NKPI

Maraqlı Məlumatlar

TİBET TƏBABƏTİnin qida qadağaları və qidalanma haqqında təklifləri

 

1) Balıq süd ilə olmaz.

2) Süd və ağac meyvələri birlikdə olmaz.

3) Yumurta və balıq bir-birinə uyğun gəlmir.

4) Xardal yağında göbələk bişirmək olmaz.

5) Bərabər miqdarda bal və bitki yağı uyğun gəlməz.

6) Təzə yağı bürünc qabda 10 gündən artıq saxlamaq olmaz.

7) Ərinmiş yağ qəbul etdikdən sonra soyuq su içmək olmaz.

8) Uzun müddət bağlı qabda saxlanmış qaynanmış əti yemək olmaz.

9) Turş şey yeyib üstündən süd içmək olmaz.

10) Əvvəl yeyilən yemək həzm olmamış yeni yemək qəbul etmək olmaz. Çünki onlar uyğun gəlməyə bilər və dava düşər.

11) Vərdiş olunmamış və vaxtında yeyilməyən qida da zəhərlidir.

12) Əgər qida həzm olmursa və qarın köpürsə, yeməkdən sonra isti su iç.

13) Köklüyü azaltmaq üçün bal qatılmış su iç.

14) Acı şeylər ağızdan iyi kənarlaşdırır, iştahı yaxşılaşdırır.

2015-10-20   38004