Maraqlı Məlumatlar
Qusar rayonu
Böyük Qafqazın şimal-şərqində yerləşən Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. Qusar – "suvari qoşun növü" mənasını verir. İnzibati mərkəzi Qusar şəhəri, Bakıdan məsafəsi 180 km, sahəsi 1542 km2-dır. Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar.
Relyefi -və coğrafi mövqeyi
Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonunun sərhədlərinin uzunluğu 200 km-dən çoxdur. Bunun 170 km-i quru, 45 km isə su sərhədi təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan), şimal-şərqdən Xaçmaz rayonu, cənub-şərqdən isə Quba rayonu ilə həmsərhəddir. Rayonun cənub-qərbi dağlıq (Baş Qafqaz silsiləsinin şimal-şərq yamacı, Yan silsilə), mərkəzi hissəsi maili düzənlik (Qusar maili düzənliyi), şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhədi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Salavat aşırımı (2895 m) buradadır. Ərazinin hündürlüyü ovalıq hissədə təqribən 100 m-dən, Bazardüzü dağında 4466 m-ə qədərdir. Ərazidə Yan silsilə Qusar çayının dərəsi ilə kəsilərək, Şahdağ və Qızılqaya dağ massivlərinə bölünmüşdür. Respublikada olan müasir buzlaq sahələri (Bazardüzü, Tufan, Şahdağ, Bazaryurd), əsasən, bu rayonda yerləşir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir, qar və buzlaq suları ilə qidalanır.
Geoloji quruluşu
Ərazidə Yura, Tabaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri
Ərazinin çay şəbəkəsi zəngindir. Çaylarının mənbələri müxtəlif yüksəkliklərdədir: Qusar (Bazardüzü ərazisi; 3780 m), Quruçay (Susay-Yırız aşırımı; 2500 m), Samur (Qarax Rusiya; 2880 m).
Landşaftları və bioloji müxtəlifliyi
Torpaqlar, əsasən, çimli dağ-çəmən, qonur dağ-meşə, tipik və karbonatlı dağ-meşə, qəhvəyi torpaqlardır. Dağlıq sahənin əsas bitki örtüyü alp və subalp çəmənlikləri, maili düzənliklərdə enliyarpaqlı meşələrdən ibarətdir. Ərazidə çəmən və kolluqlar da geniş sahələr tutur.
Əhalisi
Əhalinin etnik tərkibi, əsasən, azərbaycanlılar və ləzgilərdən ibarətdir. Onlardan əlavə burada kompakt şəkildə ruslar, türklər, dağ yəhudiləri də yaşayır.
Geoloji təbiət abidələri
Qusar rayonunu bəzən haqlı olaraq şəlalələr diyarı adlandırırlar. Azərbaycanın ən gözəl qoşa şəlaləsi burada yerləşir. Laza şəlaləsi, Suvar şəlaləsi, Şahnabat şəlaləsi öz möhtəşəmliyi, suyunun bolluğu və əsrarəngiz mənzərəsi ilə seçilir.
Çempion və veteran ağacları
Həzrə kənd məscidinin qarşısında 200 yaşlı çinaryarpaq ağcaqayın, Şeyx Cüneyd türbəsinin yanındakı köhnə qəbiristanlıqda 460 yaşlı şərq çinarı.
Arxeoloji abidələri
Gədəzeyxur kəndi yaxınlığında m.ə. I minilliyə və Erkən Orta Əsrlərə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Şamiltəpə, Verdixantəpə, Qazıtəpə yaşayış yerləri. Bədirqala kəndi yaxınlığında Gavdişan təpələri yaşayış yeri. Aşağı Ləgər kəndi yaxınlığında Orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri yaşayış yeri. Həzrə kəndi yaxınlığında Qalaxür təpələri. Erkən Tunc Dövrünə 9m.ə. III minillik) aid Qəfləpir - II. Yeni Həyat kəndi yaxınlığında IV - VII əsrlərə aid Qızlartəpə yaşayış yeri. Samur qəsəbəsi yaxınlığında Orta Əsrlərə aid Kalaysuvar yaşayış yeri. Zindanmurad kəndi yaxınlığında Orta Əsrlərə aid “Yeddi qardaş bir bacı” yaşayış yeri. Hil kəndi yaxınlığında dəmir dövrünə aid (m.ə. I minillik) Quru Pel yaşayış yeri. Quxuroba kəndi yaxınlığında Quxuroba II kurqanlar (katakomba qəbirləri).
Tarixi-mədəni abidələri
Rayon ərazisi memarlıq abidələri ilə zəngindir: Əniq kəndində XIII əsrə aid qala divarları xarabalıqları. Həzrə kəndində Şeyx Cüneyd türbəsi və məscidi (1544). Hil kəndində məscid (XIX əsr). Köhnə Xudat kəndi yaxınlığında XVII əsrə aid Xudat Qalası, XVIII əsrə aid məscid, Xuray kəndində məscid (1866).
Mənbə: Qərib Məmmədov, Elman Yusifov, Mahmud Xəlilov, Vüqar Kərimov. AZƏRBAYCAN: EKOTURİZM POTENSİALI. I cild. Şərq-Qərb nəşriyyatı, Bakı-2015
2015-10-27 37818
Ətraflı
Son Xəbərlər
AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün
2024-03-27
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni kitabı çap olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – kimya elmləri
2024-03-22
Xankəndi, 18 mart, 2024-03-19