NKPI

Maraqlı Məlumatlar

Dahi alman şairi Höte İslam Peyğəmbərini tərənnüm etmiş,“Məhəmmədin (s.ə.s.) tərənnümü”

Dahi alman şairi Höte İslam Peyğəmbərini tərənnüm etmiş, “Məhəmmədin (s.ə.s.) tərənnümü” adlı şeir yazmış və özü də İslamı qəbul etmişdir. Alman dilinin mahir bilicisi Ələmdar İsa bu şeiri alman dilindən Azərbaycan dilinə tərcümə etmişdir.

Məhəmmədin (s.ə.s.) tərənnümü

Sən bir daşdan-qayadan çağlayan bulağa bax,
nurlu Sevincdir ki, bu!
Ulduzun doğması kimi
oddan, alovdan çıxır!
Onun o gözəl canı,
Onun o gözəl ruhu
gəncliyiylə sıyrılıb,
Yerdə yalçın qayadan,
Göydə buluddan çıxır!
 
Gümrah bir cavanlıqla
oyur-oyur oynayır.
mərmər qaya üstündə
şadyanalıq edir də.
Şükürlər olsun deyir
Ulu göylərə bir də.
 
Yeriş edir,
yürüş edir zirvəyə,
əlvan çay daşlarının
üzərində səkərək,
erkən yerişiylə də
qardaşlıq çeşməsini
özü ilə çəkərək.
 
Odur ey, aşağıda –
ayaqları altında
gül-çiçək, çəmən-çayır,
onun nəsimindən, nəfəsindən
həyat umub yaşayır.
 
Əl-qoluna sarınan
neçə cür gözlə, qaşla
yaltaqlanan, yarınan
nə bir kölgə, nə bir xəyal,
nə bir çiçək,
nə qaranlıq bir dərə,
nə də qarabasmalar,
saxlaya bilməz Onu.
Onun o yerişi, yürüşü ki var,
O ki, çöldə-çəməndə
şütüm-şütüm şütüyür,
haqlaya bilməz Onu.
 
Sellər, sular girəndə min cilvəylə qılığa,
gümüş kimi nur saçdı, qədəm basdı torpağa.
Onda ki qədəm basdı,
         yarıdı çöl-düz Ondan,
nur vermişdi ərz Ona,
nur da aldı ərz Ondan.
Onda ki, dağdan-daşdan enib gəldi bulaqlar,
Onda ki, çöldən-düzdən axdı şır-şır irmaqlar,
Onda ki, çalxalanıb gümüş çaylar axırdı,
Bax, onda sellər-sular şaqqıldayıb hayqırdı:
                                      QARDAŞ!!!
 
Qardaş, özünlə götür,
         özünlə gətir qardaşlarını,
qosqocaman o Atanın yanına.
Dünya durduqca duran,
əli bizə uzalı
                   Okeanın yanına.
Ah, bu da nahaq yerə açıqlandı, açıldı,
səbrini bas hələ,
özünü al ələ:
qanımıza yeriklədi yuxarıdan Günəş də,
hər göldə, hər gölməçədə əllərimiz güməşdi.
Yolumuza daş döşədi hər təpə, hər dik,
Nələr gördük, nələr çəkdik.
O ki, bomboş səhrada susuz qumlar, barxanlar
         o yalmanan yarğanlar
                   sonumuza çıxdılar.
onda Qardaş, bubaşdan,
götür, gətir qardaşlarını
özünlə öz Atanın yanına,
                    yazıqdılar.
hamısı da qoy gəlsin,
onda bu təntənədən
O da sığmaz özünə,
onda bütöv bir nəsil,
bu Hakimi, bu haqqı
ucadan uca tutub,
öpüb qoyar gözünə.
 
O zaman ki, səddbilməz,
         sərhədbilməz dua ilə,
bu dövləti, bu varı
bir yoxluqdan yaratdı,
qalaları, qəsrləri,
o mərmər sarayları
od-alovun içindən
çəkib kənara atdı,
o zaman ki, kedr ağacından
                   tikilən evlər
enlikürək Atlantın
kürəyində dayandı.
O zaman ki, başında
minlərlə bayraq
pırıl-pırıl oyandı,
onda O da təntənəylə
Yerə, Göyə ad verdi,
şəhərlər də qaldıqca
ayaqarı altında,
şahidlərə adilik
və alilik göstərdi....
.....Hə, bax, o andan
         qardaşlarını,
         dövlətini, varını,
bir də balalarını
gözləyən Ata-Ananı
         ürəkdən-candan
əzizlədi sevərək...

2015-08-26   10037