NKPI

Maraqlı Məlumatlar

Aforizmlər. Dahi kişilər qadınlar və sevgi haqqında

Anri-Mari Beyl Stendal

 (1783-1842-ci illər)

Fransız yazıçısı

Aşiq üçün dostlar yoxdur.

***

Sevgi valehedici çiçəkdir, amma, cəsarət lazımdır ki, onu qorxulu uçurumun kənarına yaxınlaşıb qoparasan.

***

İnsanda xarakter nə qədər güclü olsa, bir o qədər o, sevgidə qeyri-sabitliyə az meyilli olur.

***

Biz hansısa qadının sevgisinə əmin olduğumuzda bizi onun gözəllik dərəcəsi maraqlandırır; biz onun ürəyinə şübhələnsək onun sifəti haqqında düşünməyə vaxtımız olmur.

***

Sevgi qızdırma kimidir, az miqdarda da iradə iştirakı olmadan doğulur və sönür.

***

Sevgi yeganə ehtirasdır ki, özünün kəsdiyi pul ilə ödənilir.

***

Utancaqlıq insan ürəyinin bütün ehtiraslarının ən gözəli olan sevginin anasıdır.

 

Mənbə: Афоризмы. Великие мужчины о женщинах и о любви / сост. И.В.Блохина - Минск: Харвест, 2010, 512с

2017-01-21   3788