NKPI

Maraqlı Məlumatlar

Kimyadan DƏRS - Hidrogen

 

Hidrogen

Kimyəvi elementlərin dövri sisteminin ilk elementidir. Onun atomunun nüvəsində yalnız bir proton (p) var və nüvəsinin yükü +1-dir. Hidrogenin üç izotopu var.

Təbiətdə bu izotopların hər üçünə rast gəlinir. Təbiətdə ən çox yayılan izotopu protiumdur. Təbiətdə 1 atom deyteriuma 7000 atom protium, bir atom tritiuma isə 1018 atom protium düşür. Deyterium və tritium hidrogenin süni izotoplarıdır. Onlar əsasən nüvə reaktorlarında nüvə çevrilmələri reaksiyasında alınır.

Hidrogenin nisbi atom kütləsi təqribən protiumun kütləsinə bərabərdir: Ar(H) = 1,008. Hidrogen təbiətdə (Yer qabığında) sərbəst halda deyil, yalnız birləşmə şəklində yayılmışdır. Məsələn suyun kütləsinin ≈11%-ni hidrogen təşkil edir. Eləcə də əksər üzvi birləşmələrin tərkibində hidrogen elementi vardır. Yer qabığında (atmosfer, biosfer və hidrosferdə) olan elementlərin ümumi kütləsinin 0,88%-ni hidrogen təşkil edir. Bununla belə hidrogen kainatda (kosmosda) ən çox yayılmış element hesab olunur. Günəşin təqribən 50%-i və ulduzlar, əsasən hidrogen elementindən ibarətdir. Hidrogen sərbəst halda ikiatomlu (H2) molekullardan ibarət bəsit maddə əmələ gətirir.

Hidrogenin fiziki xassələri. Hidrogen (H2), rəngsiz, iysiz, suda həll olmayan, havadan   (M1(hava) = 29) 14,5 dəfə yüngül qazdır. Hidrogenlə doldurulmuş sabun köpüyünün sürətlə yuxarı qalxması da bunu sübut edir.

Alınması. Hidrogeni ilk dəfə ingilis alimi H.Kavendiş 1766-cı ildə saf halda almışdır.

Laboratoriyada alınması üsulları.

1) Suyun elektrolizi: 

2) Duru turşuların (duru HNO3-dən başqa) metalların aktivlik sırasında hidrogenə qədər olan metallarla (Li, Na, K, Rb, Cs, Be, Mg, Ca, Si, Ba, Al, Zn, Mn, Cr, Fe, Ni, Sn, Pb) qarşılıqlı təsiri zamanı H2 ayrılır. Hər bir metalın 1 molu turşu ilə əmələ gətirdiyi birləşmədəki valentliyinin yarısı qədər mol miqdarda H2 ayırır.

Kimyəvi xassələri. Hidrogen Si-dan başqa digər qeyri-metallarla birləşmələrində +1 oksidləşmə dərəcəsi göstərdiyi üçün I A yarımqrupunda yerləşir. Bu birləşmələrdə elektron cütü hidrogendən qeyri-metala doğru çəkilir. H→X; X=>C, N, O, S, F, Cl, Br, J və s. ola bilər. Hidrogen metallar və Si ilə birləşmələrində -1 oksidləşmə dərəcəsi göstərdiyindən VII A yarımqrupunda yerləşir. Bu birləşmələrdə elektron cütü H-ə doğru çəkilir.

Tətbiqi. Hidrogendən sənayedə az aktiv metalları oksidlərindən reduksiya etməklə alınmasında   (hidrogenotermiya), metalların qaynaq edilməsində, mühərriklərdə ekoloji təmiz yanacaq kimi, hidrogen-halogenid turşularının, ammonyakın, metil spirtinin sintezində, maye yağların bərk yağlara çevrilməsində istifadə edilir.

 

Tərtib edən: Mütəllim Məhərrəm oğlu Abbasov - pedaqoji elmləri doktoru, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, Azərbaycan Respublikasının əməkdar müəllimi

2016-12-10   44451