NKPI

Maraqlı Məlumatlar

Aforizmlər. Dahi kişilər qadınlar və sevgi haqqında

Ovidi
(Ovidi Publi Nazan)
 (bizim eradan əvvəl 43-cü il – təxminən bizim eranın 18-ci ili)
Əgər qadının səni sevməkdə davam etməsini istəyirsənsə, ona belə bir fikri inandır ki, onun gözəlliyinə heyransan.
***
Qısqanclıq ən möhkəm və ən güclü sevgiyə öldürücü zərbə vurur.
***
Səni sevmələri üçün sevilməyə layiq ol, bunu isə sənə fövqəladə xarici gözəllik və ya qəşəng fiqur vermir – sən fiziki gözəlliyi ağılın ənamı ilə tamamlamalısan.
***
Sevgidən ayrılmaz olan əzablar dəniz sahilindəki balıqqulaqları kimi sayagəlməzdir.
***
Vədlərində xəsis olma, axı vədlər qədər heç nə qadınları cəlb etmir.
***
Mark Tulli Siseron (bizim eradan əvvəl 106-43-cü illər)
Roma siyasi xadimi, natiq və yazıçı
Sevgi – öz gözəlliyi ilə cəlb edənin dostluğunu qazanmağa cəhddir.
***
Kəbin ittifaqı – insan cəmiyyətinin birinci pilləsidir.
***
Sən qorxduğunu və səndən qorxanı sevmək olmaz.
 
Verqili (bizim eradan əvvəl 70-19-cu illər)
qədim roma şairi
Xarici görünüşə çox inanma.
***
Sevgi hər şeyə qalib gəlir və biz də onun hakimiyyətinə tabe olaq
 
Qorasi (bizim eradan əvvəl 65-ci il – bizim eranın 8-ci ili)
roma şairi
Heç nə hər bir nöqteyi-nəzərdən gözəl ola bilməz.
***
Böyük vədlər inamı azaldır.
***
Zınqırovlar zınqıldadı, budur, yola düşür karvan.
Sən bu qədim düşərgədən can mülkünə yönəl, ey can!
 
Çalınan zəng öz naləndir – karvanına ulu başçı,
Sən bu karvan zəncirində zəng səsinə həmdəm, hayan.
 
Oyuncaqsan, nə qədərki sən bir qapı cəftəsisən,
O zəng kimi nalə çək, get, istəmə, ya istə aman.
 
Bu vadidə təhlükə var, buna görə inləyir zəng.
Bəs bu cəftə neçin inlər? İçi boşdur, özü nalan.
 
Dərd sədalı zəng üzürlü, cəftə ondan üzürlüdür,
Ürəyinin yoxluğundan çəkir nalə, qılır əfqan.
 
Dörd hərfdi “cahan” sözü... qoy üstə dörd barmağını.
Yerdən göyə məsafə də dörd barmaqdan kəmdir, inan.
 
Cahan səni puç etməmiş, sən cahanı puç bil, çəkil.
O üstündən xətt çəkməmiş, sən üstündən xətt çək əlan.
 
Çək dünyadan gözünü ki, səni cahil bilməsinlər,
Ağır olsan, ağır zəncir açılmaz əl-ayağından.
 
 
Ağaların libasına zinət olan hər nə varsa,
Təbəssümlə bir əl yellə ona, ayrıl bu dünyadan.
 
Səadəti cahanda yox, dində ara... çün bu bağda
Yusif köynəyinə oxşar nə ətir var, nə ərğəvan.
 
Boğ şəhvəti, dinə güc ver... üzərliyin, udun külü
Azsa, demək, rayihəsi vurar səni lap uzaqdan.
 
Henrix Heyne
 (1797-1856-cı illər)
Alman şairi
Biz almanlar yalnız qıza pərəstiş edirik və bizim şairlər yalnız onu tərənnüm edir, fransızlarda əksinədir, yalnız ərdə olan qadın həyatda və incəsənətdə sevgi predmeti olur.
***
Qadınlarda ikinci sevgi olmur; onların təbiəti bu hissin qorxulu sarsıntısını iki dəfə yaşamaq üçün olduqca incədir
***
Sevgi nədir? O, ürəkdə diş ağrısıdır.
 
Onore de Balzak
 (1799-1850-ci illər)
Fransız yazıçısı
Sevgi dindir və onun kultu yəqin ki, digərlərinə nəzərən baha başa gəlir: Sevgi sürətlə keçir, amma, küçəni oğlanı kimi cəhd edir ki, dağıtmaqla öz yolunu qeyd etsin.
***
Sevgi baxışlarda hiss edilənə qədər səsdə eşidilir.
***
Qadının yalnız sonuncu məhəbbəti kişinin birinci məhəbbətinə bərabər ola bilər.
***
Öz ərinə gülən qadın artıq onu sevmir.
***
Sevgi yeganə ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi qəbul etmir.
***
Sevgidə müxtəliflik axtarışları gücsüzlük əlamətidir.
***
Qadını idarə edə bilən dövləti idarə etmək qabiliyyətinə malikdir.
***
Qadın yaxşı bəzənmiş masadır ki, ona kişi yeməkdən öncə və yeməkdən sonra müxtəlif baxır.
Aleksandr Dyuma  (1802-1870-ci illər)
Fransız yazıçısı
Qadın müqəddəsdir; sevdiyin qadın ikiqat müqəddəsdir.
***
Hörmətsiz sevgi uzağa getmir və yüksəyə qalxmır; o, bir qanadlı mələkdir.
 
Bencamin Dizraeli (1804-1881-ci illər)
Böyük Britaniyanın baş naziri, Konservativ partiyanın lideri; yazıçı.
Biz hamımız sevgi üçün doğuluruq bu mövcudluq prinsipidir və onun yeganə məqsədidir.
***
Heç vaxt şikayət etməyin və heç kimə heç nə izah etməyin.
 
