NKPI

Maraqlı Məlumatlar

ABUTALIBOV MÜZƏFFƏR HEYDƏR OĞLU

(1908-1984)

Abutahbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur.

O, Bakıda A.Şaiq adına texnikumda təhsil almışdır (1922-1926), Azərbaycan Politexnik İnstitunun Kənd təsərrüfatı fakültəsini bitirmişdir (1930).

M.Abutahbov 1938-ci ildə fəlsəfə doktoru, 1944-cü ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir. Professor elmi adını almış (1950), Azərbaycan EA-nın müxbir üzvü (1959) və həqiqi üzvü seçilmişdir (1968).

 

M.Abutahbov Azərbaycan Politexnik İnstitutunun Bitki fiziologiyası kafedrasın­da laborant, assistent, dosent kimi çalışmışdır (1931-1936). Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunda baş elmi işçi və elmi işlər üzrə direktor müavini (1936-1948), "Bitki fiziologiyası və biokimyası” şöbəsinin müdiri (1940-1947) və institutun direktoru (1947-1950), Azərbaycan Dövlət Universitetinin Bitki fiziolo­giyası kafedrasının müdiri, Azərbaycan ET Əkinçilik İnstitutunun Bitki fızialogiyası laboratoriyasının rəhbəri (1949-1059) olmuşdur. 1960-1962-ci illərdə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun direktoru, yenidən Botanika İnstitutunun direktoru (1962-1978) və 1978-ci ildən ömrünün sonuna kimi Botanika İnstitutun­da Bitki fiziologiyası şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

M.Abutalıbovun əsas elmi fəaliyyəti bitkilərin mineral qidalanması, kimyəvi elementlərin bitki orqanizminə daxil olması, hərəkəti, paylanması və təkrar istifa­dəsinin tədqiqinə həsr olunmuşdur. M-Abutahbov kənd təsərrüfatı bitkilərinin - pambıq, buğda, kartof, pomidor, yonca və s. məhsuldarlığının artırılmasında makro və mikro elementlərinin rolunun öyrənilməsinə xüsusi diqqət verirdi. 0, kalsium, dəmir, mis, manqan, bor, sink və b. mikro elementlərin bitki həyatında məhsuldar­lığının artırılmasında, fotosintez prosesinin getməsində, karbohidrat və amin turşu­larının mübadiləsindəki rolunu öyrənmiş, yeni elmi fikirlər irəli sürmüşdür. 0, Azər­baycanda radioaktiv izotoplarla tədqiqatlar aparılmasının təməlini qoymuş, yüksək səviyyəli işlər aparıla biləcək laboratoriya yaratmışdır. İlk dəfə müəyyən etmişdir ki, başqa elementlərdən fərqli olaraq kalsium bitkidə həmişə aşağıdan yuxarıya cavan orqanlara doğru hərəkət edir. Radioaktiv fosforla aparılan təcrübələrlə fosfor gübrəsi­nin bitkiyə nə vaxt və hansı dərinlikdə verilməsini elmi əsaslandırmışdır. 0,300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologi­yası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.

M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət gös­tərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır.

0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü, SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sove­tinin üzvü və Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiy­yətinin Azərbaycan bölməsinin sədri olmuşdur.

M.Abutalıbov "1941-1945-ci illərdə II Dünya Müharibəsində "Fədakar Əməyə görə", "Qafqazın müdafiəsinə görə” və "Fədakar əməyə görə” medalları ilə təltif edilmişdir.

Akademik Müzəffər Abutahbov 1984-cü il noyabrın 9-da vəfat etmişdir.

2017-01-17   35573