NKPI

Maraqlı Məlumatlar

1927-ci ildə kimya üzrə Nobel mükafatçısı - HENRİX OTTO VİLAND

 

Henrix Otto Viland 1877-ci ilin iyinun 4-də Badendə anadan olmuşdur.

O kimyanı Münxen, Berlin və Ştudqart Universitetlərində öyrənmişdir. 1901-ci ildə Münxen Universitetində ona doktorluq dərəcəsi verilmiş, sonra o, burada lektor işləmiş, 1909-cu ildən həmin universitetin professoru olmuşdur.

1924-cü ildən Viland üzvi kimya kafedrasının müdiri və Bayerin laboratoriyasının direktoru vəzifəsində işləyir. Bu vəzifədə o, 1950-ci ildə istefaya çıxana qədər işləyir. Alimlər arasında diqqətin elmin daha dar sahələrinə yetirilməsinə meyilləri ilə razılaşmayan Viland üzvi kimyanın ən müxtəlif sahələrinin inkişafına böyük xidmətlər göstərmişdir. O, həmçinin ondan əvvəlki alimlərin toxunmadıqları çoxlu problemlərlə də məşğul olmuşdur.

Əvvəlcə Viland azotlu üzvi birləşmələrin kimyasını öyrənir və hidrazinin rəngli reaksiyasının analizi alimin azotun sərbəst radikallarını kəşf etməsinə gətirib çəxarır. On illərlə  ondan əvvəlki alimlərin apardıqları tədqiqatlara əsaslanaraq Viland hidrogenin aktivləşməsinə əsaslanan hidrogensizləşmə (dehidrogenləşmə) nəzəriyyəsini yaradır.

Alimin tədqiqatlarının bir istiqaməti də 1912-ci ildən başladığı və sonradan bütün həyatı boyu tədqiqat apardığı istiqamət öd turşularının kimyasının tədqiqatı idi. Öd turşuları öd kisəsində olub lipidlərin mənimsənilməsinə kömək edir. Vilandın rəhbərliyi altında bir qrup alimlər çox əhəmiyyətli addım atdılar – öd turşularını parçaladılar ki, bu da karbon zəlqələrinin ölçülərinə  aid inandırıcı nəticələrə gətirib çıxardı. Viland qeyd edir ki, öd turşuları piylərlə və karbohidratlarla birləşərək suda kolloid məhlullar əmələ gətirdiyindən  öd turşularının fizioloji funksiyası qida yağlarını su mühitinə keçirməkdən ibarətdir.

Viland 1927-ci ildə “öd turşularını və ona oxşar çoxlu sayda maddələrin tədqiqinə görə”  1927-ci ildə kimya üzrə Nobel mükafatına  layiq görülmüşdür.

Kimya sahəsində ensiklopedik bilikləri ilə şöhrət qazanmış Viland 20 il ərzində “Libiqs annalen der xemi” jurnalının redaktoru olmuşdur.

Viland bir çox elmi cəmiyyətlərin və elmlər akademiyalarının üzvü olmuşdur:

  • London Kral Cəmiyyəti;

  • Amerika Milli Elmlər Akademiyası;

  • Rumıniya, Yaponiya, Hindistan, Sovet İttifaqı kimya cəmiyyətləri;

  • Münxen, Qettingen, Heydelberq və  Berlin elmlər akademiyaları.

Özünün digər işlərində Viland təbiətdə rast gələn maddələrin kimyasını öyrənməklə məşğul olur: morfi və strixnin, bitki zəhəri və lobelin alkaloidləri, zəhərli tsiklopentidlər – falloidin və amanitin, göbələk zəhəri və kəpənəyin qanadlarının piqmentləri (piterinlər)

Viland 1957-ci ilin avqustun 5-də Almaniyanın  Stariberq şəhərində vəfat etmişdir.

Çox təəssüf ki, alman üzvi kimyaçısı və biokimyaçısı Viland haqqında ədəbiyyat materialları olduqca azdır.

2015-10-29   35957