Henri Lonqfello (1807-1882-ci illər)
Amerika şairi
Sevgi haqqında nahaq itirilmiş kimi danışma! Sevgi heç vaxt mənasız itmir...
***
Sevgi soyuqdan plaşdan yaxşı qoruyur; o bizə qida və geyimdir.
***
Sevgi özünü hədiyyə verir; onu satın almaq olmaz.
***
Xarakterdə, manerada, stildə, hər şeydə ən gözəli sadəlikdir.
 
Nikolay Vasileviç Qoqol (1809-1852-ci illər)
Rus yazıçısı
Qadına kimisə gözəl adlandırmaqdan şeytanı öpmək asandır.
***
Ona baxmayın ki, digərləri sizi sevirmi, baxın ki, siz digərlərini sevirsinizmi.
***
Soyuq gülüşün dərinliyində əbədi güclü sevginin qaynar qığılcımları tapıla bilər.
 
Aleksandr Sergeyeviç Pişkin (1799-1837-ci illər)
Rus şairi
Qadınların şirin diqqəti bizim cəhdlərimizin demək olar ki, yeganə məqsədidir.
***
Sevgi ən inadcıl ehtirasdır.
***
Sevgi xəstəliyi sağalmazdır.
***
Cavabsız sevgi insanı alçaltmır, onu yüksəldir.
***
Qadınların hamısı cazibəlidir, onlara gözəlliyi kişilərin sevgisi verir.
***
Qadına heç vaxt demə ki, sən onun sevgisinə layiq deyilsən; o, özü bunu bilir.
***
Bir qadını nə qədər az sevsək, biz daha asanlıqla onun xoşuna gəlirik.
 
Viktor Mari Hüqo (1802-1885-ci illər)
Fransız yazıçısı
Həmişə bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən başqa demək olar ki, heç nə yoxdur.
***
Qadına sevgi bizim üçün böyük, heç nə ilə əvəz olunmayan əhəmiyyətə malikdir; o, ət üçün duz kimidir; ürəyə hoparaq onu xarab olmaqdan qoruyur.
***
Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir.
***
Kimə qəzəb hissi əlçatandırsa ona sevgi hissi də əl çatandır.
***
Ailə cəmiyyətin kristalıdır.
***
Həqiqi sevgi doymaq bilmir. Həmişə ruhi olaraq o, soyuya bilməz.
Oğul Aleksandr Dyuma  (1824-1895-ci illər)
Fransız yazıçısı
Qısqanclıq digər şəxsin üstünlüyündən qorxmaqdır.
***
Qadın kişini böyük işlərə ruhlandırır və onları həyata keçirməkdə ona mane olur.
***
Qısqanclıq digərlərinə nəzərən özünə daha çox zərər vurma məharətidir.
***
Qadından soruşmaq olar ki, o nə üçün ağlayır; amma, heç vaxt ondan soruşmaq lazım deyil ki, o, nə üçün ağlayıb: o, bunu xatırlamır.
***
Hansı qadın səbəb olmasından asılı olmayaraq həqiqi sevgi həmişə bizi daha yaxşı edir.
***
Əgər kişilər qadın ürəyini tamamilə başa düşə bilmirlərsə, qadınlar da kişi heysiyyətini başa düşmürlər.
 
Jev Nikolaeviç Tolstoy (1828-1910-cu illər)
Rus yazıçısı
Sevgi hardadırsa, Allah da ordadır.
***
Sevgi həyatın üzüdür; amma, ağılsız, əzablı və ölən həyatın yox, xoşbəxt və sonsuz həyatın.
***
Sevgi ölümü məhv edir və onu boş xəyala çevirir; o, həyatı mənasızlıqdan nəsə mənalıya çevirir və bədbəxtlikdən xoşbəxtlik yaradır.
***
Yalnız sevginin işıqlandırdığı kəbin həqiqidir.
***
Sevgi haqqında istənilən mühakimə sevgini öldürür.
***
Biz nə qədər çox seviriksə, bizim həyatımız bir o qədər geniş, dolu və sevincli olur.
***
Sevmək sevdiyinin həyatını yaşamaq deməkdir.
***
Sevgi həyatın gücüdür.
***
Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, hər bir bədbəxt ailə özünə məxsus bədbəxtdir.
Vissarion Qriqoreviç Belinski  (1811-1848-ci illər)
Rus filosofu, ədəbi tənqidçi, publisist.
Sevgi insan həyatı kimi öz inkişaf qanunlarına öz yaşlarına malikdir.
***
Kəbin sevginin həqiqətidir.
***
Güclü, vəcdlə və alovlu hiss etmək olar və bununla belə öz hisslərini ifadə edə bilməmək olar.
 
Teofil Qote (1811-1872-ci illər)
Fransız yazıçısı və ədəbi tənqidçi
Aşiq olan qadın görməyən deyə bilməz ki, qadın nədir.
***
Sevgi uğura bənzəyir: o sevmir ki, onun ardınca qaçsınlar.
***
Aşiq üçün hətta ən təmtəraqlı sözlər də həmişə olduqca ifadəsiz görünür.
***
Sevgi fövqəladədir, ona əmr edə bilmərsən, onu məcbur edə bilməzsən. Onun nəfəsi istədiyi yerdə əsir.
 
