NKPI

Maraqlı Məlumatlar

Beynəlxalq jestlər

 

Müxtəlif ölkələrdə həmin yerdə konkret əhəmiyyət kəsb edən müəyyən jestlər mövcuddur. Eyni jestin mənası tamamilə müxtəlif ola bilər. Bu məlumatlar səyahətlər zamanı faydalı ola bilər.

Avropa. Amerikalılar qarşılayarkən və xudahafizləşərkən əli (ovucu xarici açaraq) sağa-sola yelləyir. Avropalılarda isə əl hərəkətsiz qalır, ovuc xaricə açılmış olur, yalnız barmaqlar yellənir.

Peru. Qaşın qaldırılması "pul" və ya "siz mənə ödəməlisiniz" anlamındadır.

Tayvan. Göz vurmaq çox pis hörmətsizlik sayılır.

Avstraliya. Bu ölkədə qadına göz vurma olduqca böyük ədəbsizlik sayılır, hətta tam razılıq və ya dostluq üçün olsa da. Əksər ölkələrdə böyük barmağın yuxarı qaldırılması "okey", "hər şey qaydasındadır" işarəsi olsa da Avstraliyada bu jest çox kobud hesab olunur.

Hindistan. Bu ölkədə qulağa qoyulmuş əl səmimiliyi və hüsn-rəğbəti ifadə edir.

Yunanıstan. Yanağı silmək baxışların yönəldiyi insanın olduqca cəlbedici olduğunu ifadə edir.

Hollandiya. Barmaqların gicgah ətrafında dairəvi hərəkəti telefonla zəng etmək istəyini ifadə edir. Latın Amerikasında, Birləşmiş Ştatlarda və Avropada bu jest yüngül anormallığı ifadə edir.

Bolqarıstan. Bolqarlar imtina işarəsi olaraq başı yırğalayırlar. Yunanlar da özlərini dəqiq olaraq belə aparırlar. Dünyanın qalan ölkələrində başı yırğalamaq razılıq əlamətidir.

Argentina. Barmaqlarla başa vurmaq "mən düşünürəm" anlamındadır.

Uzaq Şərq Ölkələri. İnsanı barmaq hərəkətləri ilə çağırmaq, bu ölkələrdə olduqca təhqiredici qəbul olunur.

İndoneziya. Kimisə göstərmək istədikdə böyük barmaq ilə göstərmək lazımdır. Şəhadət barmağı ilə göstərmək ədəbsizlikdir (əksər Yaxın və Uzaq Şərq ölkələrində və Birləşmiş Ştatlarda olduğu kimi).

2015-10-21   6207