NKPI

Maraqlı Məlumatlar

Aforizmlər. Dahi kişilər qadınlar və sevgi haqqında

Antisfen (bizim eradan əvvəl təxminən 440-368-ci illər)
qədim yunan filosofu
Sevginin dərmanı kəbindir.
***
Çox vaxt sevilən olmaq bizim istəyimizdən asılı olmur, amma, nifrətlənməmək həmişə bizim özümüzdən asılıdır.
 
Platon (bizim eradan əvvəl 427-348-ci illər)
qədim yunan filosofu
İstənilən insan sevəndə mahnı oxuyur.
***
Kim yüksək əxlaqi dəyərlərə görə sevibsə, o, bütün ömrü boyu sadiq qalır.
 
Aristotel (bizim eradan əvvəl 384-322-ci illər)
qədim yunan filosofu və alim
Sərxoşluğa qurşanan qadın bu münasibətdə öz analarına bənzəyən uşaqlar doğur.
 
***
Evripid (bizim eradan əvvəl 480-406-cı illər)
qədim yunan şair-dramaturqu
Pis qadından pis heç nə yoxdur; və yaxşısından heç vaxt yaxşı heç nə yaradılmayıb.
***
Əbədi sevməyən sevmir
 
Sokrat (bizim eradan əvvəl təxminən 470-399-cu illər)
qədim yunan filosofu
Gözəllik uzun müddət hökmüdarlıq etməyən kraliçadır.
***
Cavan adamlara tez-tez güzgüyə baxmaq lazımdır: gözəllər ona görə ki, öz gözəlliyini ləkələməsin, çirkinlər isə ona görə ki, tərbiyəsi ilə eybəcərliyini gözəlləşdirsin.
 
Demokrit (bizim eradan əvvəl təxminən 460-360-cı illər)
qədim yunan filosofu
Yalnız o sevgi dürüstdür ki, incitmədən gözəlliyə can atır.
***
Kim özü heç kimi sevmirsə, onu mənə elə gəlir ki, heç kim sevmir.
 
Pifaqor (bizim eradan əvvəl 580-500-cü illər)
Çox gülən arvadına etibar etmə.
***
İnsan çaxırdan sərxoşluqdan ölür; o, sevginin sərxoşluğundan dəli olur.
***
Sərxoşluq ağılsızlığın məşqidir.
 
Konfusi (bizim eradan əvvəl 551-479-cu illər)
Yalnız həqiqi insani insan həm sevməyi həm də nifrət etməyi bacarır.
***
Xeyirxah təklikdə qalmaz. Onun mütləq qonşusu olacaq.
 
Antisfen (bizim eradan əvvəl təxminən 440-368-ci illər)
qədim yunan filosofu
Sevginin dərmanı kəbindir.
***
Çox vaxt sevilən olmaq bizim istəyimizdən asılı olmur, amma, nifrətlənməmək həmişə bizim özümüzdən asılıdır.
 
Platon (bizim eradan əvvəl 427-348-ci illər)
qədim yunan filosofu
İstənilən insan sevəndə mahnı oxuyur.
***
Kim yüksək əxlaqi dəyərlərə görə sevibsə, o, bütün ömrü boyu sadiq qalır.
 
Aristotel (bizim eradan əvvəl 384-322-ci illər)
qədim yunan filosofu və alim
Sərxoşluğa qurşanan qadın bu münasibətdə öz analarına bənzəyən uşaqlar doğur.
 
Menandr (bizim eradan əvvəl 343-291-ci illər)
qədim yunan şairi – komedioqrafı
Evdə mehriban qadın qarışqa kimidir, pis qadın isə deşilmiş çəllək kimidir.
***
Qarşılıqlı sevgi uşaqlarla möhkəmlənir.
***
Bizdən çox sevən bizdən tez də inciyir.
 
Epikur (bizim eradan əvvəl 341-270-ci illər)
qədim yunan filosofu
Həmişə işlə. Həmişə sev. Arvadını və uşaqlarını özündən çox sev.
***
İnsan ya qorxu və ya hüdudsuz ehtiras nəticəsində bədbəxt olur.
 
Vasili Vasileviç Rozanov  (1856-1919-cu illər)
Rus yazıçısı, publisist və filosof
Sevgi sönür – və həqiqət də sönür. Odur ki, yerdə “həqiqiləşdirmək” daima və həqiqətən sevməkdir.
***
Sevmək – “sənsiz ola bilmirəm” deməkdir, “sənsiz mənə ağırdır” deməkdir, “sən olmayan hər yer cansıxıcıdır” deməkdir.
***
Dostluqda və sevgidə sadiq ol: digər tələbləri yerinə yetirməyə də bilərsən.
 
Corc Bernard Şou (1856-1950-ci illər)
İngilis yazıçısı
Qadınlar ümumiyyətcə başa düşmürlər ki, kişilər necə zəif, qorxaq məxluqdurlar.
***
Sevgi bir adam ilə digər qalanları arasında fərqin kobud şişirdilməsidir.
***
 Əgər insan 40 yaşına qədər aşiq olmayıbsa, yaxşı olar ki, sonra da aşiq olmasın.
***
Qadın biliciləri nadir hallarda optimizmə meyillidirlər.
***
Dünyada sevgilərin hamısı danışmağa can atır, amma, bacarmır, çünki o utanır.
 
Anton Pavloviç Çexov (1860-1904-cü illər)
Rus yazıçısı
Aşiq olmaq insana göstərir ki, o, necə olmalıdır.
***
Heç vaxt yaxınlarını itirməyə risk etdiyin vaxt olduğu qədər onları sevmirsən.
***
Sevmək və sevilmək necə böyük səadətdir.
 
Maksim Qorki
Aleksey Maksimoviç Peşkov (1868-1936-cı illər)
Rus yazıçısı
Günəşsiz güllər açılmır, sevgisiz xoşbəxtlik yoxdur, qadınsız sevgi yoxdur, anasız nə şair, nə qəhrəman var.
***
Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır.
 
Mənbə: Афоризмы. Великие мужчины о женщинах и о любви / сост. И.В.Блохина - Минск: Харвест, 2010, 512с

2017-01-14   4840