Aleksandr İnanoviç Gertsen (1812-1870-ci illər)
Rus yazıçısı, publisist, inqilab xadimi
Sevgi və dostluq qarşılıqlı ək-sədadır: onlar götürdükləri qədər verir.
***
Sevgi böyük sözdür, yaradılanların harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ehtiraslar qısadır.
***
Əzablı sevgi həqiqi sevgi deyil.
***
Sevgi fərdi mövcudluğun hədlərini açır və şüura varlığın bütün ləzzətini gətirir; sevgi ilə həyat özünə heyran olur; sevgi – həyatın apofeozudur.
Qeyd: Apofeoz – bir şəxsi və ya bir hadisəni şöhrətləndirən deməkdir.
Anatol Frans (Tibo) (1844-1924-cü illər)
Fransız yazıçısı
Sevgi! Bu mənada nə qədər hüdudsuzluq var! Bir göz yaşında necə okean! Bir baxışda necə səma! Bir nəfəs almada necə tufan! Bir toxunuşda necə ildırım! Bir anda necə əbədilik!
***
Sevgidə kişilərə formalar və rənglər lazımdır; kişilər obrazlar tələb edir. Qadınlar isə yalnız duyğuları tələb edirlər. Onlar bizdən yaxşı sevirlər: onlar kordurlar.
***
Qadın kişinin dahi tərbiyəçisidir.
***
Yalnız qadınların maraqlandırmadığı kişilər qadın paltarı ilə maraqlanırlar.
 
Oskar Uayld (1854-1900-cü illər)
İngilis yazıçısı
Sevgini öz ürəyində saxla. Onsuz həyat ölü güllərli, günəşsiz bağa bənzəyir.
***
Kişini analiz və müzakirə etmək olar, qadına isə məftun olmaq lazımdır.
***
Sevgi sevgiyə qarşı günahdan başqa bütün günahları bağışlamalıdır.
***
Qadınlar kişilərə nisbətən olduqca əlverişli vəziyyətdədirlər; onlar üçün daha çox qadağalar mövcuddur.
***
Siz bilirsinizmi, qadın marağı nə qədər böyükdür? O, demək olar ki, kişi marağına uduzmur.
***
Kişi həyatı çox erkən başa düşür, qadınlar olduqca gec.
Xəlil Cebran Cebran  (1883-1931-ci illər)
Livan yazıçısı – esseisti, rəssam
Sevgi iki aşiq arasında pərdədir.
***
Kişi əli ilə qadın əlinə toxunduqda onlar hər ikisi əbədilik ürəyinə toxunurlar.
***
Sevgi və şübhə heç vaxt bir-biri ilə birgə ola bilməz.
***
Gözəllik təlabat deyil, ekstazdır.
 
Andre Morua (Emil Erroq)
(1856-1950-ci illər)
Fransız yazıçısı
Qadının aqressivliyi qədər heç nə qadını özündən çıxarmır.
***
Sevginin ən böyük möcüzəsi odur ki, o, nazdan müalicə edir.
***
 Sevgidə ilk qəzanın qiyməti pul ilə ölçülməz – o, xoşbəxtlik dəyərindədir.
***
Çalışın ki, qadını onun istəyinin əksinə olaraq saxlamayasınız. Xoşbəxtlik qadının bədənini qazanmaqda deyil, səadət onun seçdiyi olmaqdadır.
***
Ən heyrətləndirici yaddaş aşiq olmuş qadının yaddaşıdır.
 
 
Erix Mariya Remark (1898-1970-ci illər)
Alman yazıçısı
Sevgi xoşbəxtliyin ən davamsız növüdür.
***
Sevgi mübarizədir. Və, başlıca təhlükə özünü bütövlükdə həsr etməkdir.
***
Qısqanclıq su borusu kranı deyil ki, istədiyin vaxt bağlayasan.
 
Maxatma Qandi (Moxandas Karmrand Qandi)
(1864-1948-ci illər)
Hind mütəfəkkiri və siyasi xadim
Allah sevginin özüdür; bu, yeganə həqiqətdir ki, mən tamlıqla qəbul edirəm. Sevgi Allaha bərabərdir.
***
Harada iradə yoxdursa, sevgi də yoxdur.
***
Sevgi heç vaxt tələb etmir, o, həmişə verir. Sevgi əzab çəkir, heç vaxt buna təəssüflənmədən və heç vaxt özünə görə qisas almağa cəhd etmədən.
***
Mən ona qəti əminəm ki, dünya sevgi üzərində dayanır.
***
Yalnız sevgi olan yerdə həyat var.
***
Sevgisiz həyat ölümdür.
***
Sevgi və həqiqət bir medalın iki üzüdür.
 
Mixail Mixayloviç Prişvin (1878-1954-cü illər)
Rus yazıçısı
Sevmək sevilən adam uğrunda mübarizə etməkdir.
***
Təbiətə hər şeydən yaxın olan doğulan qadındır: onun bir tərəfi təbiətin özüdür, digər tərəfdən insan özüdür.
***
 Həqiqi sevgi əxlaqi yaradıcılıqdır.
***
Sevgi məlum olmayan ölkədir və biz hamımız hər birimiz ora öz gəmimizdə üzürük və bizim hər birimiz öz gəmimizdə kapitanıq və gəmini öz yolu ilə aparırıq.
***
Yaxınlaşmanın ilk şərti səmimilikdir.
 
Corc Noel Qordon Bayron  (1788-1824-cü illər)
İngilis şair-romantiki
Qadına güzgü və bir neçə konfet verin və o, razı qalacaq.
***
Sevgidən kəbin sirkənin şərabdan əmələ gəldiyi kimi yaranır.
***
Sevgi yarası öldürmür, amma,  heç vaxt sağalmır.
***
Gecə ulduzlara və qadınlara parıltı verir.
***
Dostluq qanadlarsız sevgidir.
***
Kişinin taleyində sevgi əsas deyil. Qadınlar üçün sevgi və həyat birdir.
 
Artur Şopenhauer (1788-1860-cı illər)
Alman filosofu
Arvad almaq öz hüquqlarını yarıya azaltmaq və öz məsuliyyətini iki dəfə artırmaqdır.
***
Gözəllik əvvəlcədən ürəyi fəth edən açıq təklif edici məktubdur.
 
