NKPI

Maraqlı Məlumatlar

1930-cu ildə kimya üzrə Nobel mükafatçısı - HANS EYQEN FİŞER

 

Alman kimyaçısı və biokimyaçısı Hans Eyqen Fişer 1881-ci ilin iyulun 27-də Xexstdə anadan olmuşdur. 1904-cü ildə Marburqsk Universitetini bitirmişdir. 1910-1916-cı illərdə Münxendə ikinci klinikada, Birinci kimya İnstitutunda, O. Frank adına Fiziologiya İnstitutunda işləmişdir. 1916-cı ildən İnsbruks Universitetinin, 1918-ci ildən Vyana İniversitetinin professoru olmuş, 1921-1945-ci illərdə Münxendəki Ali texniki  məktəbin professoru olmuşdur.

Əsas işləri pirrol və onun törəmələrinin kimyasına həsr olunmuşdur. Qanın, ödün tərkibinə daxil olan və bitkilərin  yaşıl komponentlərində olan pirrol piqmentləri tədqiq etmişdir. 1920-ci ildə xlorin və digər pirrol birləşmələrini sintez etmişdir. 1931-ci ildə bilrubini sintez etmiş, 1929-cu ildə alfa-xlorofilin və 1940-cı ildə betta-xlorofilin quruluşlarını müəyyən etmişdir. 1929-cu ildə hemini sintez etmişdir. 1929-cu ildə göstərmişdir ki, qanın hemoqlobini qlobin zülalından və heminin dəmirə malik kompleksindən ibarətdir.

1941-ci ildə porfirinlərin vinil qruplarının hidrazin ilə reduksiyasının şərhini vermişdir.

1930-cu ildə “Heminin və xlorofillin tərkibinin tədqiqinə, xüsusən də heminin sintezinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Hans Eygen Fişer 1945-ci ilin martın 31-də vəfat etmişdir.

2015-10-29   35926