünki OH qrupu bir valentlidir. Məsələn:

Həm turşularla, həm də qələvilərlə reaksiyaya daxil olub duz və su əmələ gətirən əsaslara amfoter əsaslar deyilir.

Əsasların tərkibindəki hidroksil qruplarının sayı onun turşuluğunu müəyyən edir.

Əsasların adlandırılması.

Əsası əmələ gətirən metal sabit valentlidirsə, əvvəlcə onun adı deyilir, sonra hidroksid sözü əlavə olunur. Metal dəyişkən valentlidirsə, onun adından sonra metalın Roma rəqəmi ilə valnetliyi göstərlir və hidroksid sözü əlavə olunur.

Əsasların alınması üsulları

Laboratoryada qələvilərin alınması.

1. Aktv metalların (qələvi metallarının – Li, Na, K, Rb, Cs və qələvi-torpaq matellarının – Ca, Sr, Ba) su ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə qələvilər alınır.

2Me + 2H2O → 2MeOH + H2

Me → Li, Na, K, Rb, Cs;

Me + 2H2O → Me(OH)+ H2

Me → Ca, Sr, Ba.

2. Qələvi və qələvi-torpaq metallarının hidridlərinin adi şəraitdə su ilə qarşılıqlı təsiri nəticəsində qələvi alınır.

MeH + H2O → MeOH + H2 

Me → Li, Na, K, Rb, Cs;

MeH+ H2O → MeOH + H2 

Me → Ca, Sr, Ba.

3. Qələvi və qələvi-torpaq metalların oksidlərinin su ilə adi şəraitdə birləşmə reaksiyası nəticəsində qələvi alınır.

Me2O + H2O → MeOH 

Me → Li, Na, k, Rb, Cs;

MeO + H2O → Me(OH)2

Me → Ca, Sr, Ba.

4. Sənayedə qələviləri, qələvi və qələvi-torpaq metallarının xloridlərinin suda məhlulunun elektrolizi ilə alırlar.

Ca(OH)2-ni sənayedə sönməmiş əhəngin söndürülməsi reaksiyası ilə alırlar:

CaO + H2O → Ca(OH)2.

Suda həll olmayan əsasların alınması.

5. Suda həll olmayan əsasların bir alınma üsulu var. Bunun üçün metalın həll olan duzunun məhluluna qələvi əlavə etmək lazımdır(mübadilə və ya dəyişmə reaksiyaları).

CuCl+ 2NaOH → Cu(OH)2↓  + 2NaCl;

FeCl+ 3KOH → Fe(OH)3↓ + 3KCl

(↓ işarəsi çöküntünün alındığını göstərir).

Həll olan əsasların bu üsulla alınması o halda mümkündür ki, reaksiya nəticəsində həll olmayan duz alınsın. Məsələn:

K2CO+ Ca(OH)→ CaCO3↓ + 2KOH;

Na2SO+ Ba(OH)2 → BaSO4↓ + 2NaOH

Əsasların fiziki xassələri

Əksəriyyəti ağ rəngli olan əsaslar adi şəraitdə bərk maddələrdir. Suda həll olmayan bəzi əsasların başqa rəngləridə vardır.

Qələvilərin hamısı sabun kimi sürüşkəndir, suda həll olduqda rəngsiz məhlul əmələ gəlir.Onların məhlullarını başqa rəngsiz məhlullardan indikator adlanan maddələrlə fərqləndirmək olar. “İndiko” latın sözü olub “göstərirəm”, “təyin edirəm” mənasını verir. Indikatorlar mürəkkəb üzvi birləşmələrdir. Qələviləri (eləcə də turşuları) təyin etmək üçün lakmus, fenolftalein və metiloranj adlanan indikatorlardan istifadə olunur.

Suda həll olmayan əsaslar indikatorun rəngini dəyişmir.

Əsasların kimyəvi xassələri.

Əsaslarla turşular arasında normal duz və su alınması ilə gedən dəyişmə (mübadilə) reaksiyalarına neytrallaşma reaksiyaları deyilir. Təkcə qələvilər deyil, suda həll olmayan əsaslarda neytrallaşma reaksiyasına daxil olur.

Məsələn:

2NaOH + H2SO4 → Na2SO+ 2H2O; 

Fe(OH)+ 3HCl → FeCl+ 3H2O

Cu(OH)+ 2HNO→ Cu(NO3)2 + 2H2O;

Al(OH)+ 3HBr → AlBr+ 3H2O

Qələvilərin və suda həll olmayan əsasların fərqli kimyəvi xassələri də vardır. Qələvilər turşu oksidləri ilə reaksiyaya daxil olur, suda həll olmayan əsaslar isə belə reaksiyalara daxil olmur. SO2, SO3, CO2 kimi turşu oksidlərinin 1 molu, 1 mol birturşulu qələvi ilə birləşmə reaksiyasına daxil olur. Məsələn:

CO+ KOH → KHCO3

SO+ KOH → KHSO3,

SO+ KOH → KHSO4

Bu reaksiyalarda turşu oksidi artıq miqdarda götürülsədə, yenə birləşmə reaksiyası baş verir. Qələvi artıq götürülsə, məsələn 1: 2 mol nisbətində, onda normal duz və su alınır. Məsələn:

SO+ 2KOH  → K2SO+ H2O;

SO+ 2KOH → K2SO+ H2O;

CO+ KOH→ KHCO3;  

CO+ 2KOH → K2CO+ H2O

SO2, CO2, SO3 kimi turşu oksidləri ikiturşulu qələvilərlə mol nisbətindən asılı olaraq müxtəlif cür reaksiyaya daxil olur və müxtəlif məhsullar alınır.

Turşu oksidlərindən yalnız NO2 qələvilərlə iki müxtəlif duz verir.

Qələvilər az aktiv metalların (Mg, Al, Zn, Cr, Fe, Cu, Hg, Pb, Ag) suda həll olan duzları ilə reaksiyaya daxil olub yeni duz və suda həll olmayan əsas əmələ gətirir (bax suda həll olmayan əsasların alınmasına).

Əsasların hamısı suda həll olmayan duzlarla reaksiyaya daxil olmur.

Qələviləri ağzı açıq qabda saxlamaq olmaz. Çünki onlar havadakı karbon qazı ilə reaksiyaya daxil olaraq kütlələrini artırır. Qələvilər parçalanmadığı halda, suda həll olmayan əsaslar qızdırıldıqda parçalanır. (bax oksidlərin alınmasına)

Əsasların qrafik formulları.  

Əsaslarda həm ion, həm də polyar-kovalent rabitə vardır. Əsaslardakı ion rabitələrinin sayı ədədi qiymətcə, metalın valentliyinə bərabərdir. Polyar-kovalent rabitə əsaslarda yalnız OH qrupunda O–H rabitəsinə, ion rabitə isə metal kationu ilə OH ionu arasında yaranır. Əsasların hamısı ion rabitəli birləşmələrdir.

Tərtib edən: Mütəllim Məhərrəm oğlu Abbasov - pedaqoji elmləri doktoru, Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, Azərbaycan Respublikasının əməkdar müəllimi

2016-11-27   46177