Persi Bişi Şelli (1792-1822-ci illər)
İngilis şairi
Qəlblər sevənlərin dodaqlarında görüşür.
***
Vərdiş edilmiş davranışlar sevgi sayəsində gözəl olur.
***
Həqiqi sevgi qızıl və gildən onunla fərqlənir ki, ayrılmış olduqda az olmur.
***
Sevgi öz “mən”ini hədlərindən kənara çıxmaq və digər insanda olan gözəlliklə birləşməkdir.
 
Napoleon Bonapart  (1769-1821-ci illər)
Fransız imperatoru
Sevgidə yeganə qələbə qaçmaqdır.
***
Qadının ona əzab verməsinə imkan verən kişi nə kişidir, nə də qadın, sadəcə heç kimdir.
***
Sevgi boş adam üçün məşğuliyyət, döyüşçü üçün əyləncə, hökmüdar üçün sualtı daşdır.
 
Uilyam Xezlitt (1778-1830-cu illər)
İngilis yazıçısı, tənqidçi
Xoşbəxtlik ən azı bir dəfə hər qapını döyür.
***
Qüsurların ən yaxşı istifadəsi onlardan birinin digərləri ilə mübarizəyə istifadə olunmasıdır.
***
Həsəddə digərləri ilə yanaşı ədalətliliyə sevgidə var.
 
Çarlz Kaleb Kolton (1780-1832-ci illər)
İngilis ədəbiyyatçısı, xətib
Dostluq çox vaxt dostluqla qurtarır, lakin, sevgi nadir hallarda dostluqla qurtarır.
***
Əgər gözəl qadın kasıb olsa, inkişaf diqqətli olmalıdır, çünki, onun gözəlliyi başqasını aldada bilər, onun kasıblığı onun özünü.
***
Bədənin gözəlliyi həqiqi pərəstişkarları cəlb edir, amma onları saxlamaq üçün qəlbin gözəlliyi tələb olunur.
 
Avreli Avqustin  (354-430-cu illər)
Xristian teoloqu “kilsənin atalarından” biri
Sev və nə istəyirsən et.
***
Əgər Allah qadını kişinin xanımı təyin etsəydi, onu başdan yaradardı, əgər qul yaratsaydı, ayaqdan yaradardı, amma, o, qadını rəfiqə və kişiyə bərabər təyin etdiyindən qabırğadan yaradıb.
 
Per Abelyar (1079-1142-ci illər)
Fransız filosofu
Sevgi elə əzablardan biridir ki, onu gizlətmək olmur; bir söz, bir ehtiyatsız baxış bəsdir ki, onu göstərsin.
***
Güclü sevgi ilə qara şübhələr birgə yaşaya bilməz.
 
Müslihəddin Səədi (1203-1292-ci illər)
Fars yazıçısı və mütəfəkkiri.
Əvvəlcə yoxla ki, sən necə kişisən – sonra evlənə bilərsən.
***
İncə sözlərlə və mehribanlıqla fili tüklə aparmaq olar.
***
Gözəlin zülfləri ağıllı adam üçün zəncir və yelbeyin üçün tozdur.
 
 
 
Aliqeru Dante (1265-1321-ci illər)
İtaliya şairi, italiya ədəbi dilinin yaradıcısı
Kim sevərək sevilmirsə, dəhşətli tənhalıq hiss edir.
***
Bədbəxtlik günlərində xoşbəxtliyi xatırlayaraq güclü əzab çəkmək olmaz.
 
Françesko Petrarka (1304-1374-cü illər)
İtaliya şairi
Nə qədər sevdiyini deməyi bacarmaq az sevmək deməkdir.
***
Sevgi sevənin xasiyyətini sevdiyinin obrazına uyğun olaraq dəyişir.
 
Plutarx  (təxminən 45 – təxminən 127-ci illər)
Qədim yunan yazıçısı və tarixçisi
Qadını daha gözəl edən onu bəzəyir, amma, onu nə qızıl, zümrüd və al qırmızı paltar belə etmir, sadəliyi, ədəbliliyi və utancaqlılığı bəzəyir.
***
Hirslənmiş ər nə qədər ki, qışqırır və söyürsə, ağıllı qadın susmalıdır və yalnız o sakitləşdikdən sonra onunla danışmağa başlayır ki, onu yumşaltsın və sakitləşdirsin.
***
İstənilən işi ağıllı ər-arvad qarşılıqlı razılıqla həll edirlər, amma, elə ki, ərin üstünlüyü aydın görünsün və son sözü kişi desin.
***
Ağılsız ər ilə istədiyi kimi rəftar etməyi ağıllı ərə qulaq asmaqdan üstün tutan qadınlar yolda görən və yolu bilənin ardınca getməkdənsə öz ardınca koru aparmağa üstünlük verir.
***
Qarşılıqlı sevgiyə əsaslanan ər-arvad ittifaqı tama çevrilmiş birliyi əmələ gətirir; əgər bu, cehiz və ya nəslin davamı üçün bağlanırsa, onda əlaqələnmiş hissələrdən ibarətdir; əgər ki, yalnız ona görə ki, bir yerdə yatsınlar, onda uyğunlaşmış hissələrdən ibarətdirlər və belə kəbini birgə həyat yox, bir damın altında, yaşamaq hesab etmək daha doğrudur.
***
Ədalətli kişi arvadı ilə mülkiyyət sahibi kimi yox, bədənin ruhu kimi davranır: onun hissləri ilə hesablaşaraq və dəyişməz olaraq xeyirxahlıqla.
***
Ağıllı qadın paltarını çıxardıqda utancaqlığa bükülür və ər və aravad arasında nə qədər çox utancaqlıq olsa, bu bir o qədər böyük sevgini ifadə edir.
 
