NKPI

Maraqlı Məlumatlar

Aforizmlər. Dahi kişilər qadınlar və sevgi haqqında

Karl Lyudviq Byerne

 (1786-1838-ci illər)

Alman publisisti və tənqidçi

Nifrətə həsr olunmuş hər saat sevgidən qoparılmış əbədiyyətdir.

***

Qadınlar qorxduqları vaxt hər şeydən təhlükəli olurlar. Odur ki, onlar belə asanlıqla qorxurlar.

***

Kim sevmirsə, nifrət də edə bilməz; heç nəyə heyran ola bilməyən nifrət də edə bilməz; heç nəyi ilahiləşdirməyən lənətləyə də bilməz.

***

Yaxşı ana ögey oğluna öz oğluna verdiyindən daha böyük  piroq kəsiyi verir.

***

Nifrəti gizlətmək asandır, sevgini çətin, hər şeydən çətin isə etinasızlığı gizlətməkdir.

***

Təcrübəlilik rəhmsiz gözələ bənzəyir. Sən onu əldə edənə qədər çox illər keçir, o nəhayət təslim olduqda isə siz hər ikiniz qocasınız və biri-birinizə nə fayda, nə də zövq verə bilirsiniz.

 

Mənbə: Афоризмы. Великие мужчины о женщинах и о любви / сост. И.В.Блохина - Минск: Харвест, 2010, 512с

2017-01-22   3844