Karpo Lope de Veqa  (1562-1635-ci illər)
İspan dramaturqu
Keçilməz maneələr qədər heç nə sevgini gücləndirə bilməz.
***
Sevginin qısqanclığın qapısına gizli açarı var.
***
Sevginin tam əksi heç də ayrılıq yox, qısqanclıq yox, unutqanlıq yox, hərislik yox, münaqişədir.
***
Təbiətdə sevgidən güclü başlanğıc yoxdur.
***
Sevgini, pulu və qayğını gizlətmək mümkün deyil.
***
Qadına hörmət borcdur ki, hər bir səmimi insan doğulandan buna əməl etməlidir.
 
Uilyam Şekspir  (1564-1616-cı illər)
İngilis dramaturqu və şair
Sevgiyə istənilən maneə onu gücləndirir.
***
Həqiqi sevgi danışa bilmir, çünki həqiqi hiss sözlərlə yox, iş ilə ifadə donur.
***
Sevginin gözü heç yoxdur.
***
Sevgi göz ilə yox, ürək ilə baxır.
***
Göz yaşları qadının silahıdır.
***
Sevgini ölçmək mümkündürsə, o, kasıbdır.
***
Daş maneələr sevgini dayandıra bilməz.
***
Sevgi ölüm qorxusundan güclüdür.
***
Axtarılan sevgi yaxşıdır, axtarışsız doğulan sevgi ondan da yaxşıdır.
***
Qısqanc şübhələrə uyaraq hətta tamamilə günahsız insanı da təhqir etmək olar.
 
Erazm Roterdamski  (1463-1536-cı illər)
İntibah epoxasının humanisti, filoloq, yazıçı.
Qaranlıqda qadınların hamısı eynidir.
***
Sevgi gücü sındırır, amma, həm də zəiflərə güclü olmağı öyrədir.
***
Xoşbəxtlik başlıca olaraq ondan ibarətdir ki, öz taleyinlə barışasan və öz mövqeyindən razı qalasan.
 
Mişel de Monten (1533-1592-ci illər)
Fransız filosof – humanist, yazıçı.
Bizim sevdiyimiz insan bizə həqiqətən olduğundan gözəl görünür.
***
Bədəni razılıqsız və istəksiz sevmək ruhsuz və hissiz bədəni sevməkdir.
 
Miqel Servantes de Saavedra (1547-1616-cı illər)
İspan yazıçısı
Məcburi sevmək olmaz.
***
Heç vaxt heç kimi sevməyən qadın qısqanclıq yarada bilməz.
***
İstənilən gözəllik sevilməyə layiq deyil: bəzən o, baxışı sevindirir, amma, ürəyi fəth etmir.
 
 
Cordano Bruno (1548-1600-cü illər)
İtaliya filosofu və şair
Həqiqətən yalnız aşağı, kobud və çirkli ağıl daima özünü məşğul edə bilər və özünün maraqlanmaq fikrini qadın bədəninin gözəlliyi ətrafına fırlanmağa göndərər.
 
Frensis Bekon (1561-1626-cı illər)
İngilis filosofu
Vətənə sevgi ailədən başlanır.
***
Arvad və uşaqlar insanlıq öyrədir; subaylar isə qaşqabaqlı və sərtdirlər.
***
Arvad cavan kişinin sevgisi, yetkin kişinin sputniki və qocaların dayəsidir.
 
Con Lokk  (1632-1704-cü illər)
İngilis filosofu, liberalizmin banisi.
Uşaq sevməyənin uşağa cəza vermək haqqı yoxdur.
***
İnsanın xoşbəxtliyi və ya bədbəxtliyi əsasən onun öz əllərinin işidir.
***
Uşaqların düzgün tərbiyəsindən bütün xalqın firavanlığı asılıdır.
 
İxara Saykaku (Xirayama Toqo)
(1642-1693-cü illər)
Yapon yazıçısı.
Sevgi olan yerdə göz yaşları var.
***
İnsan həyatına hədd qoyulub – sevginin isə həddi yoxdur.
***
Bir çin yazıçısı demişdir ki, kişi və qadın arasında sevgi ona gətirib çıxarır ki, eybəcər bədənlər bir-birini qucaqlayır.
 
Jan de Labryuyer (1645-1696-cı illər)
Fransız yazıçısı.
Kişi özgə sirrini öz şəxsi sirrindən daha yaxşı saxlayır, qadın isə özgəsinin sirrindən öz sirrini daha yaxşı saxlayır.
***
İşgüzar qadın tənbəlləşdikdə bu, onun sevməyinə işarədir.
***
Zaman dostluğu möhkəmlədir, amma, sevgini zəiflədir.
***
Dünyada gözəl sifətdən gözəl mənzərə və sevilən səsdən gözəl musiqi yoxdur.
 
Robert Berton  (1577-1640-cı illər)
İngilis yazıçısı
İngiltərə qadınlar üçün cənnət və atlar üçün cəhənnəmdir.
***
İtaliya atlar üçün cənnət və qadınlar üçün cəhənnəmdir.
***
Hər bir qarğa öz balasını dünyada ən gözəl hesab edir.
 
Tomas Qobbs (1588-1679-cu illər)
İngilis filosofu
Gözəllik xoşbəxtliyin vədidir.
 
Tomas Fuller (1608-1661-ci illər)
İngilis tarixçisi və ilahiyyətçisi
Sevgi müharibəsində döyüş meydanından birinci qaçan udur.
***
Bildiklərinin hamısını arvadına danışan az biləndir.
***
Yaxşı şöhrət gözəl üzdən yaxşıdır.
***
Qız həyatının sonuna qədər qız olaraq qalır, oğul isə evlənənə qədər.
 
 
 
Fransua de Laroşfuko (1613-1680-cı illər)
Fransız yazıçı – moralçı
Kəbin yeganə müharibədir ki, həmin dövrdə siz düşmən ilə yatırsınız.
***
Sevgi alov kimidir, sakitlik bilmir; o, yalnız ümidi itirdikdə və qorxmadıqda yaşaması dayanır.
 
Blez Paskal (1623-1662-ci illər)
Fransız riyaziyyatçısı, fizik, dindar filosof və yazıçı
 Sevgidə susmaq sözdən qiymətlidir.
***
Sevgi o qədər hisslərdən ibarətdir ki, həmişə onun haqqında nəsə yeni demək olar.
***
Ürəyin, bizim ağlımıza məlum olmayan öz ağlı var.
 
Fransua Fenelon  (1651-1715-ci illər)
Fransız yazıçısı, arxiepiskop
Heç kimi sevməmək yaşamamaq deməkdir; zəif sevmək yaşamaq deyil, əzab çəkməkdir.
***
Hər bir insanın üç gəncliyi olur: bədənin gəncliyi, ürəyin gəncliyi və ağılın gəncliyi. Bədbəxtlikdən onlar heç vaxt üst-üstə düşmür.
***
Biz yaxınımızı həqiqi sevgi ilə o vaxt sevirik ki, yaxınımıza sevgi Allaha sevgidən yaranıb.
***
Bizim nə qədər bilməyimizin, nə qədər ağıllı olmağımızın və hətta nə qədər mehriban olmağımızın əhəmiyyəti yoxdur; hər şey ürəkdən sevgidən asılıdır.
***
Olduqca gözəl sözlər inamsızlıq yaradır.
 
Bernar Le Bove Fontenel (1657-1757-cü illər)
Fransız yazıçısı, alim-populyarlaşdırıcı
Yalnız gözəl olmağı bacaran qadın həyatından kədərli heç nə yoxdur.
***
Gözəl qadın göz üçün cənnət, qəlb üçün cəhənnəm, cib üçün təmizləyicidir.
***
İnsan nadir hallarda özünü sevməyə məcbur edə bilər, amma özünə hörmət etməyə məcbur etməyi həmişə bacarar.
***
Qadınlar üçün əhəmiyyətsiz deyil ki, onu incə sevsinlər, amma, onlar istəyirlər ki, onları əyləndirsinlər və kim birini o biri olmadan edirsə, o, heç nə etmir; qadınlar hətta ona üstünlük verirlər ki, əyləndirmədən sevmək əvəzinə onları sevmədən əyləndirsinlər.
 
Cozef Addison (1672-1719-cu illər)
İngilis yazıçısı
Digər insanlar arasında bir-birini bir-birinə sevgi və dəstək üçün seçən iki insanın yumor hissi, mehribanlığı, ağılı, bağışlamaq bacarığı, səbri və səmimiliyi olmalıdır, yadda saxlamalıdırlar ki, insan varlığının həyatı nə qədər kövrəkdir və möhkəm deyil və həyatlarının sonuna qədər bir-birinə hörmət etməlidirlər.
***
Stabillik olmadan nə sevgi, nə dostluq, nə də yaxşılıq ola bilməz
 
Volter (Mari Fransua Arue) (1694-1778-ci illər)
Fransız marifpərvər, hüquqşünas, filosof.
Sevgi bütün ehtirasların ən güclüsüdür, ona görə ki, başa, ürəyə və bədənə sahib olur.
***
Kişinin bütün mühakimələri qadının bir hissinə dəyməz.
***
Xeyirxahlıq sübut tələb edir, gözəllik isə onları tələb etmir.
***
Bir kişinin qadını sevməsi yetərli oldu ki, dünya olduğu kimi olsun.
***
Bütün əksliklər qadının ürəyində cəmləşir.
***
Hər yerdə birinci məşğuliyyət sevgidir, ikinci – qeybətdir və üçüncü boşboğazlıqdır.
 
Fillip Çesterfild (1694-1773-cü illər)
Qraf, ingilis publisisti və dövlət xadimi
İnsanın ağlına yolu onun ürəyindən çək.
***
Yaxşı geyinməyi bacarmaq xoş gəlmək bacarığının çoxsaylı elementlərindən biridir.
***
Paltarın gözəlliyinə qayğı böyük ağılsızlıqdır; bununla belə, yaxşı geyinməyi bacarmamaq ondan az ağılsızlıq deyil – çünki, sənin vəzifənə və həyat tərzinə uyğun olur.
***
Əgər ehtiras təcrübəsiz təhlükəlidirsə, ehtirassız təcrübə köməksiz və əzgindir.
 
Mixail Vasileviç Lomonosov (1711-1765-ci illər)
Birinci rus alim-təbiətşünası, şair, tarixçi, rəssam.
Sevgi ildırım kimi güclüdür və gurultusuz da nüfuz edir, amma, onun ən güclü zərbələri xoşdur.
 
Jan Jak Russo (1712-1778-ci illər)
Fransız yazıçısı və filosofu
Dərindən sevmək özünü unutmaq deməkdir.
***
Digərlərinin sevgisini qazanmağın ən düzgün vasitəsi onlara öz sevgini hədiyyə etməkdir.
***
Qadının hökmüranlığı incəliyin, zərifliyin və səbrliliyin hökmüranlığıdır.
***
Kişi bildiklərini, qadın xoşuna gələni deyir; birinci, danışmaq üçün biliklərə ehtiyac hiss edir, ikinci – zövqə; birinci, faydalı şeyləri nəzərdə tutmalı, ikinci xoş olanları.
***
İnsanlar həmişə onları qadın onları etdiyi kimi olacaqlar; odur ki, əgər böyük və xeyirxah insan olmaq istəyirsinizsə, qadınlara inandırın ki, böyüklük və xeyirxahlıq nədir.
***
Kişi dərəcəyə görə özündən aşağı qadın ilə evləndikdə özünü alçaltmır, amma, öz xanımını yüksəldir; əksinə, daha böyük dərəcəli xanım ilə evləndikdə o, alçaldır və özü də yüksəlmir.
 
 
Deni Didro (1713-1784-cü illər)
Fransız filosof, yazıçı
Sevgi çox vaxt ağlı olandan ağılı alır və olmayana ağıl verir.
***
Təbiət bəzənməyi sevən və öz paltarının altından bədəninin bir hissəsini, sonra digər hissəsini göstərəcək öz pərəstişkarlarına onu nə vaxtsa bilmək ümidi verən qadın kimidir.
***
Qadınlar yatlaq yalanları bir qurtuma, acı həqiqətləri isə damcı-damcı içirlər.
 
Bencamin Franklin (1705-1790-cı illər)
Amerika dövlət xadimi, alim-marifçi, azadlıq uğrunda Müharibənin iştirakçısı, ABŞ-ın azadlıq Deklarasiyasının (1776-cı il) müəlliflərindən biri və ABŞ Konstitusiyasının (1787-ci il) müəlliflərindən biri.
Hardaki sevgisiz kəbin var, kəbinsiz sevgi olacaq.
***
Əgər qızın qüsurlarını bilmək istəyirsinizsə, onu rəfiqələrinin yanında tərifləyin.
***
Xoşxasiyyətsizliksiz gözəllik tələb olunmamış ölür.
***
Subay kəbin ittifaqında malik olacağı dəyərləri təsəvvür etmir. O, qayçının yarısına oxşar olaraq mükəmməl olmayan varlıqdır.
Öz vəzifələrini bilməyən qız idarə olunmayan həyat yoldaşı olur.
***
Aşiq minilməmiş atda da çapa bilər.
 
Karlo Qoldoni (1707-1793-cü illər)
İtaliya dramaturqu
Qısqanclıq aşiq üçün əzablar, sevilən üçün inciklik mənbəyidir.
***
Qoca ərlərin cavan arvadları ərinin sağlığında düşünür ki, onların göz yaşlarını kim siləcək.
***
Maska altında sevgi kül altında oda bənzəyir.
 
 
Semyuel Conson (1709-1784-cü illər)
İngilis yazıçısı və leksikoqraf “İngilis dili lüğəti” iki cildliyinin müəllifi və Şekspirin komentatoru.
Təbiət qadına olduqca böyük hakimiyyət verib və buna görə də qəribə heç nə yoxdur ki, qanunlar bu hakimiyyəti məhdudlaşdırır.
***
Əgər uzun müddət sevmək istəyirsənsə, ağılla sev, ürək ilə yox.
***
Bəzi hiyləgərlər daha ağılsız arvad seçirlər ki, onlara rəhbərlik etsinlər və həmişə yanılırlar.
***
Kəbin çox kədərlər gətirir, lakin, kəbinsizlik heç bir sevinc vermir.
 
Oliver Qoldsmit (1728-1774-cü illər)
İngilis yazıçı – sentimentalist.
Qadının xarakteri adətən gözəllik və ya onun sifətinin eybəcərliyi ilə müəyyən edilir.
***
Xoşbəxtliyi gözləmək də xoşbəxtlikdir.
***
Biz nə üçünü bilmədən sevirik və insanda hər şeyi bölmədən sevirik. Biz onun üstünlükləri ilə qürur duyduğumuz kimi, zəifliklərinə də mərhəmətliyik, dəqiq söhbət bizim özümüzdən getdiyi kimi.
 
Qotlold Efraim Lessinq (1729-1781-ci illər)
Alman dramaturqu, tənqidçisi, alman klassik ədəbiyyatının banisi.
Cazibədarlıq hərəkətdə gözəllikdir.
***
Yaşam dünyası saatdır ki, daşları pullar, kəfkiri qadındır.
***
Bağışlanmaz qürurluluq – öz xoşbəxtliyini sevdiyin insana borclu olduğunu istəməməkdir.
 
Per Oqyusten Karon Bomarşe (1732-1799-cu illər)
Fransız dramaturqu
Qadın hirsləndikdə onun danışıqlarında sağlam düşüncə axtarma!
***
Boş yerə deyil ki, qadın sədaqətinə olduqca böyük əhəmiyyət verilir! İctimai xoşbəxtlik, ictimai bədbəxtlk onların davranışları ilə əlaqədardır. Ailədə cənnət və cəhənnəm mütləq olaraq qadın haqqında şayələrdən yaranır, şayə isə yalnız onların özlərindən asılıdır.
***
Qadınlar onları qəddar adlandırdıqda çox sevirlər.
 
Lyuk de Klape Vovenarq (1715-1747-ci illər)
Fransız yazıçısı
Yalnız cılız insan daima ölçür ki, nəyə hörmət etmək, nəyi sevmək lazımdır. Həqiqi böyük qəlbi olan insan hörmətə layiq olan hər şeyi sevir.
***
Nazı öz silahı seçən qadınlar yanlış yol ilə gedir. Onlar az adamlarda böyük ehtiras alovlandıra bilər və ona görə yox ki, onlar, hesab edildiyi kimi yüngülxasiyyət deyillər, yalnız ona görə ki, heç kim səfeh vəziyyətdə qalmaq istəmir.
***
Qadınlarda adətən şöhrətpərəstlik temperamentdən çoxdur, temperament isə yaxşı hərəkətlərindən çoxdur.
 
Klod Adrian Qelvesi (1715-1771-ci illər)
Fransız filosofu
Sevgi əsas məşğuliyyət olduqda əxlaqi günah olur. O, onda ağılı zəiflədir və qəlbi pisləşməyə məcbur edir.
***
İstəklər sevginin çiçəkləridir, həzz isə meyvələridir.
***
Ağıl və sevgi xasiyyəti yumşaldır.
***
Oğurlanmış öpüş istila edilmiş krallıqdan yaxşıdır.
 
 
 
 
İmanuel Kant (1724-1804-cü illər)
Alman filosofu
Kişi sevəndə qısqanır; qadın hətta sevməyəndə də qısqanır, çünki, onun digər qadınlar tərəfindən ələ keçirilən pərəstişkarları onun pərəstişkarları dairəsindən çıxır.
***
Kəbin həyatında birləşmiş cütlük sanki vahid əxlaqi şəxsiyyət yaratmalıdır.
 
İeremiya Bentam (1748-1832-ci illər)
İngilis filosofu
Qısqanclıq məhdud ağılın qüsurudur.
***
İnsan başqalarına verdiyi xoşbəxtlik qədər öz xoşbəxtliyini artırır.
 
İohan Volfqanq Höte (1749-1832-ci illər)
Alman yazıçısı, yeni zaman alman ədəbiyyatının banisi, mütəfəkkir və təbiətşünas.
Könüllü asılılıq münasibətlərin ən yaxşısıdır. O, sevgisiz mümkün deyil.
***
Ən gülməli istək hamının xoşuna gəlmək istəyidir.
***
Bütün qanunlar qocalar və kişilər tərəfindən yaradılıb. Gənclər və qadınlar kənara çıxmalar, qocalar qaydalar axtarır.
***
Ən yaxşı ana odur ki, ata olmadıqda uşaqlarına atanı əvəz edə bilir.
***
Sevimlinin obrazı qocalmır... axı hər an – onun doğulduğu saatdır.
***
İnsan əvvəlcə sevməsə, nəyisə başa düşə bilməz.
***
Bizim sevdiyimiz bizi yaradır və bizə forma verir.
***
İnsan ürəyində həqiqi alicənablıq var: o sevə bilir.
***
Alicənab davranış ürəyin dərinliyindən böyüyür.
***
Kim öz cəlbediciliyini hiss edirsə, o da cəlbedici olur.
***
Sevgi ideal şeydir, ər-arvadlıq real; realı idealı qarışdırmaq heç vaxt cəzasız keçmir.
 
Stanislav Jan de Buffer (1737-1815-ci illər)
Fransız hərbi və dövlət xadimi, yazıçı.
Qısqanclıq sevginin bacısıdır, necə ki, şeytan mələklərin qardaşıdır.
***
Qürur sevməyə və sevilən olmağa mane olur.
***
Sevgi haqqında mühakimə etmək ağılı itirməkdir.
***
Həzz ağılsızların xoşbəxtliyidir, xoşbəxtlik müdriklərin həzzidir.
 
Nikola Sebastyan Şamfor (1741-1794-cü illər)
Fransız yazıçı – moralisti.
Sevgi həqiqi mükəmməlliklər axtarmır; bundan əlavə, o, sanki onlardan qorxur: ona yalnız o mükəmməlliklər lazımdır ki, o özü yaradır və düşünür.
***
Qadınsız bizim həyatımızın başlanğıcı köməkdən, ortası – həzzdən və sonu təsəllidən məhrum olardı.
***
Ola bilsin ki, dostluğu tam qiymətləndirmək üçün əvvəlcə sevgi yaşamaq lazımdır.
***
Qadınlar dostluğa yalnız sevgidən borc götürdüklərini verirlər.
***
Kəbin mükəmməl olmayan insan üçün olduqca mükəmməl vəziyyətdir.
***
Sevgi epidemik xəstəlik kimidir; biz ondan nə qədər çox qorxuruqsa, biz onun qarşısında bir o qədər müdafiəsizik.
***
Sevgi yeganə hissdir ki, onda həqiqi olanların və yalanların hamısı var; onun haqqında istənilən boş söz de – və o, həqiqət olacaq.
***
Kişilər qadınlar haqqında nə qədər pis düşünsələr də, istənilən qadın onlar haqqında daha pis düşünür.
***
Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır.
***
Əvvəlcə sevgi, sonra kəbin: əvvəlcə alov, sonra tüstü.
 
İohann Kristof Fridrix Şiller (1759-1805-ci illər)
Alman şairi və dramaturq.
Həqiqi sevgi bütün əzablara dözməyə kömək edir.
***
Sevgi təbiətdə yeganədir ki, hətta təxəyyül gücü də dibi tapmır və hədləri görmür!
***
Özündən nəyisə aldıqda nifrət edirəm; mən sevəndə sevdiyim ilə zənginləşirəm.
***
Gözəllik özü də məziyyətdir, gözəl qadın qüsurlara malik ola bilməz.
 
Jan Pol (İohann Paul Fridrix Rixter)
(1763-1825-ci illər)
Alman yazıçısı.
Qadınlar var ki, onları tanımaq üçün əvvəlcə sevmək lazımdır; adətən əksini edirlər.
***
Kim qocalıqda sevgisiz keçinə bilirsə, o, gəncliyində sevməyib, axı sevgi üçün illər əngəl deyil.
***
Heç vaxt nə dostluq, nə sevgi axtarmayan onların hər ikisini itirən adamdan min dəfə kasıbdır.
***
Sevgi qadın incəliyini zəiflədir və kişi incəliyini gücləndirir.
***
Qadında hər şey ürəkdədir, hətta başda.
***
Sevgi qadın həyatında tarixdir və kişi həyatında epizoddur.
 
 
Mənbə: Афоризмы. Великие мужчины о женщинах и о любви. Полное собрание мужского остроумия и жизненной мудрости / сост. И.В.Блохина - Минск: Харвест, 2010, 512с

2017-01-20   3867